Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


Özbək xalqının qida mədəniyyəti ilə tanış olaq



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə67/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   113
 
Özbək xalqının qida mədəniyyəti ilə tanış olaq 
 
Özbək xalqının qida mədəniyyəti onun mətbəx mədəniyyə-
tində öz əksini tapıb. Orta Asiya mətbəx ənənəsində haqlı bir 
şöhrətə sahib olan özbək mətbəxi, digər türk boylarında olduğu 
kimi saysız yemək növünə malikdir. Növ və sayca görülən bu 
zənginlik bir az da qonşu mədəniyyətlərlə olan qarşılıqlı təsirin 
nəticəsidir. Özbək qidalanma sisteminin ümumi xüsusiyyətlə-
rinə nəzər salsaq görərik ki, özbək bəslənmə sistemini və mət-
bəx ənənəsini təyin edən ünsürlər arasında həyat tərzi, ənənə və 
adətləri, insanların ortaq xarakterləri, yemək bişirmə üsulları, 
bölgənin iqlim şərtləri və digər ekoloji ünsürlərin böyük payı 
vardır. 
Özbək mətbəxi Şərq ölkələrinin mətbəxi arasında öz rən-
garəngliyi ilə seçilir. Bəzi reseptlər çoxəsrlik tarixə malikdir, 
onların hazırlanması isə dövrümüzə qədər gəlib çatmış məra-
simlərlə müşayiət olunur. Ölkənin şimalında plov, qızardılmış 
ət və xəmir məmulatlarına üstünlük verilirsə, cənubunda düyü 
və tərəvəzdən müxtəlif çeşiddə olan xörəklər hazırlayırlar. Çö-
rək özbəklər üçün müqəddəs sayılır. Onlar kökəni təndirdə bi-
şirirlər. Kökələrin isə “obi-non”, “patır”, ”şirma”, “loçire”, “çe-
vat”, “katlama” kimi növləri var. Hətta, böyük alim İbn Sina bir 
çox xəstəlikləri müalicə etməkdə özbək çörəyini yeməyi məsləhət 
görürdü. Plov Özbəkistanın ən ləziz xörəyidir. Onu kişilər hazırla-
yır. Özbək mətbəxində şorbalar da özünəməxsus yer tutur.
Özbəklərdə hər yemək çayla başlayır çayla bitir. Çay üçün 
piyalə adı verilən qabdan istifadə edirlər. Bu böyük və qulpsuz 
bir qabdır. Özbəklər çayı çox istifadə edirlər. Onlar qara çayla 
yanaşı yaşıl çaya da çox böyük önəm verirlər. Süd məhsulla-
rından “çökələk” və “qatı” adını verdikləri ayran isə süfrələrin-
dən əskik olmaz. Yayda soyuq şəkildə yedikləri ayranlı yay 
çorbasına “Yoqurtlu köçən” deyirlər. Səhra rayonlarında çaya 


160 
süd də qatılır. Çaydan başqa ayran, kompot və şərbət də özbək-
lərin sevimli içkiləri sırasındadır. Yeməkdən öncə ənənəvi şir-
niyyat təklif edirlər. Yeməyin sonunda ənənəvi plov növlərin-
dən biri olan mantı da mütləq ikram edilir. Özbək milli yemək-
lərində Orta Asiyadakı digər türk əsilli birliklərin mətbəxinə 
nisbətdə daha çox ədviyyat işlədilir. Sarıkök, çörək otu, zəfə-
ran, qırmızı bibər, qara bibər, cəfəri, şüyüd, Orta Asiya nanəsi, 
küncüt toxumu, ən çox da reyhan imtina edilməz ədviyyatlar-
dır. Bu ədviyyatlar ölkə daxilində yerli və ticarət mətbəxində 
də məşhur olaraq istehlak edilməkdədir. 
Özbək süfrəsində meyvələr əhəmiyyətli yer tutur. Ölkədə 
bol miqdarda yetişdirilən üzüm, ərik, şaftalı, armud, qovun, 
qarpız, qoz, alça, albalı, heyva, əncir təzə olaraq istehlak edil-
məsi üçün; qurudularaq, cem və marmelad olaraq da süfrələrə 
gətirilir. Son zamanlarda bəzi bölgələrdə limon, portağal, na-
ringi və xurma da yetişdirilməyə başlanmışdır. 
Özbəklər süd və süd məhsullarından hazırlanan qidalara 
xüsusi əhəmiyyət verirlər. Süddən pendir, kəsmik, qatıq, süz-
mə, qaymaq hazırlayırlar. 
Özbək yeməkləri çox doyumlu və yüksək kalorilidir. Ye-
məklərdə çox miqdarda soğan istifadə edirlər. Sous və qarnir 
ənənəvi özbək mətbəxində çox azdır. Özbək mətbəxində ət və 
xəmir xörəklərindən çox istifadə edirlər. Uyğur mətbəxində və 
digər türk mətbəxinin çoxunda olduğu kimi çörəyə “Nan” de-
yilir və çox müxtəlif formalar verilərək bişirilir. Özbəklərin ən 
sevimli yeməkləri plovlardır. Heyvalı plov, Kovatak plov və s. 
kimi müxtəlif plovlar geniş yayılmışdır. “Özbək plovu” adını 
verdikləri ətli, köklü plovları süfrələrinin ən əsas yeməyidir. 
Orta Asiyada yaşayan türk birliklərinin hər birində görülən və 
su buxarında bişirilən mantı yeməyi də Özbək mətbəxinin əsas 
yeməklərindəndir. Yemək növü olaraq “Mas hord” və “Mastava” 
adı verilən şorbaları çox sevirlər. Ət, ümumiyyətlə, sümüklü 
bişirilir. Sümük suyunda şəfa olduğuna inanırlar. Buxara böl-
gəsində əti yağda soğanla birlikdə qızartmaq adətdir. 


161 
İnkişaf edən texnologiyaya paralel olaraq heyvani yağların 
yanında günəbaxan və pambıqdan əldə edilən bitki mənşəli 
yağlar da istifadə edilir. Son zamanlarda bunlara ərik və üzüm 
çəyirdəyi yağları da qatılmışdır. İslamın qadağan etdiyi donuz 
əti və yağı bu mətbəxdə yer almır. Ancaq ölkədə yaşayan qey-
ri-müsəlman insanlar tərəfindən istifadə olunur. 
Özbək yeməklərində çox miqdarda soğan olur. Əgər soğan 
yeməyə çiy qoyulacaqsa, soyuq suda yuyub, üzərinə sirkə sür-
türlər. Özbək mətbəxində yemək bişirmə texnikaları da inkişaf 
etmişdir. Təndirdə bişən çörək və xəmir yeməklərinin çox ləz-
zətli olduğu məşhurdur. 
Bundan əlavə, yüksək odda, buxarda bişirmək üçün inkişaf 
etdirilən alüminium və ya paslanmayan polad qazanların ye-
məklərin ləzzət və qida dəyərlərinə müsbət təsiri vardır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə