Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


TÜRKMƏNİSTAN RESPUBLİKASI



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə68/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   113
TÜRKMƏNİSTAN RESPUBLİKASI 
 
Paytaxtı - Aşqabad 
Rəsmi dili - türkmən dili 
Dini - islam 
Milli pul vahidi - türkmənistan manatı 
Türkmənistan - Mərkəzi Asiyada dövlətdir. Mərkəzi Asi-
yanın cənub-qərb hissəsində yerləşir. Şimal-qərbdə Qazaxıstan, 
şimal-şərqdə Özbəkistan, cənub-şərqdə Əfqanıstan, cənub və 
cənub-qərbdə İranla həmsərhəddir. Ölkənin qərbində Xəzər də-
nizi yerləşir və bu dəniz vasitəsilə Azərbaycan, Rusiya, Qaza-
xıstan və İranla sərhəddə malikdir. Türkmənistan həm də Asi-
yanın ən az məskunlaşan ərazilərindən biridir. 
Ölkənin mövqeyi Avropa ölkələri ilə, Çin və Hindistana 
gedən quru yollarının üzərində yerləşməsi baxımından əlveriş-
lidir. Ölkənin iqlimi quru subtropik iqlimdir. Burada ilin 290 
günü buludsuz keçir. Əkinçilik əsasən, suvarma, dağlarda isə qis-
mən dəmyə şəraitində mümkündür. Ölkənin şərq rayonları Amur-
dərya, Murqab və Təcən çaylarının suları ilə təchiz olunur. 


162 
Türkmənistanda ən böyük göl Sarıqamışdır. Bu göldən yük-
sək keyfiyyətli xörək duzu yığılır. Suvarma tarixən Türkmə-
nistan üçün mühüm əhəmiyyət kəsb etmişdir. Amurdəryadan 
çəkilən Qaraqum kanalı minlərlə hektar torpağın canlanmasın-
da mühüm rol oynayır. Türkmənistan ərazisi yeraltı sularla zən-
gindir. Münbit torpağı, tuqay meşələri, zəngin bitki örtüyü ya-
şıl çöllüklərə xüsusi bir gözəlik verir. Türkmənistan ərazisində 
bitən saksaul kolu əhalinin istifadə etdiyi ən mühüm bitkidir. 
Türkmənistanda əkinçilik üçün yararlı torpaqların yarısından 
pambıqçılıqda istifadə olunur. Bostan bitkiləri xüsusilə geniş 
yayılmışdır. Son illər şəkər çuğunduru əkinləri geniş vüsət al-
mışdır. Kənd təsərrüfatının ikinci sahəsi heyvandarlıqdır. 
Türkmənlər türk xalqlarının Oğuz qrupunun şərq qolunu 
təşkil edirlər. Oğuz-türkmən mədəniyyətinin formalaşmasında 
bu bölgədə yaşamış olan qədim türk alanların və xəzərlərin də 
mühüm rolu olmuşdur. Türkmənistan mədəniyyəti qonşu Mər-
kəzi Asiya müsəlman xalqlarının mədəni ənənələrindən fərq-
lənir. Məsələ ondadır ki, türkmənlərin əcdadı köçəri tayfalar 
olarkən, müasir Tacikistan və Özbəkistan torpaqlarında oturaq 
əkinçi tayfaları məskunlaşırdı. Bu xüsusiyyət türkmənlərin hə-
yat tərzində, mədəni inkişafında öz əksini tapıb. Türkmənistan 
xalqının əsas mədəni xüsusiyyətləri oğuz türklərinin adət-ənə-
nələrinə aiddir. Oğuz adətləri türkmənlərin ədəbiyyatında, mu-
siqisində, folklorunda, eləcə də mətbəx mədəniyyətində öz ək-
sini tapıb. Türkmən xalqının mədəniyyəti sırasında mətbəx mə-
dəniyyətinin özəl bir yeri var. Türkmən milli mətbəxi öz tex-
nologiyasına və məhsulların çeşidinə görə başqa Orta Asiya 
xalqlarının mətbəxinə yaxın olsa da, türkmən yeməklərinin hər 
birinin xüsusi hazırlanma qaydaları vardır. Türkmənlərin ən məş-
hur yeməyi plov, mantı, doğrama, əsas qidası isə ət və çörək-
dir. Türkmənlər cavan dəvə və qoyun ətindən istifadə edirlər. 
Ətin milli üslubda hazırlanması və konservləşdirilməsi türk-
mənlərdə müxtəlifdir və onu xüsusi təbii şərtlərə görə: quru, is-
ti küləklərin yüksək temperaturu və qumun güclü qızması 


163 
nəticəsində hazırlayırlar. Məsələn, yumud türkmənləri əti gü-
nəş altında qurudurlar. Sümüklərlə birlikdə çox böyük ət par-
çalarını hündür dirəyin ucuna taxır və bir neçə gün saxlayırlar. 
Belə qurudulmuş ət “kakmaç” adlanır. Türkmənlər tərəfindən 
ətin hazırlanması və qurudulması ilə bağlı müxtəlif üsullar var. 
Əvvəlcədən hazırlanmış qoyun və keçi mədəsi doğranmış xırda-
xırda ət və piylə doldurulur və onu yaxşı döyürlər ki, içərisində 
hava qalmasın. Bundan sonra mədəni tikir, isti quma basdırır, 
axşam isə onu qazaraq çıxarır və hündür bir dirəyə bağlayırlar. 
Bu proses mədə quruyana qədər təkrarlanır. Bu halda onun içə-
risində olan ət yaxşı dad əldə edir və uzun müddət xarab olmur. 
Belə ət “qarın” adlanır. Onu xüsusi yağda kiçik hissələrlə gil 
qabda qızardırlar. Körpə heyvanların ətini isə kömürdə qızar-
dırlar. Xəzər dənizinə çıxışı olduğu üçün mətbəxi balıq yemək-
lərinə görə də digər Asiya xalqlarının mətbəxindən fərqlənir. 
Türkmənlər balığı müxtəlif üsullarla hazırlayırlar. Onlar balığı 
şişdə qızardır və ya qazanda qaynar yağda bişirirlər. Balıq hazır 
olanda ənənəvi Asiya bitki mənşəli məhsullardan - küncüt, dü-
yü, quru ərik, üzüm, nar şirəsi istifadə edirlər. Türkmənlərin ba-
lıq yeməkləri üçün təzə balıq və ya təzə tutulmuş balığın olması 
əsas şərtdir. Türkmən mətbəxində nərə balığının bütün növlərin-
dən əsasən, kabab üçün istifadə olunur. Başqa balıq yeməkləri - 
qaplama, çeme, balıq böyrək, balıqlı yaxma, aş və s. hesab olunr. 
Türkmənistan mətbəxi yağların xüsusi növlərinə görə fərq-
lənir. Quyruq yağı, dəvə südü ilə ərinmiş yağ, xüsusilə küncüt 
yağı, hansı ki, ət və balıq yeməklərinin, şirniyyatların hazırlan-
masında istifadə olunur. 
Türkmən mətbəxi ət və tərəvəzlərə əsaslanır. Bundan baş-
qa bu mətbəxdə düyüdən də çox istifadə olunur. Bu mətbəxdə 
çörəyin əhəmiyyətli yeri vardır. Çörəyin südlü, yumurtalı, yağlı 
“Petir çörəyi” kimi dəyişik növləri var. 
Türkmənlər gündə üç dəfə yeyirlər. Ənənəvi yemək vərdi-
şini qorumuş olan xalq səhər, ümumiyyətlə, pendir, yumurta, 
kərə yağı, cem və bal yeyir, süd və çay içirlər. 


164 
Günorta yeməyində salat, şorba, qızarmış və ya qaynadıl-
mış ət yeyən türkmənlərin axşam yeməkləri isə çox yüngüldür. 
Türkmənistanda bölgələr arasında mətbəx vərdişləri dəyi-
şir. Məsələn, “Çerçer” bölgəsində ət və meyvə çox yeyirlər. 
Xəzər dənizi sahillərində isə ətdən çox balıq yeyilir. Aşqabad 
bölgəsində də yenə bol ətli yeməklər hazırlayırlar. Yarma ilə 
bişən ət plovlar, şiş kabablar və dolmalar türkmənlərin ən əhə-
miyyətli yeməkləridir. Türkmənlər cümə axşamları ölülərin ru-
hu üçün plov bişirir, dua oxuyaraq itirdikləri əzizlərini yada sa-
lır və onların ruhları xatirinə bişirdikləri plovu yeyirlər. Türk-
mənlər tərəvəzi az yeyir. Əsasən, turp, pomidor, balqabaq, kök, 
soğan istifadə edirlər. Meyvələrdən ən çox əriyə üstünlük 
verirlər. Onu təkcə ət yeməklərində deyil, eyni zamanda balıq 
yeməklərinə də əlavə edirlər. Bostan məhsullarından qarpız və 
yemiş daha çox istifadə olunur. Ədviyyatlardan isə qırmızı və 
qara bibər, yabanı cəfəri və s. geniş yayılıb. 
Türkmənlərin ən ləzzətli içkisi “Çakif” dedikləri üzümdən 
hazırlanan içkidir. Ayrıca müxtəlif konyakları da vardır. 
Türkmənlər də çayı çox sevir və hər axşam mütləq çay 
içirlər. Çay ilə bərabər quru və ya təzə üzüm, mürəbbə yeyirlər. 
Yeməklərdən sonra isə yaşıl çay içilir. Ümumiyyətlə, çayı “çay-
lık” dedikləri bir çaydanı ortaya gətirərək qurtarana qədər içirlər. 
Yemək əsnasında isə daha çox ayran içir və qatıq yeyirlər. 
Türkmənlər ayranı dəvə südündən də hazırlayırlar. Bu ayran 
digərindən daha ləzzətli və qiymətlidir. Qonaqlara xüsusilə, də-
və südündən hazırlanmış ayran təklif edirlər. Dəvə südünün xa-
masını isə səhər naharda yeyirlər. 
Türkmənlərin gündəlik yeməyində şirniyyat vərdişi yoxdur. 
Şirniyyat yerinə təzə və quru meyvə qəbul edirlər. Türkmənlər şir-
niyyatı xüsusi günlərdə hazırlayırlar. Xüsusilə bu şirniyyatları toy 
kimi mərasimlərdə bişirirlər. Bu şirniyyatlardan ən məşhur olanla-
rı “Şekşeki” yüngül bir xəmir şirniyyatıdır. Qız ərə getdikdən 40 
gün sonra ailəsinin evinə qatlama aparırlar. Kürəkənin qohumları 
o gün əlaqələri şirin olsun deyə “Fold” bişirərək qız evinə aparır-
lar. Qızın ailəsi də qızlarını ziyarətə gedərkən yenə “Fold” aparır. 


165 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə