Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 4,02 Mb.
səhifə7/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   24
Metr.əsasları Fərzanə Nadir

4. ÖLÇMƏLƏRİN TƏSNİFATI
Ölçmə metrologiyanın ən vacib anlayışlarından biridir. Ölçmələr müxtəlif əlamətlərə görə təsnifata ayrılır, siniflərə bölünür[2].
I əlamət. Ölçülən kəmiyyətə görə xətti ölçmələri (xətti-bucaq ölçmələrini), mexaniki ölçmələri, axın parametrlərinin (sərf, səviyyə, həcm) ölçmələrini, təzyiq və seyrəklik ölçmələrini, temperatur və istilik-fiziki ölçmələri (texnoloji ölçmələr), (istilik-texniki ölçmələr), elektrik və maqnit ölçmələrini, akustik ölçmələri, radiotexniki ölçmələri və s. ölçmələri bir-birindən fərqləndirirlər.

II əlamət. Ölçülən kəmiyyətin zaman üzrə özünü aparma xarakterinə görə statik və dinamiki ölçmələri bir-birindən fərqləndirirlər. Zaman üzrə dəyişməyən (sabit) kəmiyyətlərin ölçülməsi statik ölçmə adlanır. Sabit cərəyan şiddətinin, sabit elektrik tutumunun, sabit təzyiqin, əşyaların qabarit ölçülərinin və s. ölçülməsi statik ölçmələrə misal ola bilər.

Zaman üzrə dəyişən (sabit qalmayan) kəmiyyətlərin ölçülməsi dinamiki ölçmə adlanır. Döyünən təzyiqin, dəyişən cərəyan şiddətinin, havanın temperaturunun, təzyiqinin, nəmliyinin və s. ölçülməsi dinamiki ölçməyə misal ola bilər.
III əlamət. Ölçmə nəticələrinin alınma yoluna (ölçmənin tənliyinin növünə) görə birbaşa, dolayı, cəm (müştərək) və birgə ölçmələri bir-birindən fərqləndirirlər.

Birbaşa ölçmədə ölçülən kəmiyyətin axtarılan qiyməti bilavasitə təcrübədən tapılır. Əgər axtarılan qiyməti Xa ilə işarə etsək, təcrübədən tapılan qiyməti Xt işarə etsək, Xa=Xt ifadəsi birbaşa ölçmənin tənliyi olacaqdır.

Dolayı ölçmədə ölçülən kəmiyyətin y qiyməti əvvəlcədən məlum olan y=f(x1, x2,...,xn) asılılıqdan, bu asılılığa daxil olan x1, x2,..., xn arqumentlərinin birbaşa ölçmə nəticələrini yerinə yazmaqla təyin edilir. Paralelepipedin həcminin ölçülməsi (V=ABH; y= x1,x.,xn), elektrik enerjisinin ölçməsi dolayı ölçməyə misal ola bilər.

Cəm (müştərək) ölçmədə ölçülən kəmiyyətin qiyməti onunla eyniadlı olan kəmiyyətlərin müxtəlif münasibətlərinin birbaşa (dolayı) ölçülməsi nəticəsində tərtib edilmiş tənliklər sisteminin həllindən tapılır. Məsələn, 1kq, 2kq, 2kq, 5kq-lıq çəki daşlarının kalibrlənməsinə (həqiqi kütlələrinin təyin edilməsinə) baxaq. Bu məqsədlə 1 ədəd 1kq-lıq işçi etalon 1e götürülür və bərabərqollu tərəzidə aşağıdakı ölçmələr aparılır.
1 e+1+a

b+1+1e=2 cəm ölçmə və yaxud

2=2I+c müştərək ölçmə

1+2+2I=5+d
Bu tənliklər sisteminin həll edərək (a, b, c, d yüklərinin miqdarı əvvəlcədən məlumdur) çəki daşlarının həqiqi kütləsini təyin edirik.

İki və daha çox müxtəlif adlı kəmiyyətlərin arasındakı asılılığın təyin edilməsi məqsədilə onların eynu zamanda ölçülməsinə birgə ölçmə deyilir. Məsələn, cərəyan şiddəti, potensiallar fərqi və müqavimətin Om qanunu təyin etmək üçün aparılan eyni zamandakı ölçmələr; Kirxqof qanunun çıxarılmasında aparılan ölçmələr; havanın temperaturu ilə nəmliyi; küləyin sürəti və istiqaməti arasındakı asılılıqları təyin etmək məqsədilə onların eyni zamanda ölçülməsi və s. birgə ölçməyə misal ola bilər.

IV əlamət. Ölçmə nəticələrinin dəqiqliyinin təyin olunma şəraitinə görə ölçmələr üç sinfə bölünür:
a) mövcud ölçmə vasitələrinin köməyilə mümkün ola biləcək maksimal dəqiqliklə ölçmə (etalon ölçmələr, fiziki sabitlərin ölçülməsi və s.) buna misal ola bilər.

b) nəzarət yoxlama ölçmələri, hansılarınki nəticələrinin xətası əvvəlcədən verilən qiyməti aşmamalıdır. Müəssisələrdə, təşkilatlarda ölçmə vasitələrinin vəziyyətinə, metroloji qaydalara, normalara, tələblərə riayət edilməsinə dövlət və yaxud idarə (nazirlik) nəzarəti zamanı aparılan ölçmələr-yoxlamalar buna misal ola bilər.

c) texniki ölçmələr, hansılarınki nəticələrinin dəqiqliyi istifadə olunan ölçmə vasitələrinin xətaları ilə təyin edilir. Müəssisələrdə, təşkilatlarda gündəlik aparılan ölçmələr buna misal ola bilər.

V əlamət. Ölçmə nəticələrinin ifadə olunma formalarına görə mütləq və nisbi ölçmələr bir-birindən fərqləndirilir. Bir və yaxud bir sıra əsas kəmiyyətlərin bibaşa ölçülməsi və yaxud fiziki sabitlərin təyin edilməsi mütləq ölçmə adlanır (temperaturun dərəcə selsi ilə; cərəyan şiddətinin Amper ilə; EHQ-nin millivoltla; sərbəstdüşmə təcilinin m/san2 ilə ölçülməsi).

Kəmiyyətin onunla eyniadlı olan və vahid qəbul edilmiş kəmiyyətə olan nisbətinin ölçülməsi nisbi ölçmə adlanır. Məs., nisbi rütubət (nəmlik), nisbi çəki, nisbi xüsusi çəki və s. Nisbi nəmlik 1m3 havada olan su buxarının miqdarının 1m3 havanı doyduran su buxarı müqdarına olan nisbətidir.

Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə