Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə60/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   113
 


142 
Şirniyyatlar 
Azərbaycanda şirniyyat süfrələrinin özünəməxsus xüsusiy-
yətləri var. Şirniyyatlara halva, şəkərbura, şorqoğal, paxlava, 
şəkərçörəyi, dürmə, külçə, tıxma, bamiyə, mütəkkə və s. daxil-
dir. Şəki halvası, Şamaxı mütəkkəsi, Zaqatala və Bakı qura-
biyəsi, Qarabağ kətəsi, Bakı, Gəncə, Naxçıvanın təndir kökəsi, 
Lənkəran külçəsi, Quba - Xaçmaz qozçörəyi, Ordubad qozlu 
dürməsi, Quba tıxması, Muğan qəliti, İrəvan kətəsi kimi şirniy-
yatlar isə Azərbaycanın müxtəlif ərazilərinə aid şirniyyat növ-
ləridir. Azərbaycan xalqının ən əziz bayramı olan Novruz bay-
ramının öz şirniyyatları var ki, onu bu bayramın atributu hesab 
etmək olar. Bu, şəkərbura, paxlava, badambura, şorqoğalıdır. 
Bu şirniyyatlarsız Novruz bayramını təsəvvür etmək olmaz. 
İçki mədəniyyəti 
Azərbaycanda çay içmək geniş yayılıb. Əsas yeməkdən 
qabaq çayın süfrəyə gətirilməsi ənənədir. Azərbaycanda istifa-
də edilən çay uzun dövrlər boyunca Çindən gəlib. Azərbaycan-
da istehsal edilən çay əsasən, yaşıldır, ancaq qara çay da kifa-
yət qədər geniş yayılıb. Azərbaycanda istənilən yaşayış yerində 
çayxana var. Ancaq Orta Asiyadan fərqli olaraq, çayxanalarda 
nahar etmək olmur, çayın yanında yalnız konfet və şirniyyat 
verilir. 
Tarixən Azərbaycan süfrəsində istifadə olunan alkoqolsuz 
içkilər şəhləb, qəhvə, meyvə şərbətləri, ayran, atlama, körəməz, 
ovduxdur. Vaxtilə Azərbaycanda olmuş rus hərbi tarixçilərin-
dən biri yazırdı ki, azərbaycanlılar “içki məqsədilə əsasən, su, 
ən isti vaxtlarda isə ayran (suda qarışdırılmış qatıq) qəbul edir, 
varlılar isə şərbət içirlər”. Keçmişdə Azərbaycanda qəndab, 
xoşab, ovsala, heyva şərbəti, əzgil suyu, üzüm şirəsi, iskəncəbi, 
gülab şərbəti, araqnanə, bədmüşk və s. olmaqla süfrəyə müx-
təlif şərbət növləri qoyulurdu. Kakao, qəhvə və s. kimi Şərq 
süfrəsinə məxsus içkilər keçmişdə kəndli ailələrinin məişətinə 
sirayət etməmişdir. İstisna kimi, şəhərin kübar ailələrində ziya-
fət süfrəsində qəhvə içilirdi. 


143 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə