Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə34/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   339
em tom

birinci komponentini – tarixi 
anlayıĢlar
təşkil edir ki, şagirdlər də tarixi anlayışları məhz dərslikdən 
mənimsəyirlər. 
Dərslikdəki təlim materialları şagirdlərdə tarixi faktlar haqqında təzahür 
yaratmaqla, bu faktların daxili mənasını dərk etməyə və bunlar arasındakı 
əlaqənin yaradılmasına motiv yaradır. Tarixi biliklərin 
ikinci daha yüksək 
fazası nəzəri biliklərdir. 
Tarixi mahiyyət və tarixi faktların izah olunması 
anlayışlar, qanunlar sisteminin köməyi ilə həyata keçirilir, 
bu da tarixi biliklər 
strukturunun 
üçüncü 
komponenti 
– 
tarixi 
proseslərin 
qanunauyğunluqlarıdır. 
Orta məktəbdə şagirdlər tarix elminin ancaq başlanğıc mərhələsi ilə tanış 
olurlar. Keçmişin və indinin təzahürlərinə metodoloji yanaşma şagirdlərin 
qiymətləndirici mülahizələrini formalaşdırır, onların tarixi şəxsiyyətlərə və 
hadisələrə münasibəti bildirmək bacarıqlarının yaranmasına zəmin yaradır. 


95 
Tarixi faktlara verilən qiymətlərə elmi yanaşma, elmi yəqinlik tarixi 
mənbələrdən əldə edilmiş biliklərə əsaslanır. Tarixi biliklərin strukturuna tarixi 
materiallar üzərində əməliyyat vasitələri də daxildir. Şagirdlər tarixi faktları 
öyrənir, təsəvvürlərində canlandırır və əvvəllər alınmış biliklərdən istifadə 
etməyi öyrənirlər. Əvvəllər qavranılmış əməliyyat vasitələrinin köməyi ilə 
şagirdlər müəyyən bacarıqlara yiyələnirlər və onların dərketmə fəaliyyəti 
yüksəlir. 
Müəllimin tarixi biliklərin strukturunu və funksiyasını bilməsi ona tədris 
məsələlərini daha səmərəli yerinə yetirməyə imkan verir. Bütün bunlar gələcək 
nəslin tərbiyə və inkişafına köməklik göstərir. Ona görə də dərsliklər 
Azərbaycan tarixi ilə ümumi tarixin ardıcıllığı və ümumi səciyyəvi 
xüsusiyyətlərini nəzərə almaqla tərtib edilir. Azərbaycan tarixi ilə ümumi tarixin 
məntiqi və xronoloji ardıcıllığı məsələləri ümumtəhsil orta məktəblərində tarix 
təhsilinin müasir sistemi fəslində daha geniş vermişik. 
Dərslikdəki materialları dövrlər üzrə səciyyələndirməklə orta məktəbdə 
tarix təhsilinin məzmunu haqqında daha, yetərli təsəvvür əldə edə bilirik. Orta 
məktəbin tarix dərsliklərində Vətən tarixi ilə ümumi tarix arasında məntiqi tarixi 
ardıcıllıq prinsipini əsas götürməklə tarix təhsilinin gələcəkdəki yeni 
məzmununu belə təsvir edirik: 
I. Sivilizasiyaya qədərki insanların həyatı; 
II. Qədim sivilizasiyalar
III. Orta əsr sivilizasiyaları; 
IV. Ənənəvi cəmiyyətdən sənaye cəmiyyətinə keçid; 
V.Sənaye cəmiyyətinin inkişafı; 
VI. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə