Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə66/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   113
 
ÖZBƏKİSTAN RESPUBLİKASI 
 
Paytaxtı - Daşkənd 
Rəsmi dili - özbək dili 
Pul vahidi - som 
Dini – islam 
 
Özbəkistan Respublikası Mərkəzi Asiyada yerləşir. Şimal 
və şimal-qərbdə Qazaxıstan və Əfqanıstan, cənub-şərqdə isə 
Tacikistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Daş-
kənddir. Əhalisinin sayına görə isə Mərkəzi Asiyada birinci 
yeri tutur. Özbəkistanın dənizə birbaşa çıxışı yoxdur və Lix-
tenşteynlə birlikdə dənizə çıxışı olmayan ölkələrlə əhatə olun-
muş nadir dövlətlərdəndir. 
Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada san-
ki zaman öz imzasını qoyub. Ən mühüm şəhərləri Səmərqənd, 
Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Ölkədə 
müxtəlif tarixi abidə, məscid və muzeylər var. 


158 
Özbəkistan Respublikası Orta Asiyada, Əfqanıstanın şima-
lında yerləşən müstəqil türk dövlətidir. Ərazidən keçən Böyük 
ipək yolu şərqlə qərbi birləşdirir. Özbəkistanın kənd təsərrüfatı, 
onun iqtisadiyyatının əsasıdır. Pambıqçılıq Özbəkistanda kənd 
təsərrüfatı mədəniyyəti hesab olunur. Bu gün Özbəkistan hər il 
dünya bazarına 700 - 800 min ton pambıq satır. 
Özbəkistanda dənli bitkilərdən buğda, arpa, qarğıdalı və 
eyni zamanda çəltik də yetişdirilir. Bununla yanaşı az miqdarda 
küncüt, kətan, soğan, tütün kimi digər bitkilərin yetişdirilməsi 
xarakterikdir. Təzə meyvələrin satışı daxili bazarlarda olduğu 
halda, quru meyvələr əsasən, xarici bazarlara satılır. Özbək qar-
pız və yemişləri öz unikallığı və dadına görə MDB-nin bir çox 
şəhərlərində tələb olunur. 
Ölkə eyni zamanda heyvandarlıqla da məşğuldur. Burada 
iribuynuzlu mal-qara, qoyun və toyuq ət üçün yetişdirilir. Öz-
bəkistanda hər il 5 milyon litr süd verən cins inəklər də bəs-
lənilir. 
Təbii ki, bunlarla yanaşı özbək mədəniyyəti Şərqin ən par-
laq və orijinal nümunələrindən biridir. Onun misilsiz musiqisi, 
rəsmləri, təsviri sənəti, özünəməxsus mətbəxi, geyim mədəniy-
yəti və memarlığı var. Özbəklərə məxsus əsas xüsusiyyətlərdən 
biri qonaqpərvərlikdir. Burada qonaq qarşılamaq, süfrənin zən-
ginliyi, ailədəki çatışmazlıqlardan öndə durur. Nahar və ya şam 
yeməyinə dəvətdən imtina etmək düzgün sayılmır, qonaq üçün 
ən əsası dəqiqlikdir. Qonaq gedərkən suvenir və uşaqlar üçün 
şirniyyat aparmaq arzuolunandır. Hörmətli qonaqları ev sahib-
ləri həyətdə qarşılayıb salamlaşdıqdan sonra evə dəvət edirlər. 
Süfrəyə ilk öncə şirniyyat, sonra isə ağır yeməklər verilir. Ümu-
miyyətlə, özbəklərdə çay içmə xüsusi mərasim hesab olunur. 
Onu kişilər dəmləyib piyalələrdə süfrəyə verirlər. Əgər qonaq 
ev sahibinin sevimlisidirsə, onun piyaləsinə çay az süzülür. Bu 
qonaqla ev sahibi arasındakı qarşılıqlı əlaqə ilə izah olunur. Be-
lə ki, çayını içən adam yenidən ona çay süzülməsini xahiş edir 


159 
və beləliklə, bu hal bir neçə dəfə təkrarlanır. Çağırılmamış qo-
naqlara isə çayla dolu piyalə verilir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə