Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 4,02 Mb.
səhifə10/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Metr.əsasları Fərzanə Nadir

7. ÖLÇMƏ VASİTƏLƏRİNİN TƏSNİFATI
Ölçmədə istifadə olunan və normallaşdırılmış metroloji xassəyə (xarakteristikalara) malik olan texniki vasitələrə ölçmə vasitələri deyilir.“Ölçü”lər, ölçü quruluşları, ölçü qurğuları, ölçü sistemləri və ölçü ləvazimatları, ölçmə vasitələrinə aiddir.

Fiziki kəmiyyətin verilmiş ölçüsünü təkrarlama təyinatlı ölçmə vaitələri “ölçü” adlandırılır. Əgər “ölçü” fiziki kəmiyyətin ancaq bir ölçüsünü təkrarlaya bilirsə, ona birqiymətli “ölçü” (kolba, rezistor, sabit tutumlu kondensator, çəki daşları və s.) və əgər iki və daha çox ölçüsünü təkrarlaya bilirsə, ona çoxqiymətli “ölçü” deyilir (müqavimətlər mağazası, induktivlik variometri, xətkeş, ştangeralətlər, mikrometr və s.).



Ölçü quruluşları – ölçmə informasiyasının təzahür etmə formasına görə çeviricillərə və cihazlara bölünür.

Ölçmə informasiyasını yenidən çevirmək, saxlamaq, ötürmək və emal etmək üçün lazım olan, lakin müşahidəçinin dərk edə bilməyəcəyi formaya salan ölçmə quruluşlarına çevirici deyilir.

Ölçmə zəncirindəki yerinə görə çeviricilər ilk, aralıq və ötürücü çeviricilərə bölünür.

Girişinə bilavasitə ölçülən kəmiyyət daxil olan çeviricilər ilkin çevirici adlanır. İlkin çeviricilərə misal termocütü və diafraqmanı göstərmək olar (şək.7.1).



E Q=f(ΔP) Q1 Q 2





T





Q

Şək.7.1. İlkin çeviricilər

Lazım gəldikdə ölçmə zəncirində ilkin çeiricilərdən sonra yerləşdirilən çeviricilərə aralıq çeviricilər deyilir. Siqnalların təbiətini dəyişmək üçün, məs., elektrik siqnalından pnevmatik siqnala və əksinə, hidravlik siqnala, cərəyan şiddətindən gərginliyə və əksinə, tezliyə və s.çevirmək üçün istifadə olunan çeviricilər funksional çeviriciləri adlandırılır. Siqnalları miqyas üzrə dəyişdirən çeviricilər məs., gücləndiricilər miqyas çeviriciləri adlandırılır.

Ölşmə informasiyasını uzaq məsafəyə (500m-dən yuxarı, km-lərlə) ötürmək təyinatlı çeviricilərə ötürücü çeviricilər deyilir. Məs., dənizdə və hətta quruda neft-qaz çıxarma müəssisələrində, quyularda parametrlərin dispetçer məntəqəsində ölçülməsi üçün istifadə edilən çeviricilər.

Ölçmə informasiyasını müşahidəçinin bilavasitə dərk edə biləcəyi formaya salan ölçmə vasitələri cihaz adlandırılır. Cihazlar – ölçmə informasiyasını ifadə etmə formasına görə göstərən və qeyd edən cihazlara bölünür:

Göstərən cihazlar ölçülən kəmiyyətin dəyişməsini şkala boyu əqrəbin yerdəyişməsi ilə və yaxud şkalada rəqəmlərin bir-birini əvəz etməsi ilə əks etdirir.

Qeyd edən cihazlar əlavə olaraq ölçmə infosmasiyasını qeydetmə mexanizmi ilə təchiz olunmuş cihazlardır. Əgər ölçmə informasiyası diaqram üzrə qeyd edilirsə, belə cihazlara özüyazan



cihazlar deyilir.

Cihazlar təsir prinsipinə görə (istifadə olunan ölçmə üsuluna görə) birbaşa təsirlimüqayisə cihazlara bölünürlər. Məs.,yaylı manometrlər, membranlı manometrlər, şüşəli termometrlər bir-başa təsirli cihazlara aiddir. Potensiometr, müvazinətli elektron körpülər- müqayisəli cihazlara misaldır.

Ölçmə informasiyasını müşahidəçinin bilavasitə dərk edə biləcəyi formaya salmaq üçün funksional birləşdirilmiş əsas və köməkçi vasitələrin məcmusuna ölçmə qurğusu deyilir. Məs., elektrotexniki materialların xüsusi müqavimətinin ölçmə qurğusu, neft və neft məhsullarının keyfiyyət göstəricilərinin (sıxlığının, fraksiya tərkibinin, özlülüyünün və s.) ölçmə qurğuları və s.

Ölçmə sistemləri qurğular kimi əsas və köməkçi qurğuların məcmusu olub, lakin ölçmə informasiyasını avtomatik çevirmə, saxlama, emal etmə və avtomatik idarə sistemlərindən istifadə üçün lazım olan formaya salan ölçmə vasitələridir.

Qurğulardan fərqli olaraq ölçmə sistemlərini təşkil edən vasitələr bir-birindən ixtiyari məsafədə yerləşə bilər. Onların arasındakı əlaqə xüsusi əlaqə kanalları vasitəsilə həyata keçir.

Ölçü ləvazimatları bilavasitə ölçmə prosesində istifadə edilməməsinə baxmayaraq onlara da müəyyən metroloji tələblər irəli sürülür. Onların işə salınma qaydaları, kipliyinin saxlanması, onun vasitəsi ilə əməliyyatlara başlanması, əməliyyatların aparılması və sona çatdırılma qaydaları müəyyən edilir. Məsələn, termostat, mufer sobası belə ləvazimatlara aiddir.

Metroloji təyinatına görə ölçmə vasitələri etalonlara, işçi etalonlara (nümunəvi ölçmə vasitələri) və işçi ölçmə vasitələrinə bölünür. Fiziki kəmiyyət vahidinin ölçüsünü özündən aşağı səviyyədə yerləşən ölçmə vasitələrinə ötürmək məqsədilə yaradan (hasil edən) və saxlayan ölçmə vasitələri etalon adlanır. İşçi etalonlar (nümunəvi ölçmə vasitələri) özündən aşağı səviyyədə yerləşən, həm işçi etalonların və həmdə işçi ölçmə vasitələrinin yoxlanılması üçün nəzərdə tutulmuş ölçmə vasitələridir. İşçi ölçmə vasitələri texniki ölçmələri aparmaq üçün istifadə olunan ölçmə vasitələridir. İşçi etalonlarla texniki ölçmələri aparmaq qadağandır. İşçi ölçmə vasitələrinin köməyilə ölçmə vasitələrinin yoxlanıması qadağandır.

Şək.7.2-də vahidin ölçüsünün etalondan (dövlət etalonundan, ilkin etalondan) bütün ölçmə vasitələrinə ötürülməsi sxemi verilmişdir [1]. Adətən işçi etalonlar seriya şəklində və yaxud kütləvi şəkildə istehsal olunan ölçmə vasitələrinin içərisindən attestasiya zamanı seçilir. Onların başlıca xüsusiyyəti xarakteristikalarının uzun müddət stabil qalmasıdır.


İkinci etalon



(Etalon-surət)

Ən ali

dəqiqlikli



Şək.7.2. Vahidin ölçüsünün etalondan ölçmə

vasitələrinə ötürülməsi sxemi


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə