Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


MÖVZU 10. QƏRBİ AVROPA XALQLARININ MİLLİ



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə75/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   113
MÖVZU 10. QƏRBİ AVROPA XALQLARININ MİLLİ 
QİDA XÜSUSİYYƏTLƏRİ 
 
Avropa Afrikanın şimalında, Asiyanın qərbində, Atlantik 
okeanın şərqində yerləşən qitədir. Sahəsi 10,5 milyon km²-ə bəra-
bərdir. “Avropa” sözü sami dillərində günəşin batdığı yer məna-
sını verir. Egey dənizindən qərbdə yerləşən ölkələrə deyilmişdir. 
Avropa qitəsi bu, elə bir qitədir ki, orada yerləşən hər bir öl-
kənin çoxəsrlik tarixi və mədəniyyəti var. Bu mədəniyyət 2000 il 
əvvələ aiddir. Roma antik dövrü artıq bir Yunan irsinə sahib 


183 
idi. Etrussklar adlanan xalq Romada eradan 500 il əvvəl möv-
cud olmuş və öz mədəniyyətlərini yaratmışdılar. 
Roma imperiyası öz sərhədlərini genişləndirdikdən sonra 
Roma kulinariyasını işğal etdiyi bütün ölkələrdə yaymışdır (qərb 
ölkələrindən Almaniyaya qədər). 
Avropanın barbarlar tərəfindən zəbt olunmağına baxmaya-
raq, Avropa kulinariya mədəniyyəti Bizans və Roma ənənələri 
əsasında formalaşmışdır. Bu bütün Avropa xalqları üçün ümu-
mi dad, qastronomik adət və qaydaları təsdiqləyir. Lakin qeyd 
etmək lazımdır ki, orta əsrlərdə, sonrakı illərdə intibah dövrü, 
böyük coğrafi kəşflər dövrü Avropa mətbəxinə yeni, güclü bir 
axın gətirmişdir. 
Xalqların miqrasiyası mədəniyyətlərin qarışmasına səbəb 
oldu. Məsələn, Aralıq dənizi ərəb dünyasının təsirini hiss edir-
di. İqtisadi və sosial şərtlər də Avropa mədəniyyətinə, eləcə də 
onun kulinariyasına təsir etməyə bilməzdi. Mərkəzi Avropada 
şəhərlərin inkişafı ilə sosial vəziyyətin əsas simvoluna çevrilən 
yemək böyük əhəmiyyət kəsb etməyə başlayır. Avropa xalq-
larının kulinar mədəniyyəti son 200–300 illər ərzində qarşılıqlı 
təsir nəticəsində inkişaf edir. Bu isə Qərbi Avropa mətbəxinin 
ümumi olması haqqında danışmağa əsas verir. Bu onunla bağlı-
dır ki, Qərbi Avropa ölkələrində (Fransa, İsveçrə, Avstriya, Da-
nimarka, Niderland, hətta İngiltərə) yeməklərin repertuarı üst-
üstə düşür. Göstərilən hər bir ölkədə milli mətbəx saxlanılma-
mış, lakin özünəməxsus milli yeməklər də daxil olmaqla hər 
biri ümumi Qərbi Avropa mətbəxinə aiddir. Burada yeməklərin 
əksəriyyəti, gündəlik və mərasim menyusudur. Xüsusilə İngi-
lis, Alman və Fransız mətbəxinin möhürünü daşıyır və ya elə 
güclü fransız emalına məruz qaldı ki, bütün milli olanları ha-
marlaşdırdı. Buna görə bir çox Qərbi Avropa kulinariya mədə-
niyyəti əsrlər boyu davam edən fransız kulinariya təsirinə dözə 
bilmədikləri və fransız kulinariya sistemi tərəfindən sanki əzil-
diyi aydın olur. Yalnız XVIII-XIX əsrlərdə kasıb xalqların məs-
kunlaşdığı və aqrar iqtisadiyyatı inkişaf etməmiş Avropanın 
kənarındakı ölkələr belə təsirdən kənarda qaldı. Bu xalqların 


184 
sırasına ispanlar, portuqaliyalılar, italyanlar, yunanlar, yuqoslav-
lar, Avropanın şimalında isə finlər, isveçlilər, norveçlilər və 
irlandiyalılar aid idi. Məhz bu xalqlarda bu günümüzə qədər 
qidalanma ilə bağlı milli ənənələr saxlanılıb. Lakin bu gün Qər-
bi Avropaya nəzər salsaq görərik ki, istehsalın bütün sahələri 
inkişaf edib. Ölkənin əsas iqtisadi inkişafı onun kənd təsərrü-
fatı, qida sənayesi və s. istehsal sahələri ilə bağlıdır. Bu gün 
Avropa XX əsrdən XXI əsrə qədər bu sahədə böyük bir inkişaf 
yolu keçmişdir. Bu gün Avropada kənd təsərrüfatında əsas 
istehsal bitki mənşəli məhsulların istehsalıdır. Bunların sırasın-
da əsasən, buğda, çovdar, qarabaşaq, kətan, yem bitkiləri kar-
tof, şəkər çuğunduru və s.-dir. Heyvandarlıqda süd emalını gös-
tərmək olar. Qida sənayesinə ət, süd, yağ, balıq, şəkər, meyvə 
konservləri, pivə, çaxır, taxıl, un və s. aiddir. 
Bu gün Avropada qida məhsullarına ciddi nəzarət var. Vax-
tilə Avropada 90-cı illərdə bu sahədə olan insidentlər, Avropa 
İttifaqı ölkələrinin bu sahədə ciddi qanunlar tətbiq etməsinə sə-
bəb oldu. 2000-ci ildə Avropa İttifaqı qida məhsullarının təhlü-
kəsizliyi ilə bağlı Ağ kitab yaratdı. Məsələn, Avropanın iqtisadi 
mərkəzi olan Almaniyaya nəzər salsaq Almaniyanın qida səna-
yesi ən mühüm sənaye sahələrindən biridir. Qida məhsullarının 
ən böyük istehsalçısı Almaniyadır. Almaniyanın qida sənayesin-
də ən yüksək istehsal dövriyyəsi ət emalı, süd emalı, qənnadı 
məmulatları, çörək, alkoqollu içkiləri aid etmək olar. Bundan baş-
qa ən mühüm istehsal sahələrindən tərəvəz məhsullarının, mine-
ral sular, sərinləşdirici içkilərin istehsalı da mühüm yer tutur.
Avropada əhalinin əsas qida məhsulları ilə təminatı daxili 
kənd təsərrüfatı məhsulları istehsalı hesabına təmin edilir. Al-
maniya kənd təsərrüfatı məhsullarının istehsalına görə Fran-
sadan sonra ikinci yeri tutur. Fransa aqrosənaye kompleksinin 
inkişafına görə dünyada aparıcı mövqe tutur. Bu gün Avro-
panın qida sənayesi böyük uğurlar əldə edib. İnkişaf etmiş Av-
ropa ölkələrinin bir çoxu qida istehsalında yüksək keyfiyyətli 
məhsulları ilə məşhurdur. 


185 
Avropanın süd ferması Danimarkadır. Pendirlərin istehsalı 
ilə İsveçrə, Niderland, Fransa məşhurdur. Yüksək keyfiyyətli ət 
konservlərinin istehsalı ilə Avropanın inkişaf etmiş ölkələri 
məşğul olur. Balıqla – Norveç, İslandiya, İspaniya, Portuqaliya, 
tərəvəzlə – Bolqarıstan və Macarıstan, spagettinin və pizzanın 
vətəni İtaliya hesab olunur. Öz kolbasaları və pivəsi ilə Alma-
niya, şərabı ilə isə Fransa məşhurdur. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə