4.3.
Tələb və təklifin tarazlığı
Bu vaxta qədər biz tələb və təklifi ayrı-ayrılıqda təhlil
etmişdik. İndi isə məsələyə daha yaxından diqqət yetirək. Görək
tələb və təklif necə rastlaşır, bir-biri ilə necə uzlaşır, bazar hansı
qiymət və kəmiyyət səviyyəsində tarazlaşır. Artıq biz bilirik ki,
istehlakçılar müxtəlif kəmiyyətdə günəbaxan tumu dəstləri,
avtomobillər əldə etmək istəyirlər. Bu da müxtəlif məhsulların əldə
olunmasının qiymət funksiyasını əks etdirir. Bazarın iki mühüm
tərəfi olan tələb və təklifin birləşməsində qiymət funksiyası əsas
rol oynayır. Ona görə də bazarda tələb və təklifin qarşılıqlı əlaqə və
təsiri tarazlı qiyməti və tarazlı kəmiyyəti və ya tarazlı bazarı əmələ
gətirir.
Dostları ilə paylaş: