yuxarıya doğru meyil edir. Qiymətlərin yüksəldiyi zaman təklifin
artım meyli xarakterik hal alır. Bu meylin dəyişilməsi təklifin
kəmiyyətində dəyişiklikləri əsaslandırır. Əmtəələrin təklifi ilə
qiyməti arasında obyektiv qarşılıqlı əlaqə mövcuddur. Belə
qarşılıqlı əlaqə təklif qanununda özünü əks etdirir. Təklif qanunu
qiymətin yüksəlməsilə satışın çoxalmasını, azalması ilə isə satışın
azalmasını göstərir, yəni bu o deməkdir ki, istehsalçı yüksək
qiymətə daha çox məhsul istehsal edib satışa çıxarmaq istəyir.
Ancaq o, bunu aşağı qiymətdə etmək istəməzdi. Əlbəttə,
bunun elə
bir ciddi izaha ehtiyacı yoxdur, çünki qiymət istehlakçının
davranışında maneedici amil rolunu oynayır. Yüksək qiymət
istehlakçının ödəyici roluna mane olaraq, onun nisbətən az məhsul
almasına səbəb olar. Lakin qiymətin aşağı däşməsi ilə daha çox
məhsul almasına gəlirib çıxarır. Digər tərəfdən məhsul təqdim edən
pul alıcısı rolunu oynayır. Onun üçün qiymət hər təqdim olunan
məhsul vahidi üçün stimul rolunu oynayaraq, onu daha çox məhsul
istehsal edib bazara çıxarmasına sövq edir.
İstehsalçının, fermerin məqsədi məhsul istehsah ilə
mənfəətin əldə olunmasından ibarətdir. Onlar heç də xeyirxahlıq
naminə məhsul təklif etmirlər. Bir qayda olaraq, daha mənfəətli və
istənilən mümkün qiymətə satıla bilən məhsullar istehsal olunub
bazara çıxarılır.
Ona görə də təklif əyrisində bu özünü daha çox əks etdirir.
Təklif əyrisinin əsasını aşağıdakılar təşkil edir:
■
istehsal xərcləri; əgər məhsulun istehsal xərcləri bazar
qiymətindən aşağıdırsa, bu, istehsalçı üçün daha sərfəli olub, həmin
məhsuldan daha çox istehsal edir. Əgər isleh.sal xərcləri bazar
qiymətindən yüksəkdirsə, müəssisə həmin məhsuldan məhdud
kəmiyyətdə istehsal edir və faktiki digər məhsul istehsalına keçir;
■
resursların qiyməti; məsələn enerji daşıyıcılarının
qiymətinin qalxması birmənalı şəkildə məhsul istehsalının
kəmiyyətinə təsir göstərir;
111