Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

 
 
181 
 
məsrəfləri  birləşdirir.  Bununla  əlaqədar  olaraq  məhsulu  əmələ 
gətirən 
(əsasını 
təşkil 
edən) 
məsrəflərin 
tərkibinin 
əsaslandırılmış təsnifatının istifadə edilməsi mühüm əhəmiyyət 
kəsb  edir.  Məhsulun  maya  dəyərini  əmələ  gətirən  məsrəflərin 
sadəcə  olaraq  sadalanması  göstərir  ki,  onlar  nə  özlərinin 
tərkibinə,  nə  də  məhsulun  hazırlanmasındakı  roluna  görə  bir-
birindən  köklü  surətdə  fərqlənirlər.  Bir  məsrəf  bilavasitə 
məhsulun  hazırlanması  və  buraxılışı  (material,  əməkhaqqı, 
amortizasiya  və  s.)  ilə,  digəri  isə  istehsalat  xidməti  və  onun 
idarə  olunması  ilə  bağlıdır.  Bundan  əlavə,  məsrəflərin  bir 
hissəsi  konkret  növ  məhsulun  maya  dəyərinə  birbaşa,  digər 
hissəsi  isə  bir  neçə  növ  məhsulun  istehsalı  ilə  bağlı  olduğuna 
görə  dolayı  yol  ilə  daxil  edilir.  Ona  görə  də  məsrəflərin 
uçotunun  və  məhsulun  maya  dəyəri  kalkulyasiyasının  düzgün 
təşkili 
üçün  müstəqim  və  qeyri-müstəqim  xərclərin 
təsnifləşdirilməsi  əlamətlərinin  düzgün  seçilməsinə  ciddi  fikir 
vermək lazımdır ki, bunlara da aşağıdakılar daxildir: 
1. Məsrəflərin tərkibi və iqtisadi məzmunu
2.  Onların  baş  verdiyi  (sərf  edildiyi)  yer  və  onların 
daşıyıcıları; 
3.  Məhsulun  hazırlanması  texnoloji  prosesindəki  rolu  və 
təyinatı; 
4. Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə; 
5.  İnformasiya  istifadəçilərinin  istehsalın  həcminə 
nisbətinə görə. 
Məsrəflər  tərkibinə  görə  -  birelementli  və  kompleks 
xərclər  olmaqla  iki  yerə  ayrılır.  Yalnız  bir  elementdən  ibarət 
olan  xərclərə  (material,  əməkhaqqı,  amortizasiya  və  s.) 
birelementli xərclər deyilir. 
Bir  neçə  elementdən  (əməkhaqqı,  amortizasiya,  elektrik 
enerjisi)  ibarət  xərclər  (ümumistehsalat,  ümumtəsərrüfat) 
kompleks xərclər adlanır. 


 
 
182 
 
Məhsulun  maya  dəyərinə  və  onun  kalkulyasiyasına  təsir 
edən  amillərdən  biri  də  məsrəflərin  iqtisadi  elementlər  və 
kalkulyasiya  maddələri  üzrə  düzgün  qruplaşdırılmasıdır. 
Məhsul  istehsalına  və  satışına  çəkilən  ilkin  eynicinsli 
məsrəflərə iqtisadi element deyilir. Bu məsrəflər müəssisə üzrə 
öz tərkib hissələrini parçalamaq qeyri-mümkündür. Məsrəflərin 
elementlər  üzrə  qruplaşması  vaxtın  müəyyən  dövründə 
müəssisə üzrə bütövlükdə bu və ya digər növ məsrəfdən, onun 
harada  baş  verməsindən  və  hansı  konkret  növ  məhsula  sərf 
edilməsindən asılı olmayaraq nə qədər sərf edilməsidir. 
Məsrəflərin  iqtisadi  elementlər  üzrə  qruplaşdırılması 
maliyyə  uçotunun  obyekti  hesab  olunur  və  illik  mühasibat 
hesabatları tərtib edilərkən istifadə edilir ki, bu informasiyalar 
da  əsasən  kənar  istifadəçilər  üçün  hazırlanır.  Məsrəflərin 
iqtisadi  elementlər  üzrə  qruplaşdırılması  əsas  fondlara, 
dövriyyə vəsaitlərinə,  əmək haqqı  fonduna və s. olan tələbatın 
hesablanmasına imkan verir. Lakin məsrəflərin bu əlamət üzrə 
qruplaşdırılması  müəssisənin  ayrı-ayrı  struktur  bölmələri  üzrə 
məsrəflərin  həcmini  müəyyən  etməyə  və  məhsulun  maya 
dəyərini  hesablamağa  imkan  vermir.  Məsələn,  müəssisədə 
elektrik  enerjisi  məhsul  istehsalının  texnoloji  prosesində  də 
istifadə oluna bilər, inzibati idarəetmə məqsədləri ofis binasının 
işıqlandırılması  üçün  də istifadə  oluna  bilər.  Eləcə  də  elektrik 
enerjisi 
texnoloji 
prosesdə, 
müxtəlif 
məmulatların 
hazırlanmasında  müxtəlif  miqdarda,  bir  məmulat  çox,  digər 
məmulat az miqdarda istifadə oluna bilər. 
Bu  məsələlərin  həll  edilməsi  üçün  məsrəflərin  xərc 
maddələri  üzrə  təsnifatından  istifadə  edilir  ki,  bu  da  yalnız 
daxili istifadəçilər üçün hazırlanır. 
Kalkulyasiya  maddələri  dedikdə    həm  bütövlükdə 
müəssisə  üzrə,  həm  də  ayrı-ayrı  növ  məhsul  üzrə  məhsulun 
maya dəyərini əmələ gətirən məsrəflər başa düşülür.  


 
 
183 
 
Məsrəflərin 
kalkulyasiya 
maddələri 
üzrə 
təsnifləşdirilməsi  aşağıdakı  göstəricilərin  təyin  edilməsinə  və 
hesablanmasına imkan verir: 
1.  Məsrəflərin  təyinatını  və  onların  maya  dəyərinin 
hesablanması və kalkulyasiya edilməsi
2. Xərclər üzərində nəzarət etmək
3. Bütövlükdə müəssisə üzrə təsərrüfat fəaliyyəti və onun 
ayrı-ayrı  bölmələri  üzrə  keyfiyyət  göstəricilərini  aşkara 
çıxarmaq; 
4.  İstehsal  məsrəflərinin  aşağı  salınması  üzrə  axtarışları 
hansı istiqamətlər üzrə aparmaq
5.  İstehsal  məsrəflərinin  analitik  uçotunun  kalkulyasiya 
maddələri üzrə aparılması; 
6.  Ayrı-ayrı  məhsul  növlərinin  plan  və  faktiki 
kalkulyasiyasının həmin maddələr üzrə aparılması. 
İstehsal müəssisələrində məsrəflərin xərc maddələri üzrə 
təsnifatı  əsas  kimi  qəbul  edilir.  Lakin  hər  sənaye  sahəsinin 
spesifik  (özünəməxsus)  xüsusiyyətindən  çıxış  edilərək  həmin 
sahələrdə 
kalkulyasiya 
maddələri 
“Maya 
dəyərinin 
planlaşdırılması,  uçotu  və  kalkulyasiyası”  üzrə  sahəvi 
təlimatlara uyğun olaraq fərqləndirilir. 
Kalkulyasiya 
maddələrinin 
ümumi 
şəkildə 
nomenklaturası aşağıdakılardan ibarətdir: 
1.  Xammal,  əsas  material,  satın  alınmış  yarımfabrikatlar 
və komplektləşdirici məmulatlar
2. Öz istehsalının yarımfabrikatları; 
3. Sexlərdən geri qaytarılmış atqıntılar (çıxılır) ; 
4. Köməkçi materiallar
5.  Texnoloji  məqsədlər  üçün  istifadə  olunan  yanacaq  və 
enerji; 
6. İstehsal fəhlələrinin əmək ödənişi xərcləri
7. Sosial ehtiyaclara ayırmalar; 
8. Maşın və avadanlıqların istismarı üzrə xərclər


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə