Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 4,02 Mb.
səhifə5/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   24
Metr.əsasları Fərzanə Nadir

Misli vahidlər: Hissə vahidləri:

101 – da (deka) 10-1 – d (detsi)

102 – h (hekta) 10-2 – s (santi)

103 – k (kilo) 10-3 – m (milli)

106 – M (meqa) 10-6 – mk(mikro)

109 – G (qiqa) 10-9 – n (nano)

1012 – T (tera) 10-12 – p (piko)

1015 – P (peta) 10-15 – f (femto)

1018 – E (eksa) 10-18 – a (atto)

1021 – Z (zepta) 10-21 – z (zeto)

1024 – U (uorta) 10-24 – u (uoto)
1234000000000000 m = 1,234·1015 Pm

0,00000000000000067 m = 670·10-18 am
Bu sistemdə ilk dəfə qüvvə və kütlə vahidləri bir-birindən fərqləndirilir. Sistemdə keçid əmsalları koqerentdir (əmsallar vahidə bərabərdir). Sistemdə universallıq təmin edilir, yəni bir sıra vahidlər sistemində verilən konkret kəmiyyət vahidləri əvəzinə bir vahid istifadə edilir.

Məsələn: iş, istilik miqdarı, güc vahidləri kimi Coul qəbul edilmişdir.

Əsas fiziki kəmiyyət vahidləri aşağıdakılardır:

1. Uzunluq vahidi – metr (m) (20-ci əsrin 90-cı illərində qəbul edilmişdir). İşığın vakuumda 1/299792458 saniyədə qət etdiyi yolun uzunluğu metr (m) adlanır (OKM(x) orta kvadratik meyletməsi - xətası 5·10-9–a bərabərdir).

2. Kütlə vahidi – kiloqram (kq) (BÖ və ÇK tərəfindən 1889-cu ildən təsdiq edilmişdir). Kiloqramın beynəlxalq prototipinin kütləsinə bərabər olan kütlə - kiloqram (kq) adlanır (OKM(x) - 2·10-3 mq–dır). Tilləri girdələnmiş, diametri və hündürlüyü 39 mm olan düzbucaqlı silindr şəklində platin-iridiumdan hazırlanmış çəki daşı kiloqramın etalonudur. (Platin-iridium ərintisinin sıxlığı – 21548,1 kq/m3 olub, oradakı iridiumun miqdarı 10,08–10,09 %, kiloqramın həcmi (etalonun həcmi) isə 0oC –də 46,408 sm3 təşkil edir).

3. Zaman vahidi - saniyə (s) (1967-ci ildə qəbul olunmuşdur). Sezium–I33 (2S1/2) atomunun əsas halının iki ifrat kiçik səviyyələri arasında keçidinə uyğun şüalanmasının 9192631770 dövrü – saniyə (s) adlanır. (Seziumun atom dəstəsi olan etalonda praktiki olaraq bir-biri ilə qarşılıqlı təsirdə olmayan Sezium–I33 atomları istifadə olunur və Sezium–I33 atomunun əsas halı 2S1/2–nin F=4, M=0 və F=3, M=0 kimi, xarici sahələrdə həyəcanlanmayan, iki ifrat kiçik səviyyətləri arasında keçidi götürülmüşdür; bu keçidin tezliyi 9192631770 hs qəbul edilmişdir. Etalonda xarici maqnit sahələrinin gərginliyinin azaldılması o dərəcədə aparılır ki, keçidin tezliyinin sürüşməsi (xətası) xarici maqnit sahəsi tam aradan qaldırdıqda olan tezliyin 10-12 –si qədər olur).

4. Elektrik cərəyan şiddəti - Amper (A). Vakuumda bir-birindən bir metr sonsuz uzunluğa və həddindən kiçik en kəsiyə malik bir-birindən 1 m məsafədə yerləşdirilmiş, paralel, sonsuz uzunluğa və həddindən kiçik en kəsik sahəsinə malik iki düzxətli naqildən (keçiricidən) keçərkən naqilin hər bir metr sahəsində 2·10-7N (Nyuton) qarşılıqlı təsir yaradan dəyişməz cərəyan şiddəti – Amper (A) adlanır (1948-ci ildən). Dövlət ilkin etalonu ilə cərəyan şiddəti vahidinin (Amperin) yaradılmasının xətası 1·10-3 %-i aşmır.

5. Termodinamik temperatur vahidi -Kelvin (K) (1954-cü ildə Kelvin ləqəbli alim Tomson tərəfindən təklif edilmidir). Suyun üçqat (su-buz-buxar; maye-qaz-bərk) nöqtəsinin temperaturunun 1/273,16 hissəsi – Kelvin (K) adlanır. (Suyun üçqat nöqtəsi – onun bərk, maye və qaz fazalarının tarazılıq nöqtəsinin yaradılması xüsusi qablarda 0,00010C-dən çox olmayan xəta ilə yaradıla bilər – etalon). Əvvəlki 1715-ci ildə Farangeyt şkalası (96 hissəyə bölünən) haradakı temperaturun ölçülməsində civəli termometr istifadə edilirdi, 1736-ci ildə Reomyur şkalası (80 hissəyə bölünən, buzun ərimə temperaturu 00, suyun qaynama temperaturu 800), 1742-ci ildə Selsi şkalası (100 hissəyə bölünən, buzun ərimə temperaturu 00, suyun qaynama temperaturu 1000) təyin edilmişdi. Onlarda istifadə olunan termometrlərin göstərişi termometrik maddədən, istilik genişlənməsinin xüsusiyyətlərindən və şəraitindən asılı idi.

Kelvin şkalası cismin Karno tsiklinə əsaslanır. Yəni cisim T1 temperaturunda Q1 istiliyini udur, T2 temperaturunda isə Q2 istiliyini verir. T1/T2=Q1/Q2 olur. Termodinamikanı əsaslarına (müddəalarına) görə bu nisbət işci cismin xassələrindən asılı deyil. Bu şkala (Kelvin şkalası) bir dayaq nöqtəsinə əsaslanan temperetur şkalasıdır. Şkalada temperatur intervalının aşağı sərhəddinə mütləq sıfır nöqtəsi xidmət edəcəkdir..

6. İşıq şiddəti – kandela (kd, beynəlxalq –cd) (1979-cu ildə qəbul edilmişdi). Verilmiş istiqamətdə energetik qüvvəsi 1/683 Vt/sr (Vatt/steradian) olan 540·1012 hs tezlikli monoxromatik şüa buraxan mənbəyin həmin istiqamətdəki işıq şiddətidi – kandela (cd) adlanır. Dövlət ilkin etalonu işıq şiddəti ölçüsünü 3(0...110) kd (cd) diapozonunda 0,1·10-2 OKN(x) ilə, 0,25·10-2 aradan qaldırılmamış sistematik xəta ilə hasil edir (yaradır).




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə