Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 4,02 Mb.
səhifə6/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   24
Metr.əsasları Fərzanə Nadir

3. ETALONLARIN TƏSNİFATI
Etalon fiziki kəmiyyət vahidinin ölçüsünü, özündən aşağıda yerləşən işçi etalonlara və onlardan da işçi ölçmə vasitələrinə ötürülməsi məqsədi ilə, yaradan (hasil edən) və saxlayan, müəyyən olunmuş qaydada etalon kimi təsdiq edilmiş ölçmə vasitəsidir.

Respublikada vahidi ən Ali dəqiqliklə yaradan etalon ilkin etalon adlanır. Əsas vahidlərin ilkin etalonları vahidi onun tərifinə uyğun yaradır. İlkin etalona misal cərəyan şiddəti amperin hasil edilməsi vasitələri kompleksini göstərmək olar.

Xüsusi şəraitdə mövcud etalonlardan vahidin ölçüsünü tələb olunan dəqiqliklə ötütülməsinin texniki həyata keşirilməsi mümkün olmadığı xüsusi şəraitdə xüsusi etalonlar yaradılır və təsdiq edilir. (Məsələn, yüksək və ifrat yüksək tezliklərdə, təzyiqdə, temperaturda maddənin xüsusi halında, ölçmə diapazonunun kənar sahələrində). Xüsusi etalonlar vahidi xüsusi şəraitdə hasil edir və həmin şəraitdə ilkin etalonu əvəz edir.

Ölkə (Respublika) üçün başda duran (birinci) etalon kimi rəsmi təsdiq edilmiş ilkin və yaxud xüsusi etalon Dövlət etalonu adlanır.

Metroloji praktikada qiyməti ilkin etalon üzrə müəyyən edilən ikinci etalonlar geniş yayılmışdır. İkinci etalonlar vahidi saxlama və ölçüsünü tabe olan ötürmə vasitələrinin hissəsidir. Onlar yoxlama işlərinin təşkili üçün və dövlət etalonunun qorunmasını və daha az işlənilməsini (yeyilməsini) təmin etmək üçün zəruri olduqda yaradılır və təsdiq edilir. Buna misal kiloqram kütlə vahidinin platin-iridiumdan 26 № li çəki daşı kimi etalon-surətini, paslanmayan poladdan hazırlanmış kiloqramın işçi etalonunu göstərmək olar.

Metroloji təyinatına görə ikinci etalonlar etalon-surətə, müqayisə etalonuna, etalon-şəhadətə və işçi etalonlara bölünür.



Etalon-surət ikinci etalon olub vahidin saxlanması və onun ölçüsünün işçi etalonlara ötürülməsi təyinatına malikdir. O, həmişə dövlət etalonunun fiziki surəti ola bilər.

Müqayisə etalonu bu və ya digər səbəbdən bir-birilə bilavasitə tutuşdurula (müqayisə oluna) bilinməyən etalonların müqayisəsi üçün istifadə olunur. Məsələn, Voltun Rusiyadakı dövlət etalonunun Voltun Beynəlxalq ölçü və çəki bürosunun etalonu ilə tutuşdurulması üçün istifadə olunan normal elementlər qrupu müqayisə etalonu sayılır.

Etalon-şəhadət dövlət etalonunun saxlanılmasını (qorunub-saxlanılmasını) yoxlamaq üçün və o, xarab olduqda (xarakteristikasını itirdikdə) və yaxud itirildikdə onu əvəz etmək üçün istifadə olunur.

İşçi etalon ikinci etalon olub vahidin saxlanması və onun ölçüsünün 1-ci Ali dərəcəli işçi etalonlara və lazım gəldikfə ən Ali dəqiqlikli işçi ölçmə vasitələrinə ötürmək üçün istifadə edilir.

Dövlət etalonunun qorunması və tətbiqi qaydaları ilə nəzərdə tutulduqda işçi etalon kimi istifadəsi yol veriləndir.

Fiziki kəmiyyət vahidlərinin Milli etalonlarından savayı Beynəlxalq ölçü və çəki bürosunun qorunan beynəlxalq etalonlar da mövcuddur. Beynəlxalq büronun fəaliyyət proqramı ilə müxtəlif ölkələrin iri metroloji laboratoriyalarının milli etalonlarının beynəlxalq etalonlarla və öz aralarında sistematik olaraq beynəlxalq tutuşdurulması (müqayisəsi) nəzərdə tutulmuşdur.

Metrin və kiloqramın etalonları 25 ildə bir dəfə, elektrik (Volt və Om) və işıq (kandela və lyümen) etalonları 3 ildə bir dəfə tutuşdurulur. Radiumun, digər ionlaşdırıcı şüa mənbələri, platin müqavimət termometrləri, temperatur lampaları etalonları və s. epizodik beynəlxalq tutuşdurulur (müqayisə olunur).




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə