Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


IV. Ənənəvi cəmiyyətdən sənaye cəmiyyətinə keçid



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə37/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   339
em tom

IV. Ənənəvi cəmiyyətdən sənaye cəmiyyətinə keçid. 
Şagirdlər böyük 
coğrafi kəşflərin səbəb və nəticələrini, yeni cəmiyyətə keçid prosesinin ən 
mühüm mərhələləri olan intibah, Reformasiya və sənaye çevrilişini, ənənəvi 
cəmiyyətdən sənaye cəmiyyətinə keçid prosesində texnologiya və iqtisadi 
amillərin rolunu təhlil edirlər. 
Şagirdlər Niderland, İngiltərə, Amerika və Fransada baş vermiş inqilabları, 
onların səbəb və nəticələrini müqayisə edir, sivilizasiyaların qeyri-bərabər 
inkişafını, tarixdə təkamül və inqilabi hərəkatı qarşılaşdırırlar. Onlar burjua 
inqilablarının cəmiyyətin quruluşuna, ideologiya və təhsilə təsirini, vətəndaş 
cəmiyyətinin formalaşmasını fərqləndirən amilləri araşdırır, cəmiyyətlə dövlət 
arasındakı münasibətlərdə baş verən dəyişiklikləri təhlil edərək vətəndaş 
cəmiyyətinin yaranması prosesi haqqında nəticələr çıxarırlar. 
Şagirdlər İngiltərə, Fransa, Almaniya, ABŞ və Yaponiyada baş vermiş 
sənaye çevrilişinin nəticələrini təhlil edirlər. 
Şagirdlər sənaye çevrilişinin cəmiyyətin strukturuna, sosial dəyişikliklərin 
çevikliyinə və istehsal formasına təsirini, sənaye cəmiyyətinin mədəniyyətini
qərb sivilizasiyasının təbiətə münasibətini, burada xüsusi mülkiyyətin inkişafını, 
mülkiyyət hüququna ayrılmaz və təbii hüquq kimi baxışın formalaşmasını təhlil 
edirlər. 
Şagirdlər XV əsrin sonu – XIX əsrin ortalarında beynəlxalq münasibətləri 
araşdırırlar. Onlar XIX-XX əsrin hüdudlarında Asiya ölkələrində ənənəvi 
cəmiyyətlərin böhranını, kapital ixracı, Qərb mədəniyyəti və əxlaqi 
nümunələrinin təsiri altında ənənəvi strukturların deformasiyasını, qabaqcıl 
sınaye cəmiyyətlərində ziddiyyətlərin kəskinləşməsini, dünyanın bölüşdürülməsi 
uğrunda mübarizənin başlanmasını, dövlətlərarası münasibətləri, Birinci Dünya 
müharibəsinin səbəb və nəticələrini təhlil edirlər. 
Şagirdlər XV əsrin sonu – XIX əsrin ortalarında Azərbaycanın siyasi, 
sosial-iqtisadi və mədəni həyatı ilə bağlı məsələləri, Azərbaycan torpaqlarına 


99 
yiyələnmək uğrunda dövlətlərarası mübarizəni, torpaqlarımızın Rusiya ilə İran 
arasında bölüşdürülməsini təhlil edirlər. Onlar Gülüstan və Türkmənçay sülh 
müqavilələrinin xalqımız üçün nəticələrini, Rusiya imperiyasının Şimali 
Azərbaycanda, İran dövlətinin Cənubi Azərbaycanda yeritdiyi müstəmləkəçilik 
siyasətini, onun siyasi, sosial – iqtisadi və mədəni nəticələrini, xalqın bu siyasətə 
müqavimətini araşdırır, Şimali Azərbaycanın Qərb, Cənubi Azərbaycanın isə 
Şərq 
sivilizasiyasına 
istiqamətlənməsi 
nəticəsinə 
gəlirlər. 
Həmin 
sivilizasiyaların cəmiyyət – dövlət münasibətlərinə, ictimai həyatın 
tənzimlənməsinə və bu sahələrə təsirini təhlil edirlər. Qərb mədəniyyətinin 
əxlaqi nümunələrinin və kapitalın ixracı nəticəsində ənənəvi cəmiyyət 
strukturlarında baş dəyişiklikləri aydınlaşdırırlar. 
Şagirdlər Azərbaycanın I Dünya Müharibəsi ilə əlaqəsini, müharibənin 
iqtisadiyyata və əhalinin güzəranına mənfi təsirini, Rusiyada fevral inqilabının 
qələbəsindən sonra Azərbaycanda milli-azadlıq hərəkatının güclənməsini 
araşdırır və müəyyən nəticəyə gəlirlər. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə