Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə64/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   233
Bazar 1




•o
 o* 
C C 
rt 
’S 
X 00 
C3 

,0 TJ
 
Ç o 
:3 j: 
o ^ 
 
Günəbaxan tumları dəstinin kəmiyyəti (ildə min ədəd) 
Digərinin  malı  hələ  yoldadır  və  s.  Məhsul  istehsalına  da 
müxtəlif  səviyyəli  xərc  çəkilib.  Biri  çox,  biri  az.  Ondan  asılı 
olmayaraq  bazara  daxil  olan  hər  istehsalçı  malını  ən  yüksək 
qiymətə  satmağa  cəhd  göstərir.  Beləliklə,  məhsulun  qiyməti 
yüksəldikcə  istehsalçılar  fəallaşaraq  daha  çox  məhsul  satmaqla 
təklifi artırırlar. 
Təklifin  həcmi  hər  istehsalçı  üçün  bir  qayda  olaraq 
qiymətdən  asılı  olaraq  dəyişilir.  Əgər  qiymət  aşağı  düşürsə, 
istehsalçı  bazara  az  mal  çıxarır  və  onun  bir  qismini  anbarda 
saxlamalı  olur.  Qiymətin  artdığı  şəraitdə  bazara  daha  çox  mal 
çıxarılır.  Məhsulun  qiyməti  lap  çox  yüksəldikcə  istehsalçı  mal 
təklifini yüksəldir. Hətta zay məhsulları da satmağa cəhd göstərir. 
Lakin  istehsalçının  istək  və  arzusundan  asılı  olmayaraq 
bazarda məhsulların bazar qiyməti ilə kəmiyyəti arasında müəyyən 
nisbət  əmələ  gəlir.  Bu  nisbət  özünü  təklif  əyrisində  əks  etdirir. 
Tələb əyrisindən fərqli olaraq, təklif əyrisi sağa 
110 


yuxarıya doğru meyil edir. Qiymətlərin yüksəldiyi zaman təklifin 
artım  meyli  xarakterik  hal  alır.  Bu  meylin  dəyişilməsi  təklifin 
kəmiyyətində  dəyişiklikləri  əsaslandırır.  Əmtəələrin  təklifi  ilə 
qiyməti  arasında  obyektiv  qarşılıqlı  əlaqə  mövcuddur.  Belə 
qarşılıqlı əlaqə təklif qanununda özünü əks etdirir. Təklif qanunu 
qiymətin yüksəlməsilə satışın çoxalmasını, azalması ilə isə satışın 
azalmasını  göstərir,  yəni  bu  o  deməkdir  ki,  istehsalçı  yüksək 
qiymətə  daha  çox  məhsul  istehsal  edib  satışa  çıxarmaq  istəyir. 
Ancaq o, bunu aşağı qiymətdə etmək istəməzdi. Əlbəttə, bunun elə 
bir  ciddi  izaha  ehtiyacı  yoxdur,  çünki  qiymət  istehlakçının 
davranışında  maneedici  amil  rolunu  oynayır.  Yüksək  qiymət 
istehlakçının ödəyici roluna mane olaraq, onun nisbətən az məhsul 
almasına  səbəb  olar.  Lakin  qiymətin  aşağı  däşməsi  ilə  daha  çox 
məhsul almasına gəlirib çıxarır. Digər tərəfdən məhsul təqdim edən 
pul  alıcısı  rolunu  oynayır.  Onun  üçün  qiymət  hər  təqdim  olunan 
məhsul vahidi üçün stimul rolunu oynayaraq, onu daha çox məhsul 
istehsal edib bazara çıxarmasına sövq edir. 
İstehsalçının,  fermerin  məqsədi  məhsul  istehsah  ilə 
mənfəətin  əldə  olunmasından  ibarətdir.  Onlar  heç  də  xeyirxahlıq 
naminə məhsul təklif etmirlər. Bir qayda olaraq, daha mənfəətli və 
istənilən  mümkün  qiymətə  satıla  bilən  məhsullar  istehsal  olunub 
bazara çıxarılır. 
Ona görə də təklif əyrisində bu özünü daha çox əks etdirir. 
Təklif əyrisinin əsasını aşağıdakılar təşkil edir: 

 
istehsal  xərcləri;  əgər  məhsulun  istehsal  xərcləri  bazar 
qiymətindən aşağıdırsa, bu, istehsalçı üçün daha sərfəli olub, həmin 
məhsuldan  daha  çox  istehsal  edir.  Əgər  isleh.sal  xərcləri  bazar 
qiymətindən  yüksəkdirsə,  müəssisə  həmin  məhsuldan  məhdud 
kəmiyyətdə istehsal edir və faktiki digər məhsul istehsalına keçir; 

 
resursların  qiyməti;  məsələn  enerji  daşıyıcılarının 
qiymətinin  qalxması  birmənalı  şəkildə  məhsul  istehsalının 
kəmiyyətinə təsir göstərir; 
111 



 
texniki  toroqqi;  eyni  komiyyotli  məhsul  istehsalı  üçün 
tələb  olan  resursların  azaldılması,  istehsalın  təşkilinin 
yaxşılaşdırılması,  mühasibatlıqda  çalışan  beş  nəfərin 
1
 
kompyuterdə  çalışanla  əvəz  olunması;  tikinti  meydanında  beton 
yayan 
1 0
 nəfərin bir betonqarışdıran maşınla əvəz olunması və s.; 

 
müşayiət  olunan  məhsulların  qiyməti;  bir  istehsal 
prosesində  iştirak  edən  detalların  əvəz  olunması,  bir  əvəzedici 
detalın qiymətinin qalxması digər əvəzedici detalın da qiymətinin 
yüksəlməsinə  səbəb  olur.  «Nissan»  avtomobil  zavodu  eyni 
markadan, bir' neçə modelli avtomobil istehsal edir. Modelə olan 
tələbin  yüksəlməsi  ilə  müvafiq  qiymət  də  onun  istehsalına 
yönəldilən konveyerlər qurulur. Məsələn, «Qa- zel»lərə olan tələb, 
onların  daha  çox  yük  maşını  kimi  istehsah  yüksəlir,  lakin  minik 
avtomobilləri kimi nisbətən məhdudlaşır; 
“  dövlət  siyasəti,  ətraf  mühitin  qorunması  naminə 
texnologiyadan  istifadəyə  icazə  verilməsi,  vergilərin  qoyulması, 
ixrac  rüsumlarının  tətbiqi,  minimum  əməkhaqqının  səviyyəsi, 
ticarət  siyasətinin  aparılması  və  s.  Konkret  olaraq  bunu  qrafik 
təsvirdə görmək olar (şəkil 5). 
Burada  təklif  əyrisindən  göründüyü  kimi  əgər  kartof 
istehsalçıları  bazara  hər  kisənin  qiyməti  2  manat  olduqda  4  min 
kisə çıxardırlarsa, qiymət 3 manat olduqda 
8
 min kisə çıxarırlar və 
qiymətin dəyişilməsi ilə təklifin kəmiyyətində dəyişiklik baş verir. 
Təklifin  özü  ilə  kəmiyyətində  baş  verən  dəyişikliyi  də  təklifdə 
olduğu  kimi  fərqləndirmək  lazımdır.  Təklifin  özü  üçün  bərabər 
şərait  götürülür.  Belə  hesab  etmək  olar  ki,  yalnız  qiymətin 
dəyişilməsi ilə təklif əyrisində kəmiyyət nöqtələrində yerdəyişmə 
baş  verir.  Lakin  qeyri-qiymət  amillərinin  dəyişilməsi  ilə  təklif 
əyrisinin sola və sağa meyli baş verir. Təklif əyrisinin sola meyli 
mənfi, sağa meyli isə müsbət hal kimi qiymətləndirilir. 
112 


Sxem 5 

'o


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə