Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

 
 
187 
 
13.3. İstehsal məsrəflərinin uçotunun təşkili 
 
İstehsal məsrəflərinin uçotu və məhsulun maya dəyərinin 
kalkulyasiyası  mühasibat  uçotunun  ən  mühüm  sahələrindən 
biridir.  Bazar  münasibətləri  şəraitində  istehsal  müəssisələri 
qarşısında  duran  vəzifələrdən  biri  də  məhsul  satışından  alınan 
pul  gəliri  ilə  məsrəfləri  örtmək  və  mənfəət  əldə  etməkdən 
ibarətdir.  Bu  isə  istehsalın  təşkili  və  texniki  təminatın 
yaxşılaşdırılmasını,  ehtiyatların  axtarılmasını,  tapılmasını  və 
aşkara  çıxarılmasını,  əmək  məhsuldarlığının  yüksəldilməsini, 
maya  dəyərinin  aşağı  salınmasını,  istehsal  edilən  və  satılan 
məhsulun  keyfiyyətinin  yüksəldilməsini,  əmək  və  maliyyə 
resurslarının  qənaətlə  və  səmərəli  idarə  edilməsini  və  s.  tələb 
edir. 
Bütün  bu  tədbirlərin  yerinə  yetirilməsində  mühasibat 
uçotu, mühüm rol oynayır və aşağıdakı vəzifələri yerinə yetirir: 
1.  Hazır  məhsul  buraxılışının  çeşidlər  və  keyfiyyətləri 
üzrə uçotunun təşkili; 
2. Onların maya dəyərinin aşağı salınması; 
3. İstehsal məsrəflərinin uçotunun düzgün təşkili və maya 
dəyərinin kalkulyasiyalaşdırılmasının yaxşılaşdırılması; 
4.  İstehsalın  istifadə  edilməyən  ehtiyatlarının  aşkara 
çıxarılması; 
5.  Təsərrüfatsızlıqla  mübarizə,  müxtəlif  növ  itkilərin  və 
qeyri-məhsuldar  xərclərin  qarşısının  alınması  və  aradan 
qaldırılması. 
İstehsal  məsrəflərinin  uçotunun  aparılması  üçün 
mühasibat  uçotunun  müəyyən  hesablar  sistemindən  istifadə 
edilir: 
202/1 – Əsas istehsalat, 202/2 – Köməkçi istehsalat, 711 
–  Kommersiya  xərcləri,  721  –  İnzibati  xərclər,  731  –  Sair 
əməliyyat  xərcləri,  242,  191  –  Gələcək  hesabat  dövrünün 


 
 
188 
 
xərcləri,  412  –  Uzunmüddətli  zəmanət  öhdəlikləri,  513  – 
Qısamüddətli hüquqi öhdəliklər və s. 
Məsrəflərin və məhsul buraxılışının uçotunu aparmaq və 
onlara  nəzarət  işini  həyata  keçirmək  üçün  aşağıdakı  uçot 
registrlərindən  istifadə  edilir:  12  N-li  cədvəl  “sexlər  üzrə 
məsrəflər”  202/1,  202/2  N-li  hesablar  üzrə  məsrəflər  uçota 
alınır. Ayın sonunda 12 N-li cədvəldə uçota alınan dövriyyələr 
10 
N-li 
jurnal-orderə 
köçürülür. 
15 
N-li 
cədvəl 
“Ümumtəsərrüfat  xərcləri”  qarşısındakı  xərc  və  ödənişlərin 
ehtiyatı,  gələcək  hesabat  dövrünün  xərcləri,  “qeyri-istehsal 
xərcləri”  ay ərzində 721, 191, 402, 513 hesablar  üzrə xərcləri 
özündə  toplayır.  Ayın  axırında  721,  191,  402,  513  N-li 
hesabların  dövriyyələrini  10  N-li  jurnal-orderə  köçürürlər.  10 
N-li  jurnal-orderin  məlumatları  10/1  N-li  jurnal-orderə 
köçürülür. 
Uçotun  jurnal-order  formasında  istehsal  məsrəflərinin 
uçotunun təşkili 11 N-li sxemdə verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
189 
 
Sxem 11. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
icmal sənədlər 
1 N-li işçi cədvəli -
materialın və əmək 
haqqının bölüşdürülməsi 
12 N-li cədvəl – “Sexlər üzrə məsrəflər” inzibati xərclər, 
gələcək dövr xərcləri, qarşıdakı xərc və ödənişlərin 
ehtiyatı və qeyri-istehsal xərcləri 
6, 8, 9, 12 N-li işçi cədvəlləri – 
amortizasiya köməkçi istehsalatın 
xidməti və digər xərclər 
10 N-li jurnal-order, 201, 202, 721, 242, 291, 522, 533, 
412, 513 N-li hesabların krediti üzrə, 202, 721, 242, 
191, 412, 513 N-li hesabların debeti üzrə 
İstehsal məsrəflərinin 
iqtisadi elementlər üzrə 
hesablanması 
Əmtəəlik məhsulun maya 
dəyərinin hesablanması 
10/1 N-li jurnal-order 201, 202, 721, 522, 533, 191, 
412, 513 N-li hesabların krediti üzrə və sair 
hesabların (qeyri-istehsal) debeti üzrə 
B a ş   k i  t a b 
İstehsal məsrəfləri 
hesabının debeti 
Sair (qeyri-istehsal) 
hesabların debeti 
 
10/1 N-li jurnal-
orderdə yerləşdirilən 
hesabların krediti 


 
 
190 
 
İstehsal  məsrəflərinin  analitik  uçotu  kalkulyasiya 
obyektlərinin  nomenklaturası  və  sexlər  üzrə  köməkçi 
cədvəllərdə və yaxud kartoçkalarda aparılır. 
Məsrəflərin hansı kalkulyasiya və uçot obyektinə məxsus 
olduğunu  müəyyən  etmək  üçün  istehsal  məsrəflərini  özündə 
əks etdirən bütün sənədlərdə uçot obyektinin şifri göstərilir ki, 
bu  da  məsrəflərin  kalkulyasiya  obyektləri  və  xərc  maddələri 
üzrə düzgün qruplaşdırılmasına imkan verir.  
 
13.4. İstehsalın növləri və onların məsrəflərin uçotu və 
məhsulun maya dəyərinin kalkulyasiyasına təsiri 
 
Müəssisələrdə  istehsalın  uçotunun  təşkili  əsasən  istehsa-
lın  təşkili  və  texnologiyasından,  buraxılan  məhsulun  xarakte-
rindən,  idarəetmə  strukturları  və  digər  amillərdən  asılıdır.  Sa-
dalanan bu amillər təsərrüfat əməliyyatlarının sənədlərlə rəsmi-
ləşdirilməsi,  onların  sistemləşdirilməsi,  ümumiləşdirilməsi  və 
əks  etdirilməsi  proseslərini  müəyyən  edir,  spesifik  və  analitik 
uçotun aparılması, məsrəflərin hazır məhsul və bitməmiş isteh-
sal arasında bölüşdürülməsi proseslərini müəyyən edir. Texno-
loji  proseslərin  xarakterindən  asılı  olaraq  ümumi  qaydada  bü-
tün  istehsalat  çıxarma  (hasil  etmə)  sənayesi  və  emaletmə  ol-
maqla 2 yerə bölünür. Çıxarma istehsalına yerin təkindən təbii 
xammalın  çıxarılması,  hasilatı  aiddir.  Bu  istehsal  sahələrində 
alınan məhsula xammal  və əsas material  sərf edilmir. Bir sıra 
çıxarma sənaye sahələrində aralıq məhsul alınmır və ona görə 
də bu sahələrdə bitməmiş istehsal qalığı olmur. Çıxarılma səna-
ye sahələrində böyük miqdarda sadə məhsul istehsal edilir. Çı-
xarılma  sənayesində  məsrəflərin  analitik  uçotu  və  məhsulun 
maya  dəyərinin  kalkulyasiyası  işləri  həyata  keçirilir  ki,  bu  da 
bu sahənin başqa sənaye sahələrindən fərqləndirici xüsusiyyəti-
ni göstərir. Emaledici sənaye sahəsi sənaye və kənd təsərrüfatı 
xammallarını  hazır  məhsula  və  yaxud  yarımfabrikata  çevirir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə