Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Bu əvəzetmədən istifadə etməklə vericinin çıxış gərginliyinin qiyməti ilə ölçülən təzyiqlər fərqinin qiyməti arasındakı asılılıq aşağıdakı kimi olur



Yüklə 1,34 Mb.
səhifə38/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41
İntellektual müh ılavə

Bu əvəzetmədən istifadə etməklə vericinin çıxış gərginliyinin qiyməti ilə ölçülən təzyiqlər fərqinin qiyməti arasındakı asılılıq aşağıdakı kimi olur:


= P (6.20)
Ölçmə sistemin şək. 6.4-də göstərilən struktur sxemindən göründüyü kimi təzyiqlər fərqi vericisinin çıxış siqnalı PIC18F452 tipli MK1, MKm mikrokontrollerlərinin girişinə verilir.
Mikrokontrollerin analoq-rəqəm çeviricisi (ARÇ) modulu təzyiqlər fərqi vericisinin çıxış gərginliyini koda çevirir:
= P (6.21)
Burada:
– ARÇ-nin ölçülən təzyiqlər fərqinə uyğun çıxış kodu;
= – ARÇ modulunun çevirmə əmsalıdır.
(6.21) ifadəsindən göründüyü kimi ölçülən təzyiqlər fərqinin qiymətini hesablamaq üçün seçilmiş vericinin modelinə və mikrokontrollerə aid olan uyğun kəmiyyətlərin qiymətləri məlum olmalıdır. Bu parametrlərin qiyməti mikrokontrollerin yaddaşına qeyd olunur və təzyiqlər fərqinin qiyməti hesablanarkən istifadə olunur:
= = (6.22)
Neftin sıxlığının ölçülməsi məsələlərinə paraqraf 5.2 həsr edilmişdir.
Ardıcıl interfeys paralel kodda alınan ölcmə nəticəsini ardıcıl koda çevirərək qəbuledici tərəfə ötürür. RS485 interfeysi aznaqilli kabeldən istifadə edilməsini, həm də yüksək maneəyədayanıqlığı təmin edir.
Ölçmə sisteminin qəbuledici tərəfindəki PIC18F452 tipli mikrokontroller MK verici tərəfindəki MK1 ÷ MKm mikrokontrollerləri ilə FK arasında informasiya mübadiləsini təmin edir.
Təzyiqlər fərqi və sıxlıq vericilərinin sorğu əməliyyatının icra edilməsi məqsədi ilə onlara fərdi ünvanlar verilir. Verici tərəfdəki mikrokontrollerlər əsas kompüterdən gələn idarəetmə siqnallarını qəbul etməyə hazır vəziyyətdə olur. FK şəbəkəyə əvvəlində vericilərin ünvanı olan sorğu siqnalı göndərir. Sorğu siqnalındakı ünvanla vericinin ünvanının eyni olduğu müəyyən ediləndə əmr icra edilir. Bu zaman digər vericilər gözləmə rejimində qalır.
Ölçmədən alınmış qiymətlər vericilərin ünvanına uyğun olaraq yaddaşda saxlanılır.
MAX 232 tipli uzlaşdırıcı (uyğunlaşdırıcı) çeviricisi qəbuledici tərəfdəki MK ilə fərdi kompüter (FK) arasında fiziki uyğunlaşdırma funksiyasını yerinə yetirir.
Mikrokontroller təzyiqlər fərqinin və sıxlığın uyğun qiymətləri üzərində (18.10) ifadəsinə əsasən hesablamalar apararaq boru kəməri ilə nəql etdirilən neftin sərfinin qiymətini təyin edir, yaddaşa yazır və informasiyanı təqdimetmə vasitələrinə verir.
Beləliklə, mikrokontroller ölçmə prosesində, nəticənin hesablanmasında və idarəetmə funksiyalarının yerinə yetirilməsində iiştirak edir:
- ölçmə diapazonunun avtomatik seçilməsi;
ölçmə alqoritmlərinin realizasiyası və ölçmə nəticələrinin alınması;
- çevirmə nəticələrinin təshihi və ölçmə xətasnın hesablanması;
- ölçmə kanallarının çevirmə xarakteristikasının xəttiləşdirilməsi;
- ölçmə nəticələrinin stastik emalı;
- sıxlığın ölçmə nəticəsinin sıxlıq ölçü vahidində təqdim edilməsi;
- təzyiqlər fərqinin ölçmə nəticəsinin təzyiq ölçü vahidində təqdim edilməsi;
- sərfin ölçmə nəticəsinin sərf ölçü vahidində təqdim edilməsi;
- ölçmə nəticələrininin ölçmə xətaları ilə birlikdə təqdim edilməsi;
- ölçmə nəticələrininin ən böyük və ən kiçik qiymətnin qeyd edilməsi;
Uyğun funksional blokların və tətbiqi proqramların mövcud olduğu halda intellektual funksiyaların yerinə yetirilməsi mümkündür.
Funksional bloklara gəldikdə Metran-100 DD təzyiqlər fərqi vericisi, AİP-2 tipli vibrasiyalı-tezlik vericisi isə sıxlıq vericisi kimi seçilmişdir.
Təzyiqlər fərqi vericisi iki blokdan – sensor (ölçmə) və elektron blokundan ibarətdir.
Tenzoçeviricinin həssas elementi səthinə tenzomüqavimətlər tozlandırılmış monokristal silisium membrandan ibarətdir.
Daraldıcı quruluşun qarşısında yaranan təzyiq ölçmə blokunun böyük təzyiq kamerasına, arxasındakı təzyiq isə kiçik təzyiq kamerasına verilir və səthinə tenzomüqavimətlər tozlandırılmış membranı deformasiyaya uğradır. Bunun nəticəsində tenzomüqavimətlərin elektrik müqaviməti dəyişir. Tenzomüqavimətlərin elektrik müqavimətinin dəyişməsi elektron blokda sabit cərəyana çevrilir.
Metran-100DD təzyiqlər fərqi vericisinin sadələşdirilmiş konstruksiya sxemi şək. 6.5-də təqdim edilmişdir.

Şək. 6.5. Metran-100DD təzyiqlər fərqi vericisinin
konstruksiya sxemi


Konstruksiya sxemində: 1- elektron blok; 2 - hermetik çıxış; 3 - araqatları; 4-tenzoçevirici; 5 - dartqı; 6 - ştok; 7 - böyük təzyiq kamerası; 8 - membranlar; 9 - özül; 10 - flanslar; 11- qapalı həcm; 12 - kiçik təzyiq kamerasıdır.


Membran-dəstək formalı tenzoçevirici (4) özülün (9)
daxilində qapalı həcmdə (11) yerləşdirilmişdir. Silisium üzvü
birləşməli maye ilə doldurulmuş qapalı həcm ölçülən mühitdən membranlarla (8) ayrılmışdır.
Membranlar sərtliyinin artırılması məqsədi ilə büzməli formada titandan hazırlanır. Membranların xaricı konturları özülə qaynaq edilmiş, mərkəzi isə ştok (6) vasitəsi ilə bir-biri ilə birləşdirilmişdir. Ştok (dartqı 5) vasitəsi ilə həm də tenzoçeviricinin dəstək ucuna birləşdirilmişdir. Flanslar (10) araqatları (3) vasitəsi ilə kipləşdirilmişdir. Kiçik diametrli borularla daraldıcı quruluşun qabağından və arxasından götürülən təzyiqlərdən böyüqü 7 kamerasına, kiçiyi isə 12 kamerasına verilir. Təzyiqlərin təsirindən membranlar (8) əyilir. Membranların səthinin təzyiqlər fərqinə uyğun olaraq yerdəyişməsi nəticəsində qapalı həcmdəki maye sıxılaraq tenzoçeviricinin (4) membranını əyir və tenzomüqavimətlərin elektrik müqaviməti dəyişir.
Tenzomüqavimətlər hermetik çıxışdan (2) keçən naqillər ilə elektron blokda yerləşdirilmiş qeyri-müvazinət körpüsünün çiyinlərinə birləşdirilmişdir. Tenzomüqavimətlərin elektrik müqavimətinin dəyişməsi qeyri-müvazinət körpüsü tərəfindən cərəyan siqnalına çevrilir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə