Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə77/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   113
 
 


188 
ALMANİYA 
 
Paytaxtı – Berlin 
Rəsmi dili – alman dili 
Dini – protestantlıq 
Milli pul vahidi – avro 
 
Almaniya Federativ Respublikası Avropanın mərkəzində 
yerləşir. Onun doqquz qonşusu var. Şimalda Danimarka, qərb-
də Niderland, Belçika, Lüksemburq və Fransa, cənubda İsveçrə 
və Avstriya, şərqdə isə Çex Respublikası və Polşa ilə həmsərhəd-
dir. Bu mərkəzi yerləşmə əsasən 1990-cı il oktyabrın 3-dən, yəni 
Almaniya yenidən birləşdikdən sonra əmələ gəlmişdir. Avropa 
Birliyinin və NATO-nun tam hüquqlu üzvü kimi Almaniya Mər-
kəzi və Şərqi Avropa ölkələri üçün körpü rolunu oynayır. 
Almaniya Federativ Respublikası təxminən 357 min km
2
əra-
zini əhatə edir. Əhalisinin sayına görə Rusiyadan sonra Avro-
pada ikincidir və təxminən 82,1 milyon əhalisi vardır. 
Almaniya bir ölkə kimi Atlantik okeanı və Şərqdəki kon-
tinental (dəyişkən) iqlim arasında orta soyuq qərb küləyi zona-
sında yerləşir. Temperaturda kəskin dəyişikliklər müstəsna hal-
larda baş verir. Qış aylarında havanın temperaturu 1,5 dərəcə – 6 
dərəcə arasında olur. İlin ən isti ayı olan iyul ayında temperatur 
alçaq hündürlüklü ərazilərdə 18 dərəcə, cənub ərazilərin sığına-
caq dairələrində isə 20 dərəcə olur. Yuxarı Rayne özünün kəs-
kin mülayim iqlimi, Yuxarı Bavariya özünün cənubdan gələn 
isti Alp küləkləri, Harz dağları, iqlim zonası kimi özünün so-
yuq küləkləri, sərin yayları və qışdakı ağır qar yağması ilə is-
tisna təşkil edirlər. 
Almaniyada iqtisadiyyat, kənd təsərrüfatı yüksək səviyyə-
də inkişaf etmişdir. Burada kənd təsərrüfatı yüksək intensiv is-
tehsalatdır. Ölkədə buğda, şəkər, ət, süd istehsalı ölkə tələbatı-
nın 90 – 100%-ni ödəyir. Xüsusilə heyvandarlıq inkişaf etmiş-
dir, o bütün kənd təsərrüfatı məhsullarının 80%-ni təşkil edir. 
Hər yerdə donuzçuluq yayılmışdır. Donuzların sayına görə 
ölkə Avropada birinci yeri tutur. Bitkiçilik heyvandarlığın yar-


189 
dımçı sahəsidir: burada çovdar, yulaf, kartof, yem bitkiləri be-
cərilir. Şəhərətrafı zonalarda tərəvəzçilik inkişaf etmişdir. Sü-
dün, donuz ətinin və quş ətinin istehsalı heyvandarlığın əsas sa-
hələridir. Donuzçuluğun geniş inkişafı, becərilən tərəvəzlər al-
man xalqının qida mədəniyyətində, ölkə mətbəxində öz əksini 
tapıb. Alman mətbəxi regional, qastronomik ənənələri özündə 
birləşdirir. Alman mətbəxinə münasibətdə müəyyən stereotip-
lər yaranıb. Məlum olur ki, almanlar daha çox donuz ətinə, tur-
şu kələm və kartofa üstünlük verirlər. Tipik alman desertləri 
uzun müddət kalorili hesab edilən marsipan, alman pryanikləri 
və s. göstərmək olar. Bu onunla izah olunur ki, ölkə şimal ölkə-
sidir. Qış aylarında buranın sakinləri öz qayğılarına qalması 
üçün isti enerji qəbul etməlidir. Eyni zamanda bu həm də al-
manların qonşuları olan avstriyalılar, polyaklar, çexlər və Mər-
kəzi Avropanın digər xalqları üçün də əsas hesab edilir. Qlo-
ballaşma dövründə almanlarda yüksək səviyyəli mətbəxə bir 
maraq oyandı. Almaniyanın regional mətbəxlərində yüngül ye-
məklərin hesabına, ət yeməklərini azaltdılar. 
Orta əsrlərdə Avropada kulinariya anlayışı qonaqpərvərlik-
lə – səyyahlar, əsasən, zəvvarlar üçün qonaq evlərində qalmaq-
la birlikdə yeməyin pulsuz verilməsi ilə bağlı idi. Kulinariya 
kral saraylarında inkişaf etmişdir. Alman mətbəxinin tarixinə 
nəzər salsaq görərik ki, XVIII əsrdə qan və qida üçün haqq al-
mağa başladılar. Xüsusilə limanların və körpülərin yaxınlığın-
da sığınacaqlar, mehmanxanalar yaranmağa başladı ki, məhz 
bu andan kulinariya sənətinin yaranması hesab olunur. Artıq 
XV əsrdə Münhendə 300-ə yaxın mehmanxana var idi ki, orada 
pivə verirdilər. Fransız inqilabından sonra işsiz qalan varlı ailə-
lərin aşpazları özlərinin xüsusi müəssisəsini açmışdılar. 
XVIII əsrdə Almaniyada restoran və otel üçün fransız söz-
lərini mənimsədilər. Qida istehlakı və masa ətrafında davranış 
mədəniyyəti formalaşmağa başladı. XI əsrdə Almaniyada orta 
təbəqənin səyahət, restoranlarda qidalanma, oteldə yerləşmə ilə 
bağlı vərdişləri möhkəmləndi. Bu tendensiyanı İkinci Dünya 
müharibəsi ləngitdi. Müharibdən sonra iqtisadiyyatın inkişafı 


190 
ilə əlaqədar olaraq, almanlar yenidən səyahətə qayıtdılar. Al-
maniyada müasir restoran biznesində restoran və otellərin bü-
tün növləri mövcuddur: klassik, regional, kənd və s. 
Almaniyada il ərzində adambaşına 60 kq yaxın ət istifadə 
olunur. Bunlardan 2/3 donuz ətinin payına düşür, hansı ki, ək-
sər hallarda kolbasa formasında istifadə olunur. 20 %-i ev quş-
larının (xüsusilə toyuq), 15 %-i dana və mal ətinin payına dü-
şür. Almaniya özünün böyük ölçüdə kolbasa çeşidlərinə görə 
məşhurdur. Qeyd olunur ki, Almaniyada kolbasanın 1500-ə qə-
dər növü istehsal olunur. Tipik ət yeməyi qızardılmış donuzdur. 
Donuz ayaqları qaynadılmış və pörtlədilmiş şəkildə təqdim 
olunur. Jelelənmiş donuzu – turş əti, sirkə və ağ şərab əlavə et-
məklə hazırlayırlar. Qiymələnmiş ətdən hazırlanan kotlet, küftə 
geniş yayılıb. Ənənəvi alman yeməyi olan isti halda sirkədə 
isladılmış mal əti zauerbraten adlanır. 
Alman mətbəxində kolbasa yeməklərinə qan və qaraciyər 
kolbasalarını da aid etmək olar. Almaniyada qəlyanaltılar çox 
məşhurdur. Qəlyanaltılara qızdırılmış bişmiş kolbasa, çiy kol-
basa, bokvurst, frankfurt və vena sosislərini aid etmək olar. 
Bpatvurst və karrivurst geniş yayılıb. 
Rostbif və mal əti ruleti standart yeməklər hesab olunur. 
Qulyaj çox zaman bir neçə növ əti özündə birləşdirir. Qiymə 
əksərən mal və donuz ətindən hazırlanır. Quş ətini əsasən, qı-
zardılmış toyuq şəklində istifadə edirlər. Şərqi Almaniyada onu 
broyler adlandırırlar. Bundan başqa toyuq və hinduşka ətini bir 
çox yeməklərin hazırlanmasında istifadə edirlər. Milad və Mar-
tin qazı bayram yeməyi hesab olunur. 
Alman mətbəxində balıq və dəniz məhsulları da istehlak 
edilir. Almaniyada orta balıq istehlakı il ərzində adambaşına 14 kr 
hesab olunur. Onlardan üçdə ikisi dəniz balığı, dördü şirin su 
balığı və 10%-i dəniz məhsullarıdır. Ən çox lasos, seld, tuna ba-
lığı yeyilir. Yerli sularda forel, sudak, karp balığı yetişdirilir. 
Balıq çox zaman konservləşdirilmiş və hisə verilmiş şəkil-
də istifadə edilir. Duzlanmış və marinadlaşdırılmış seld çox za-
man qarnir kimi qəbul edilir. 


191 
Tərəvəzlərə gəlincə alman mətbəxində tərəvəz quru şorba – 
püre ilə və ya qaynadılmış formada qarnir kimi təqdim olunur. 
Bununla yanaşı Almaniyada ən geniş yayılan tərəvəz kök, ispa-
naq, noxud, lobya, müxtəlif növ kələm və s. göstərmək olar. Bun-
dan başqa alman mətbəxində çox zaman müxtəlif növ salatlar, 
pomidor və xiyar da istifadə olunur. Qızardılmış soğan masaya 
çox zaman ət yeməkləri ilə bir yerdə verilir. Turşuya qoyulmuş 
kələm Almaniyanın milli yeməyi hesab olunur. 
Alman mətbəxində qarnirlərin özünəməxsus yeri var. Al-
man restoranlarında İngiltərə və İtaliyadan fərqli olaraq qarnir, 
ümumiyyətlə, yeməyin ümumi dəyərinə daxil edilir. Ən vacib 
qarnir kartof yeməyidir. Onun müxtəlif növləri mövcuddur. 
Bunlardan qaynadılmış kartof, knedlik, kartof aladisi, qızardıl-
mış kartof, kroketlər və ya kartof püresi və s. göstərmək olar. 
Yeməkxana və restoranlarda qarnir qismində və əsas yemək ki-
mi böyük həcmdə kartof fri istifadə edilir. 
Düyü qarnir kimi xüsusilə balıq və quş əti ilə verilir. Al-
man əriştələri, ümumiyyətlə, italyan əriştələrindən daha qalın-
dır və çox zaman özündə yumurtanı ehtiva edir. Ölkənin cənub 
hissəsində çox miqdarda sarısı olan əriştə variantı üstünlük təş-
kil edir. Alman mətbəxində ədviyyatlardan da geniş istifadə 
olunur. Alman mətbəxində əsas ədviyyat yemək duzudur hansı 
ki, onu ənənəvi olaraq duz mənbələrindən və duz mədənlərin-
dən istehsal edirlər. Dadlandırıcı qismində çox zaman şəkər çu-
ğundurundan istifadə olunur. Lakin çox zaman onu bal və ya 
şəkər çuğundurunun siropu ilə də əvəz edirlər. 
Yerli ədviyyatlardan ən vacibi xardaldır. Regiondan asılı 
olaraq yeməkdə turş olaraq şərab və sirkə istifadə olunur. Ən 
mühüm ədviyyat soğan hesab olunur, hansı ki, bəzi reseptlərdə 
sarımsaq da əlavə olunur. Xüsusən kəklikotu, cəfəri, soğan, şü-
yüd təzə və qurudulmuş formada istifadə edilir. 
Almaniya süd məhsullarının müxtəlifliyinə görə ən yüksək 
səviyyəyə çatıb. Pendirin müxtəlif növləri var. Onların arasında 
ən məşhur harz pendirini göstərmək olar. Müxtəlif kəsmik növ-


192 
ləri – yoqurtlar, ayran, bişmiş süd bunların sırasına aiddir. Bun-
lardan ən məşhuru kətan yağı ilə hazırlanmış kəsmikdir. 
Almaniyada çörəyin 300-dən 1600-ə qədər növü var. Buğ-
da unundan hazırlanmış ağ çörəkdən başlamış, çovdar çörəyi
qara çörək, kəpəkli çörəyə qədər bişirilir. Çörəklərin əksəriy-
yəti buğda və çovdar ununun qarışığından hazırlanır. Bəzən gü-
nəbaxan və balqabaq toxumu da əlavə edilir. Çörək alman süf-
rəsinin əsas qidası hesab olunur. Onu bir qayda olaraq səhər 
yeməyində və axşam buterbrodun tərkibində yeyirlər. Çox na-
dir hallarda qarnir qismində istifadə edilir. 
Tortların və piroqların da xeyli növləri var. Onları çox za-
man alma, gavalı, çiyələk, albalı ilə hazırlayırlar. Cizkeyk ən 
məşhur növlərdən biridir. Tipik alman tortu, tərkibi tünd şokolad-
dan vişnə və gavalıdan olan tortdur. Milad bayramında ştollen ha-
zırlayırlar. Bununla yanaşı çörək-bulka məmulatları da var ki, bu 
yalnız müəyyən regionlarda məlumdur. Xüsusilə şokoladlı pu-
dinqləri, zapekankaları, pirojnaları və peçeniyaları da çox sevirlər. 
İçkilər – almanların milli içkisi pivədir. Pivə Almaniyanın 
bütün regionlarında və dünyada məşhurdur. Almaniyada onu 
naharda və axşam yeməyində də verirlər. Xüsusilə Pilsener və 
müxtəlif regional pivələr, məsələn, Münhen pivəsi, Altbir və 
Vasbir daha məşhurdur. Pivə qarışığı və limonad Almaniyanın 
qərbində Radler və ya Spitser, şimalda isə Alstervasser adlanır. 
Şərab Almaniyada bütün dünyada olduğu kimi çox məşhurdur. 
Üzümçülük Almaniyada romalılar tərəfindən II əsrdə Mosel-
ledə salınıb. Alman şərabı, əsasən, Dunay, Reyn, Mayn, Mosel-
le, Nekkara və yuxarı Elba boyunca yerləşən ərazilərdən gəlir. 
Rislinq, Müller-turqau, Silvaner, Pino-nuar və Dornefelder ən 
məşhur alman üzüm sortlarıdır. Şərabın mineral su ilə qarışığı 
şorle, köpüklü şərab ilə kalte – ente adlanır. Meyvə yetişən əra-
zilərdə alma şərabının hazırlanması və istifadə edilməsi tenden-
siyası inkişaf edib. Son onilliklərdə qarışıq içkilərin alkopop və 
kokteyl istifadəsi artırılıb. Bundan başqa içkilərdən kofeni Al-
maniyada təkcə səhər yox, piroqla nahar və axşam yeməyi ara-


193 
sında ənənəvi yemək hesab olunur. İsti içkilərdən xüsusilə, qa-
ra kofe və ya gavalı ilə kofe daha çox qəbul edilir. Şərqi Frizdə 
çay çox məşhurdur. Alkoqolsuz sərinləşdirici içkilər kimi əsa-
sən, qazlı, mineral sular, meyvə şirələri, eləcə də kola və limo-
nad istifadə edirlər. Almaniyada eyni zamanda soyuq çay və 
müxtəlif qarışıq içkləri içməyi də çox sevirlər. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə