Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

 
 
184 
 
9. Ümumsex  xərcləri
10. Sair istehsal xərcləri
11. Sex istehsal maya dəyərinin yekunu
12. Ümumtəsərrüfat xərcləri
13. Ümumzavod istehsal maya dəyərinin yekunu
14. Satış xərcləri
15. Tam maya dəyərinin cəmi. 
Məsrəflər  baş  vermə  yerlərinə  sexlər,  sahələr,  şöbələr, 
briqadalar və müəssisənin digər struktur bölmələri, yəni məsrəf 
mərkəzləri  üzrə  qruplaşdırılır  və  uçota  alınır.  Məsrəflərin  bu 
qaydada qruplaşdırılması uçotun istehsal prosesinin mərhələləri 
(mərhələ,  dövr,  faza,  proses,  əməliyyat)  üzrə  aparılmasına 
səbəb olur və məhsulun maya dəyərinin müəyyən edilməsini və 
firmadaxili  hesablaşmanın  təşkilini  təmin  edir.  Məsrəflərin 
müəssisənin    funksional  fəaliyyətindən  və  onların  əmələgəlmə 
yerlərindən  asılı  olaraq  qruplaşdırılması  da    məsrəflərin 
yuxarıda  verilmiş  təsnifatı  ilə  əsaslı  surətdə  əlaqədardır.  Bu 
əlamət üzrə məsrəflər aşağıdakı kimi qruplaşdırılır: 
a) təchizat-tədarük əməliyyatları üzrə; 
b) istehsal prosesi üzrə
c) kommersiya-satış əməliyyatları üzrə; 
ç) təşkilati idarəetmə mərhələsi üzrə. 
Yuxarıda 
göstərilən 
qruplaşmalar 
aşağıdakılarla 
nəticələnir: 
1. 
Məsuliyyət 
mərkəzlərinin 
fəaliyyətinin 
möhkəmlənməsi  və  məsuliyyət  mərkəzləri  arasında  qarşılıqlı 
əlaqələrin və qarşılıqlı asılılığın gücləndirilməsi
2.  Sərf  edilmiş  məsrəflər  haqqında  daha  düzgün 
informasiyanın təqdim edilməsinin  təmin olunması; 
3.  Menecerlərə  məhsul  satışının  yolları,  qiyməti,  tərkibi, 
növü  haqqında  qarşılıqlı,  əsaslandırılmış  qərarların  qəbul 
etmələrinə köməklik edir; 


 
 
185 
 
4. 
Müəssisənin 
istehsal-kommersiya 
fəaliyyətinin 
səmərəliliyinin yüksəldilməsinə səbəb olur. 
Uçot və kalkulyasiya sisteminin seçilməsində məsrəflərin 
istehsalın  həcminə  nisbəti  üzrə  qruplaşdırılması  həlledici  rol 
oynayır.  Bu  əlamət  üzrə məsrəflər  sabit məsrəflər və  dəyişən 
məsrəflər  olmaqla  iki  yerə  ayrılır.  İstehsalın  həcminin 
dəyişməsi  ilə  birlikdə  həcmi  dəyişən  məsrəflərə  dəyişən 
məsrəflər  deyilir.  Dəyişən  xərclərə  xammal  və  material, 
texnoloji  məqsəd  üçün  istifadə  edilən  yanacaq  və  enerji, 
istehsal fəhlələrinin əmək haqqı və s. daxildir. 
İstehsalın həcmi dəyişərkən həcmi dəyişməyən məsrəflər 
sabit  məsrəflər  adlanır.  Bunlara  ümumsex,  ümumtəsərrüfat  və 
s. xərclər daxildir. 
Məhsulun  maya  dəyərinin  planlaşdırılması  uçotu  və 
təhlili işlərinin normal gedişatında məsrəflərin sabit və dəyişən 
xərclərə bölünməsi mühüm əhəmiyyət kəsb edir. Sabit və dəyi-
şən xərclər müəssisələrin iş təcrübəsində özünü əsas (istehsal) 
və  üstəlik  (dövri)  xərclər  kimi  büruzə  verir.  Əsas  xərclər 
məhsulun hazırlanmasının texnoloji prosesləri ilə əlaqədar olan 
xərclər  daxildir.  Bunlara  məhsulun  sex  istehsalat  maya 
dəyərinin  tərkibinə  daxil  olan  məsrəflər  (xammal,  material  və 
yarımfabrikatların  dəyəri,  texnoloji  məqsədlər  üçün  istifadə 
edilən  yanacaq  və  enerjinin  dəyəri,  istehsalat  fəhlələrinə 
hesablanan əməkhaqqı xərcləri, sosial ehtiyaclar üçün aparılan 
ayırmalar, maşın və avadanlıqların istismarı üzrə xərclər və s.) 
daxil  edilir.  Məhsulun  satışı,  idarə  olunması,  istehsalın  təşkili 
və xidməti ilə bağlı olan xərclərə üstəlik (dövri) xərclər deyilir. 
Üstəlik xərclər kompleks ümumtəsərrüfat və kommersiya xərc-
lərindən  ibarətdir.  Bu  xərclərin  həcmi  müəssisənin  istehsal-
kommersiya  fəaliyyətinin  təşkilindən,  inzibati  idarə  heyətinin 
işgüzar  siyasətindən,  hesabat  dövrünün  müddətindən,  müəssi-
sənin  quruluşundan  və  digər  amillərdən  asılıdır.  Məsrəflərin 
əsas  və  üstəlik  xərclərə  bölünməsinin  mahiyyəti  ondan 


 
 
186 
 
ibarətdir  ki,  məhsulun  maya  dəyərinə  yalnız  istehsal  xərcləri 
daxil  edilməlidir.  Bunlar  məhsulun  istehsal  maya  dəyərini 
formalaşdırır  və  məhsul  vahidinin  maya  dəyərinin 
hesablanması üçün istifadə edilir.  
Məhsulun  maya  dəyərinə  daxil  edilmə  üsuluna  görə 
məsrəflər  müstəqim  və  qeyri-müstəqim  xərclər  olmaqla  iki 
yerə  ayrılır.  Konkret  növ  məhsulun  istehsalına  sərf  olunan 
xərclərə  müstəqim  xərclər  deyilir.  Ona  görə  də  bu  xərclər  baş 
verdiyi  zaman  ilk  sənədlərə  əsasən  birbaşa  kalkulyasiya 
obyektinə silinir. Qeyri-müstəqim xərclər bir neçə növ məhsul 
istehsalına sərf olunan xərclərə aiddir. Qeyri-müstəqim xərclər 
hesabat 
dövrü 
ərzində  müvafiq  toplayıcı-bölüşdürücü 
hesablarda  toplanır  və  ayın  axırında  bölüşdürülmə  metoduna 
əsasən  ayrı-ayrı  məhsul  növləri  arasında  bölüşdürülür. 
Məsrəflər  baş  verdikləri  vaxtdan  və  məhsulun  maya  dəyərinə 
daxil  edildiyi  vaxtdan  asılı  olaraq  cari  və  təxirə  salınmış 
xərclərə  bölünür.  Müəyyən  hesabat  dövrü  ərzində  məhsul 
istehsalına və satışına sərf olunan xərclərə cari xərclər deyilir. 
Gələcək dövrün xərcləri və qarşıdakı xərclər isə təxirə salınmış 
xərclər hesab olunur.  
Məsrəflər  sərf  edildikləri  müddətdən  asılı  olaraq 
planlaşdırılan 
və 
planlaşdırılmayan 
xərclərə 
ayrılır. 
Planlaşdırılan  xərclərə  müəssisənin  təsərrüfat  fəaliyyəti  ilə 
əlaqədar  olan  və  istehsal  məsrəflərinin  smetasında  nəzərdə 
tutulan  məhsuldar  xərclər  aid  edilir.  Bu  xərclər  normalara, 
normativlərə,  limitlərə  və  smetalara  uyğun  olaraq  məhsulun 
plan  maya  dəyərinə  daxil  edilir.  Planlaşdırılmayan  xərclər  – 
qeyri-məhsuldar  xərclər  hesab  olunur,  təsərrüfat  fəaliyyətinin 
normal  şəraitindən  çıxış  etmir  və  zəruri  hesab  olunmayan 
xərclərdir. 
Bu 
xərclərə 
məhsul 
çıxdaşından 
və 
boşdayanmalardan  alınan  itkilər  daxil  edilir  və  onlar  yalnız 
əmtəəlik məhsulun faktiki maya dəyərinə daxil edilir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə