Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti


ÖLÇÜ QURULUŞLARININ (ÖLÇMƏ VASİTƏLƏRİNİN) METROLOJİ XARAKTERİSTİKALARI



Yüklə 4,02 Mb.
səhifə11/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
Metr.əsasları Fərzanə Nadir

8. ÖLÇÜ QURULUŞLARININ (ÖLÇMƏ VASİTƏLƏRİNİN) METROLOJİ XARAKTERİSTİKALARI
Ölçmə vasitələrinin təsnifatında qeyd etmişdik ki, ölçü quruluşları çeviricilərə və cihazlara bölünür. Onların metroloji xarakteristikaları eyni adlı olduğundan mövzuda onlar ümumi şəkildə verilir. Gələcəkdə ölçmə vasitələrinin metroloji xarakteristikaları dedikdə quruluşların metroloji xarakteristikaları nəzərdə tutulacaqdır. Ölçmə vasitələrinin metroloji xarakteristikaları onların iş rejiminin (vəziyyətinin) xarakterindən asılı olaraq statik və dinamik xarakteristikalara bölünür.

Ölçmə vasitələrin daxilində baş verən bütün hərəkətlər başa çatdıqdan sonra, yəni qərarlaşmış (müvazinət) vəziyyətində onun giriş siqnalı ilə çıxış siqnalı arasındaki asılılıq statik xarakteristika adlanır. Ümumiyyətlə, ölçmə vasitəsinin şkalası giriş kəmiyyətinin qiymətlərinə əsasən dərəcələndiyi üçün bu xarakteristikaya həm də dərəcələnmə xarakteristikası və yaxud çevirmə funksiyası da deyilir. Ölçmə vasitələrinin digər statik xarakteristikalarına onların həssaslığı (həssaslıq astanası-həddi), aşağı və yuxarı ölçmə hədləri, ölçmə diapozonu aiddir. Ölçmə vasitəsinin qərarlaşmış vəziyyətdə giriş kəmiyyəti ilə çıxış kəmiyyəti arasında cədvəl, qrafik və yaxud düstur şəklində tərtib edilmiş asılılığa dərəcələnmə xarakteristikası və yaxud çevirmə funksiyası deyilir. Məs., termocüt üçün dərəcələnmə xarakteristikası və yaxud çevirmə funksiyası giriş kəmiyyəti temperatur T ilə çıxış kəmiyyəti termo-EHQ arasındakı asılılıqdır:





E=a+b·T asılılığı.

Ölçmə vasitəsinin çıxış kəmiyyətinin artımının  bu artımı yaradan giriş kəmiyyətinin artımına  olan nisbətinə həssaslıq deyilir.


  (8.1)
Məs., əgər termocütdə Δt=100C; ΔE=0,15mV olarsa:

ÖV

=0,015 mV/ 0C x y

Bəzi hallarda ölçmə vasitəsinin həssaslığını onun əqrəbinin giriş kəmiyyətinin minimum dəyişməsində hiss ediləcək qədər çıxış kəmiyyətinin dəyişməsi kimi başa düşürlər. Əslində bu həssaslığ astanası və yaxud həddidir. Həssaslığ həddi kimi cihazın bölgüsünü yarısı kimi çıxış kəmiyyəti dəyişməsini qəbul ediblər. Çünki bunu müşahidəçi kifayət qədər dərk edə bilir. Adətən, şkalaların bölgüsündə kimi qəbul edilir. Burada λ– dəqiqlik sinfinin işarəsidir.



Burada bölgülərin alınmasında qiymətlərin tam olması nəzərdə tutulmalıdır. Əgər həssaslığı dərəcələnmə xarakteristikası üzərində qeyd etsək: H=Δy/Δx=tgα-nı alarıq.

Ölçmə vasitəsinin fiziki kəmiyyətin buraxıla bilən xəta ilə ölçə biləcəyi ən kiçik qiymətinə ölçmənin aşağı həddi, ən böyük qiymətinə isə ölçmənin yuxarı həddi deyilir. Aşağı və yuxarı ölçmə hədləri ölçmə diapozonunu məhdudlaşdırır. Ölçmə vasitəsinin fiziki kəmiyyətin buraxıla bilən xəta ilə ölçə biləcəyi qiymətləri toplusuna ölçmə diapozonu deyilir. Bəzi cihazların şkalası ölçmə diapozonu ilə tam üst-üstə düşür, bəzilərində isə bu fərqli olur.

Şək.8.1-də ölçmə cihazının şkalası göstərilmişdir [2].

Şək.8.1. Cihazın şkalası


Ölçmə vasitəsinin məlum giriş kəmiyyətinin dəyişməsində çıxış kəmiyyətinin zaman üzrə dəyişməsinə onun dinamiki xarakteristikası deyilir. Adətən, giriş kəmiyyətinin məlum dəyişməsi kimi, təkanşəkilli dəyişmə qəbul edilir. Belə ki, bu cür dəyişmə giriş kəmiyyətinin ən xoşagəlməz dəyişməsi sayılır.

Şək.8.2-də x giriş kəmiyyəti təkanşəkilli dəyişdikdə (a) y çıxış kəmiyyətinin dəyişmə əyriləri (b, c, d, e, f) göstərilmişdir.

Şək.8.2,b-də periodik (gücləndirici) manqa göstərilmişdir. Belə qurğunun diferensial tənliyi:
;   (8.2)

Şək.8.2,c-də gecikməsi olmayan aperiodik manqa üçün:

(8.3)

b)

c)

d) ddd)

e)

f)

t

t

t

t

t

t



Şək.8.2. Ölçü qurğularının tipik dinamik xarakteristikaları
Şək.8.2,d-də verilmiş əyrilərdən 1 və 2-yə uyğun T1/T2<2; T1/T2≥2 olanda 3 olur. 1 əyrisinə rəqsi, 2-yə aperiodik, 3-ə periodik manqa deyilir.

Şək.8.2,e-də gecikməsi olan manqa göstərilmişdir. Belə manqa üçün diferensial tənlik:

(8.4)

Tqər – ölçmə vasitəsində baş erən proseslərin sönməsini xarakterizə edir və qərarlaşma müddəti adlanır (yəni əvvəlki qərarlaşmış vəziyyətdən yeni qərarlaşmış vəziyyətə gəlmə müddəti). Adətən, dinamik xarakteristikalar üçün Tqər=(3-5)T.

Şək.8.2,f-də göstərilən əyriyə gecikmə manqası ilə rəqsi manqanın birləşməsi kimi baxmaq olar.


(8,5)


Ölçmə vasitələrinin dinamik xarakteristikalarını öyrənərkən diferensial tənliklərlə yanaşı istifadə olunur. Ötürmə funksiyası sıfır başlanğıc şərtlərindən çıxış kəmiyyətinin Laplas təsvirinin giriş kəmiyyətinin Laplas təsvirinə olan nisbətinə deyilir.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə