|
Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»Bazar 1IV
FƏSİL. BAZARIN FUNKSİONAL MEXANİZMİ:
TƏLƏB, TƏKLİF, TARAZLIQ VƏ ELASTİKLİK
4.1.
Tələb və onun dəyişilməsi
4.2.
Təklif və onun dəyişilməsi
4.3.
Tələb və təklifin tarazhğı
4.4.
Tələb və təklifln elastikliyi
4.1.
Tələb və onun dəyişilməsi
Bazarın məzmunu ilə tanışlıqdan sonra artıq biz belə qənaətə
gələ bilərik ki, o təbiəti etibarilə qeyri-sabit və daima hərəkətdə
olan iqtisadi prosesdir. Ölkəmizdə bazara keçid dövründə görürük
ki, adamların elektrotexnika məhsullarına, dünyanın aparıcı
şirkətlərinin avtomobillərinə olan tələbatı gündən-günə artıb. DVD
və plazma televizorları artıq tam məişətə daxil olub. Noutbuklar da
həmçinin. Dünyada neftin qiyməti qısa zaman kəsiyində hər bareli
35-150 dollar arasında tərəddüd etmişdir. Dünya inteqrasiya
prosesi sürətlənmiş, qloballaşma iqtisadiyyatın milli və regional
səviyyəli problemlərini önə çəkmişdir. Mənzillərin qiyməti artmış,
tikinti sektorunda, dənizdə çalışanların əməkhaqqı səviyyələri
artmış, hal-hazırda isə enmə müşahidə olunmuşdur. Azərbaycan
iqtisadiyyatına 2003-2008-ci illər ərzində 44 mlrd, dollar həcmində
investisiya qoyulmuşdur. Bütün bunları qeyd etməklə, bunların
gedişatında baş verən dəyişikliklərin mahiyyətinin iqtisadi
nöqteyi-nəzərincə, izahı, məhz bazar mexanizminin əsas
elementləri olan
Dostları ilə paylaş: |
|
|