Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


İntellektual sərfölçmə sistemi



Yüklə 1,34 Mb.
səhifə37/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41
İntellektual müh ılavə

    Bu səhifədəki naviqasiya:
  • Burada
6.4. İntellektual sərfölçmə sistemi
Neft sənayesində müxtəlif texnoloji proseslərin idarəedilməsinin avtomatlaşdırılması, parametrlərin ölçülməsi, avadanlıqların sınağı zamanı informasiya-ölçmə sistemlərindən geniş istifadə olunur. Boru kəməri ilə ötürülən neftin sərfinin ölçülməsi funksional imkanları genişləndirilmiş, kifayət qədər dəqiqliyə, etibarlılığa və cəldişləməyə malik olan intellektual sərfölçmə sistemlərinin yaradlmasının vacib olduğunu şərtləndirir.
Sərfölçmə vasitələrinin təhlili göstərmişdir ki, dəyişən təzyiqlər düşkülü sərfölçənlər onların 70 – 80 % -ini təşkil edir.
Bu sərfölçənlərin üstün cəhətləri aşağıda qeyd edilir [27,41]:
- sadə quruluşu və yüksək etibarlılığı;
- borunun ölçmə aparılan hissəsinə hərəkət edən detalların
yerləşdirilməməsi;
- geniş ölçmə diapazonu;
daraldıcı quruluşun parametrlərinin mükəmməl hesablanma
metodikasının və kompüter proqramlarının mövcud olması;
- boru kəmərində quraşdırılması üçün modul şəklində hazırlanması və s.
Məlumdur ki, dəyişən təzyiqlər düşkülü sərfölçənlər üçün neftin kütləvi sərfi aıağıdakı ifadədən hesablanır [34].
(6.17)

Burada:

– kq/saatla ifadə olunur və kütləvi sərfdir;


– parametrləri məlum olan daraldıcı quruluş üçün hesablanan və yaxud cədvəldən seçilən sərf əmsalıdır;
= [1 ] – sərf korreksiya əmsalı;
0C-1 ölçü vahidi ilə ifadə olunur və daraldıcı quruluşun materialının temperaturdan genişlənmə əmsalıdır;
– millimetrlə ifadə olunur və 200 C temperatur şərainində daraldıcı quruluşun daxili diametridir;
– N/m2 ölçü vahidi ilə ifadə olunur və daraldıcı quruluşa yaxın məsafədə onun qabağında və arxasında yaranan təzyiqlərin fərqidir;
– kq/m3 ölçü vahidi ilə ifadə olunur və neftin sıxlığıdır.
İntellektual sərfölçmə sisteminin (6.17) ifadəsinə əsaslanan struktur sxemi şək. 6.4-də göstərilmişdir.
Boru kəməri ilə nəql etdirilən neftin sərfini ölçən intellektual sistemin struktur sxeminə aşağıdakı funksional bloklar daxildir:
- Р1,…,Рm – boru kəmərinə quraşdırılmış daraldıcı quruluşun qabağındakı və arxasındakı yaxın məsafədə təzyiqlərin fərqini cərəyan, gərginlik və yaxud tezlik siqnalına çevirən təzyiqlər fərqi vericiləri;
- ρ1,…,ρm –sıxlıq vericiləri;
- MK, MK1 və MKm – proqramlaşdırılan PIC18F452 mikrokontrolleri;
- Aİ, Aİ1 və Aİm – informasiyanı nisbətən uzaq məsafəyə ötürən RS 485 tipli ardıcıl interfeys;
- E – maneəyədayanıqlığı yüksəltmək məqsədi ilə ekran örtüklü ötürücü kabel;





170


- UÇ – mikrokontrollerlə fərdi kompüteri uzlaşdıran MAX 232- uyğunlaşdırıcı bufer çevirici;


- Rİ – ölçmə nəticəsini təqdim etmək üçün rəqəmli indikasiya qurğusu;
- FK – universal fərdi kompüterdir.
Təzyiqlər fərqi vericisi olaraq çıxış cərəyanı 4-20 mA diapazonda dəyişən Metran-100 DD vericisindən istifadə edilir.
Təzyiqlər fərqi vericisinin çıxış siqnalı ilə ölçülən təzyiqlər fərqinin qiyməti arasındakı asılılıq:
(6.18)
ilə ifadə edilir 15.
Burada:
– vericinin çıxışında alınan cərəyanın qiyməti;
P – təzyiqlər fərqinin qiyməti;
– təzyiqlər fərqinin maksimal qiyməti;
İmax – vericinin çıxışında alınan cərəyanın maksimal qiymətidir.
Təzyiqlər fərqi vericisinin çıxışına qoşulan yük müqavimətinin qiyməti məlum olduqda:
= , vericinin çıxış gərginliyinin ölçülən təzyiqlər fərqinin qiymətindən asılılığı aşağıdakı kimi olur:
= = P (6.19)
(6.19) asılılığındakı = olduğunu nəzərə almaqla:
= təzyiqlər fərqi vericisinin EÇ-nin çevirmə əmsalıdır.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə