198
Eynicinsli məhsul istehsalı üçün (onun eyni çəki və
yaxud ölçüsünə malik olduğu halda) kompleks istehsal
məsrəflərini dəyər nisbəti göstəriciləri ilə bölüşdürmək
mümkündür.
Bu
nöqteyi-nəzərdən
hal-hazırda
aşağıdakı
göstəricilərdən istifadə edilir:
1. İstehlakçılara satılan məhsulun topdan və yaxud
pərakəndə satış qiyməti;
2. Əmtəəlik məhsulun satınalınma qiyməti və yaxud
faktiki
istehsal maya dəyəri;
3. Əmtəəlik
məhsulun plan maya dəyəri;
4. Oxşar və yaxud əvəz edə bilən məhsulların qiyməti və
yaxud istehsal maya dəyəri;
5. Hər bir məhsul istehsalına sərf edilən dəyişən
məsrəflərin səviyyəsi.
Sadalanan
göstəricilərin hər biri qiymət
amilin
bölüşdürmə bazası və kəmiyyətinə təsiri ilə yaranan çox və
yaxud az şərtilik dərəcəsi ilə əmsal nisbətlərini hesablamaq
üçün əsas kimi qəbul edilə bilər. Sair eyni şərtlər şəraitində
məhsulun plan maya dəyəri göstəricisinə üstünlük verilə bilər
ki, bu da qiymətin mütənasib bölüşdürmə nisbətinə təsir edən
müxtəlif növ rentabellik səviyyəsinə malik olması ilə bağlıdır.
Bundan əlavə qiymətlər arasında nisbətə yalnız məhsulun maya
dəyəri təsir etmir, bir sıra qiymət əmələ gətirən amillər də
(məhsulun istehlak xüsusiyyəti, onun sosial qiyməti və s.) təsir
edir.
Plan maya dəyəri –
`
iqtisadi
nöqteyi-nəzərdən
kompleks istehsal məsrəflərinin bölüşdürülmə əmsalının
hesablanmasına imkan verdiyi üçün daha əsaslandırılmış
göstərici hesab olunur.
Ayrı-ayrı yanaşı məhsulların plan maya dəyərləri
arasındakı nisbəti belə birləşdirmənin real nisbətini əks etdirir.
Ona görə də məhsul vahidinin plan maya dəyərini