Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

 
 
191 
 
Bu istehsal sahələrində çoxlu miqdarda və mürəkkəb məhsullar 
istehsal  olunduğu  üçün  bitməmiş  istehsal  qalıqlarına  da  rast 
gəlinir.  Emal  sənaye  müəssisələri  xammal  və  materialları 
kimyəvi  və  yaxud  mexaniki  yolla  yenidən  işləyib  hazır 
məhsula  çevirirlər.  Xammal  və  materialların  kimyəvi  yolla 
hazır  məhsula  çevrilməsi  prosesində  ilkin  material  ayrı-ayrı 
texnoloji fasiləli mərhələlərdə, fazalarda və yaxud mərhələlərlə 
istehsal  olunur.  Bu  istehsalat  sahələrində  məsrəflərin  uçotu 
yalnız  bütövlükdə  proseslər  üzrə  deyil  ayrı-ayrı  texnoloji 
mərhələlər (fazalar), mərhələlərin daxilində isə məhsul növləri 
üzrə  aparılır.  Buradan  da  müvafiq  olaraq  hazır  məhsul  və 
yarımfabrikatların  maya  dəyərinin  hesablanması  ayrı-ayrı 
mərhələlər  üzrə  aparılır.  Xammal  və  materialların  mexaniki 
yolla  emal  edilməsi  ilə  məşğul  olan  istehsal  sahələrində  ayrı-
ayrı detalların , qovşaqların və digər yığma birləşmələrinin iş-
lənilməsi nəticəsində hazır məhsul alınır. Bunlara misal olaraq 
ticarət  texnoloji  avadanlıqlarını,  tikiş  məmulatlarını,  müxtəlif 
növ cihazlar və aparat istehsalını göstərmək olar. 
İstehsalın  təşkili  dedikdə  -  əməyin  təşkili,  işçilərin  və 
avadanlıqların 
yerləşdirilməsi, 
materialların 
və 
yarımfabrikatların  hərəkəti,  ayrı-ayrı  istehsal  sahələrində  və 
əməliyyatlarda  işlərin  qarşılıqlı  əlaqələri  başa  düşülür. 
İstehsalın  təşkilinin  axın  və  qeyri-axın  kimi  üsullarından 
istifadə  edilir.  İstehsalatın  axın  üsulu  ilə  təşkili  məhsul 
istehsalının  daha  təkmilləşmiş  üsulu  hesab  olunur.  İstehsalın 
axın üsulunda əsas məsrəflər (material sərfi, avadanlığın amor-
tizasiyası,  enerji  xərci,  əmək  ödənişi  üzrə  xərclər  və  s.) 
istehsalın konkret xüsusiyyətindən asılı olaraq ayrı-ayrı axın və 
avtomatik  xətlər  üzrə  uçota  alınır.  İstehsalın  qeyri-axın 
üsulunda  bir  qayda  olaraq  avadanlıqların  qruplar  üzrə 
yerləşdirilməsi  prinsipindən  istifadə  edilir.  Bu  halda  hər  bir 
qrup avadanlıq bir və  yaxud bir neçə əməliyyat  yerinə  yetirir. 
Ona  görə  də  emaldan  keçən  detallar  həmin  avadanlıqlar 


 
 
192 
 
qrupundan  digər  avadanlıq  qrupuna  verilir,  bu  da  istehsal 
tsiklinin uzadılması ilə nəticələnir.  
Məhsul  buraxılışı  proqramının  yerinə  yetirilməsindəki 
iştirakına görə istehsalat əsas və köməkçi istehsalatlara ayrılır. 
Əsas  istehsalat  dedikdə  müəssisənin  profilinə  uyğun  olaraq 
məhsul buraxılışı başa düşülür. Əsas istehsalatdan alınan hazır 
məhsullar  kənara  satış  üçün  istehsal  edildiklərinə  görə  onlar 
müəssisənin  iqtisadiyyatında  həlledici  rol  oynayırlar.  Əsas  is-
tehsalata  misal  olaraq  çörək  istehsalı  ilə  məşğul  olan 
müəssisələri, konservlərin hazırlanmasını və s. göstərmək olar. 
Köməkçi  istehsalat  əsas  istehsalata  müəyyən  növ 
xidmətlər göstərməklə və yaxud işlər yerinə yetirməklə onların 
normal fəaliyyətini təmin edir. Köməkçi istehsalatın xidmətinə 
misal  olaraq  elektrik  enerjisi,  sıxılmış  hava,  avadanlıqların 
təmir işləri, taraların hazırlanmasını və s. göstərmək olar. 
Müəssisələrdə  qeyri-sənaye  istehsalı  və  təsərrüfatlar 
(mənzil-kommunal təsərrüfatı, uşaq bağçası, körpələr evi və s. 
) da ola bilər. Onlar bilavasitə  əsas  istehsalat  məhsulu  istehsal 
etmədiklərinə görə istehsalat təsnifatına daxil edilmirlər.  
İstehlakçıların sorğularının təmin olunma həcmindən asılı 
olaraq  istehsalın  fərdi,  seriyalı  və  kütləvi  olmaqla  üç  növü 
vardır. 
Fərdi  istehsala  hər  hansı  bir  məhsulun  tələbatçıların 
sifarişi  ilə  istehsalı  başa  düşülür.  Bunlara  ayaqqabı,  geyim 
paltarları, qənnadı məmulatları və s. daxildir. 
Seriyalı  istehsala  məhsulun  partiyalarla,  seriyalarla 
hazırlanmasını həyata keçirən istehsalatlar daxil edilir. Seriyalı 
istehsal  özləri  də  xırda  seriyalı,  orta  seriyalı,  iri  seriyalı 
istehsala ayrılır. 
Kütləvi  istehsala  eynicinsli  məhsulun  istehsalının  uzun 
müddət  fasiləsiz  olaraq  təkrarlanan  istehsalatlar  daxildir. 
Texnoloji  prosesin  mürəkkəblik  dərəcəsindən  asılı  olaraq 
istehsal  sadə  və  mürəkkəb  olmaqla  2  yerə  ayrılır.  Yalnız  bir 


 
 
193 
 
növ  məhsulun  istehsalı  ilə  məşğul  olan,  birmərhələli  istehsala 
sadə  istehsal  deyilir.  Bir  neçə  növ  məhsul  istehsalı  ilə  məşğul 
olan  və  bir  neçə  mərhələdən  keçən  istehsal  mürəkkəb  istehsal 
sayılır. 
İstehsalın idarə olunmasının təşkili və strukturundan asılı 
olaraq  müəssisələr  sexli  və  sexsiz  strukturlu  müəssisələrə 
ayrılır.  Sex  sənaye  müəssisələrinin  xüsusiləşmiş  inzibati  və 
əsas  struktur  vahidi  hesablanır.  İstehsalın  sexli  və  sexsiz 
idarəetmə  quruluşu  istehsal  məsrəflərinin  analitik  icmal 
uçotunun qurulmasına da təsir edir. Müəssisədə təcrid olunmuş 
sexlərin mövcud olması icmal uçotun yarımfabrikat metodunun 
tətbiqi  üçün  ilkin  zəmin  (şərait)  yaradır.  İdarəetmənin  sexin 
quruluşu  əsasən  iri  müəssisələrdə  tətbiq  edilir.  Belə  olduqda 
hər  bir  sexin  məsrəflərinin  uçotu  “ümumistehsalat  hesabında”  
ayrıca aparılır.  
Böyük  olmayan  və  orta  müəssisələrdə  idarəetmənin 
sexsiz  strukturu  tətbiq  edilir  və  əsas  və  köməkçi  istehsalat 
sexlərinin  nəzdində  istehsalat  sahələri  (uçastkaları)  yaradılır. 
Bu  şəraitdə  məsrəflərin  icmal  uçotu  yarımfabrikatsız  variant 
tətbiq  etməklə  aparılır,  hansı  ki  bu  variantda  öz  istehsalının 
yarımfabrikatlarının  hərəkəti  mühasibat  uçotunda  əks 
etdirilmir. 
Məhsul  (iş,  xidmət)  istehsalına,  məsrəflərin  uçotuna 
istehsalın təşkilinin kombinləşdirilmiş forması da əsaslı surətdə 
təsir edir. Bir sıra hallarda istehsal müəssisələri  özlərində müx-
təlif  sahələrin  məhsullarını  buraxan  kombinatları  və  birlikləri 
birləşdirir.  Belə  olduqda  istehsalın  iqtisadi  səmərəliliyi  öz 
əksini   əmək məhsuldarlığının  yüksəldilməsində, xammal  ma-
terial,  əsas  vəsaitlər,  əmək  resurslarının  səmərəli  istifadə 
olunmasında  nəticədə  məhsulun  maya  dəyərinin  aşağı 
salınmasında tapır. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə