213
1
Ay ərzində istehsalın həcmi, ədəd
500
400
2
Satış qiyməti, man.
750
600
3
Məhsul vahidinə düşən dəyişən
xərclər, man.
500
400
4
Ay ərzində sabit xərclər
80000
Fərz edək ki, aşağıdakı göstəriciləri təyin etmək lazımdır:
a) Ay ərzində mənfəət
məbləğini;
b) Hər bir məmulat üçün marjinal
gəlirin orta məbləğini;
c)Hər növ məmulat üçün marjinal gəlirin əmsalını;
ç)Müəssisə kişi kostyumunun satışını 600 ədədə, qadın
kostyumunun həcmini 500 ədədə çatdırarsa, mənfəətin
həcmini.
Qoyulmuş suallara cavab almaq üçün 23 N-li cədvəlin
məlumatlarından istifadə edək.
Marjinal gəlirin orta kəmiyyətinin, əmsalının və müəssisənin
mənfəət məbləğinin hesablanması
Cədvəl 23.
S/n
Göstəricilər
Məlumat
Cəmi
Kişi
kostyumu
Qadın
kostyumu
1
Buraxılışın
həcmi, ədəd
500
400
900
2
Satışdan gəlir,
man.
375000
240000
615000
3
Dəyişən xərclər,
man.
250000
160000
410000
4
Marjinal gəlir
(2-3) man.
125000
80000
205000
5
Sabit məsrəflər,
man.
80000
6
Mənfəət (4-5),
man.
125000
214
7
Marjinal
gəlirin
orta
kəmiyyəti
(4:1), man.
250
200
8
Marjinal gəlirin
əmsalı (4:2)
0.33
0.33
Cədvəldən göründüyü kimi ay ərzində müəssisənin
mənfəət məbləği 125000 manat olmuşdur. Marjinal gəlirin orta
kəmiyyəti kişi kostyumu üçün 250 manat, qadın kostyumu
üçün 200 manat olmuşdur. Marjinal gəlirin əmsalı hər iki
məmulat üçün 0.33 təşkil edir.
Müəssisə satışın həcmini genişləndirirsə aşağıdakı
həcmdə mənfəət alacaqdır:
Kişi kostyumunun satışından alınan marjinal gəlir:
250 manat
600 ədəd =150000 manat
Qadın kostuyumu satışından marjinal gəlirin kəmiyyəti:
200manat
500 ədəd =100000 manat
Hər iki məmulatın satışından marjinal gəlirin kəmiyyəti:
150000+100000 =250000 manat
Müəssisənin sabit məsrəfləri : 80000 manat
Müəssisənin mənfəəti: 250000 – 80000 =170000
15.3. İstehsalın zərərsizliyinin təyin edilməsi metodları
“Məsrəflər – Həcm – Mənfəət”in nisbətlərinin təhlilini
təcrübədə bəzən “zərərsizlik nöqtəsi” adlandırırlar. Bu nöqtəni
həmçinin “kritik” və yaxud “ölü” və yaxud “tarazlıq” nöqtəsi
kimi işlədirlər. Zərərsizlik nöqtəsini hesablamaq üçün üç
metoddan istifadə edilir:
a)
qrafik metodu;
b) tarazlıq metodu;
c) marjinal gəlir metodu.
Qrafik
metodda
zərərsizlik
nöqtəsini
(rentabellik
astanasını) hesablamaq üçün “Məsrəflər – Həcm – Mənfəət”in
215
kompleks qrafikini qurmaq lazımdır. Bunu aşağıdakı misaldan
daha aydın görmək olar.
Tikiş fabriki kişi kostyumu hazırlayır və aşağıdakı
göstəricilərə malikdir (Cədvəl 24)
Tikiş fabrikinin göstəriciləri (man.)
Cədvəl 24.
S/n
Göstəricilər
İstehsalın həcmi
Cəmi
1 vahidinə
1
Satışdan gəlir
375000
750
2
Dəyişən
məsrəflər
250000
500
3
Marjinal gəlir
125000
250
4
Sabit məsrəflər
80000
x
5
Mənfəət
45000
x
24 N-li cədvəlin məlumatlarına əsasən zərərsizlik
nöqtəsinin qrafikini quraq.
1. Qrafikdə satışdan alınan pul gəlirinin xəttini çəkirik
(OA). Məhsulun həcmi 500 ədəd. Satışdan pul gəliri – 375000
manat (500x750) – A nöqtəsi.
2. Dəyişən xərclərin xəttini qururuq (013)
İstehsalın həcmi 500 ədəd olduğu halda dəyişən xərclərin
məbləği 250000 man. (500 ədəd
500 man.) təşkil edir.
Deməli, B nöqtəsi kordinatları (500; 250000) olacaqdır.
3. Ümumi xərclərin xəttini qururuq. Bunun üçün əvvəlcə
sabit xərclərin 80000 manat məbləğinə uyğun olaraq sıfır
kəsişmə nöqtəsindən ayırırıq (OC). Sonra isə dəyişən xərclərin
(OB) xəttinə paralel olaraq C nöqtəsindən kecməklə ümumi
xərclərin (CD) xəttini çəkirik – zərərsizlik nöqtəsi (E) satış
xətti (OA) ilə ümumi xərclər (CD) xəttinin kəsişdiyi nöqtə
hesab olunur. E nöqtəsindən x oxuna çəkilən şaquli proeksiya
cinsi ifadədə 320 ədəd zərərsiz satışın həcmini göstərir.
216
E nöqtəsindən y oxuna üfüqi proeksiya məbləğ
ifadəsində zərərsiz satışın (240000 manat) həcmini göstərir.
Beləliklə, qurulmuş qrafikdən görünür ki, zərərsizlik nöqtəsi
320 ədəd və yaxud 240000 manat təşkil edir. Bu halda zərərsiz
satılmış 1 ədəd məmulatın qiyməti 480 manat (240000:500
ədəd) təşkil edir.
12 N-li sxemdə təsvir edilmiş zərərsizlik nöqtəsi
(rentabellik astanası) – bu satışdan alınan ümumi pul gəliri ilə
məcmu məsrəflərin qrafiklərinin kəsişdiyi nöqtə hesab olunur.
Mənfəət və yaxud zərərin həcmi ştrixlənmişdir. Zərərsizlik
nöqtəsində satışdan alınan pul məbləği, onun məcmu
məsrəflərinə bərabərdir. Bu halda mənfəət sıfıra bərabər olur.
Zərərsizlik nöqtəsinə uyğun olan satış puluna astana satış
pulu deyilir. Zərərsizlik nöqtəsində olan istehsalın (satışın)
həcmi istehsalın (satışın) astana həcmi adlanır. Əgər müəssisə
məhsulu satışın astana həcmindən az satarsa o zərər alır, əgər
çox olarsa mənfəət alır.
Tarazlıq metodu müəssisənin mənfəətinin aşağıdakı
düsturu ilə hesablanmasına əsaslanır:
Satışdan pul gəliri – dəyişən xərclər – sabit məsrəflər =
mənfəət
Düsturun göstəricilərinin hesablanma qaydasını təfsilat
ilə göstərsək, onu aşağıdakı kimi təsəvvür etmək olar:
(vahidin qiyməti x vahidlərin miqdarı) – (vahidə sərf
edilmiş dəyişən xərc x vahidlərin miqdarı) – sabit xərclər =
mənfəət
Zərərsizlik nöqtəsini tarazlıq
metodu ilə təyin etmək üçün
əvvəlki misalın rəqəmlərindən istifadə edək, zərərsizlik
nöqtəsində (x) mənfəət satışa bərabərdir, ona görə də bu nöqtə
satışdan alınan pul məbləğinin sabit və dəyişən məsrəflərin
məbləğinə bərabərliyi şəraitində tapmaq olar:
750x =500x+800000;
250x =80000;