ki, «dekada» sözü «ongünlük» mənasını verir. Lakin çox zaman
sözlərdən düzgün istifadə edilməməsi elə məntiqi səhvlərə gətirib
çıxarır ki, bu zaman anlayışlar səhv məna qazanır.
Danışanlar heç də həmişə öz nitqlərində antonimlərdən düz
gün istifadə etmirlər. İşgüzar söhbətlərdə çox tez-tez səslənən «nə
zarətin gücü zəif olduğu üçün...» ifadəsini nəzərdən keçirək. Burada
antonim cütlüyü «güc və zəif» sözləridir. Güc sözü öz antoniminin
yanında ilkin mənasını saxlaya bilmir. Nəticədə, məntiqi cəhətdən
düzgün olmayan ifadə yaranır. Burada sadəcə “nəzarət zəif olduğu
ü çü n ...” işlənməsi doğru olardı.
Dilə qarşı diqqətsiz münasibət nitq çatışmazlığı ilə - cümlədə
fikrin düzgün ifadəsi üçün zəruri olan sözlərin buraxılması ilə nəti
cələnir. Məsələn: «kafedra düz saat 12-də başlayır» (burada «icla
sı» sözü buraxılıb). Nitq çatışmazlığı, adətən, danışanın tələsdiyi
və ifadələrin düzgünlüyünə diqqət yetirmədiyi hallarda meydana
çıxır ki, bu da nitqin mənasına ciddi ziyan verir.
Ayn-ayn hallarda sözlərin buraxılması fikrin tamamilə təhrif
olunması ilə nəticələnə bilir: «Malın yüklənməsinin sürətləndiril
məsi üçün bütün liman xidmətlərini birləşdirmək lazımdır» («bü
tün liman xidmətlərinin səylərini» olmalıdır).
Üslub qüsurlarının səbəbi isə çox zaman sinonimin düzgün
seçilməməsi olur. Məsələn, «malı qurumaqdan müdafiə etmək
lazımdır» cümləsində «müdafiə etmək» əvəzinə «qorumaq», ya
xud «mühafizə etmək» sinonimləri işlədilməli idi.
Çox zaman işgüzar söhbətdə paronimlərin (yəni səslənməsi
etibarilə oxşar, mənaca fərqli sözlərin) düzgün işlədilməməsi hal
larına rast gəlinir. Məsələn, «bura ştab(ştam p dvəzim ) vurun»,
«Qonaqlan sizə təqdir(“təqdim” əvəzinə) edim...» «Bəzi işçilərin
hazırladıqları sənətlər...» (sənədlər» olmalıdır) və s. paronimlərin
səhv işlədilməsi kimi, lazım olan sözün səhv variantının istifadəsi
də leksik səhvdir. Məsələn, «layihə» əvəzinə «lahiyə», «tənəffiiz»
əvəzinə «tələffüz» işlədilməsi və s.
Paronimlərin düzgün seçilməsinin təsiri ilə nitqdə kobud səhv
anlaşmalar da yarana bilir. Məsələn, «statut» (hüquq və vəzifələr
haqqında nizamnamə) sözü ilə «status» sözünün (vəziyyət, hü
331
quqi mövqe); «təşəkkül» ( formalaşma, yaranma) və «təşəkkür»
(minnətdarlıq) sözlərinin səhv salınması.
Sözlərdən nitqdə düzgün istifadə edilməsi üçün onların dəqiq
mənasını bilmək kifayət etmir, həm də sözlərin məntiqi uyğunluğu
nu, onların bir-biri ilə birləşməsinin mümkünlüyünü nəzərə almaq
lazımdır. Leksik uyğunluğun qeyri-iradi pozulması şifahi nitqin
çox geniş yayılmış qüsurudur.
Çox zaman belə deyirlər: görüş çağınlmı şdır, imtahandan
kəsilmişdir, töhmət oxunmuşdur, öhdəlikləri tamamlamaq, çox
dərin hörmət, diqqəti qüvvətləndirmək, dünyagörüşünü yüksəlt
mək. Bəzən «müasir tələbatlara təminat vermək». Yaxud, «Təda
rükçüdən sifarişçinin xeyrinə maddi ziyan tutuldu» (maddi ziyan
ödənilə bilər).
Adi məişət üslubundakı ifadələri bədii ədəbiyyatın yüksək ifa
dələri ilə birləşdirmək olmaz. Məsələn, «Bütün bu əzablı keşməş-
keşlərdən sonra o, hər bir əməliyyatda qənaət edilməsi uğrunda
ruhdan düşməyən alovlu mübarizə çevrildi» (burada sadəcə olaraq,
«O, hər bir əməliyyatda qənaət edilməsini təklif etdi» söyləmək
olardı).
Təkcə sözlərin düzgün seçilməsi yox, onlardan düzgün cümlə
qurulması da çox mühümdür. Halbuki, işgüzar söhbətlərdə çox za
man söylənən mülahizələrin quruluşunun düzgün olmasına əhə
miyyət verilmir. Çox zaman söz birləşmələri də düzgün qurul
mur. Məsələn: «dərs üzrə cədvəl» («dərs cədvəli» əvəzinə), «bu
məlumatlarla işləmək» («bu məlumatlardan istifadə etmək» əvə
zinə) və s.
Başqa hallarda isə fikrin düzgün ifadə olunmaması nəzərə çar
pır: «Maşının hazırlanması zamanı əlavə yanacaq doldurma tələbatı
nəzərə alınmışdır» («onun əlavə yanacağa tələbatı» əvəzinə).
Bəzən işarə əvəzliynin düzgün işlədilməməsinə də rast gəlinir:
«Rəhbərlik o haqda göstərdi ki...» («Rəhbərlik o haqda göstəriş
verdi» söylənilməlidir); «Tədarükçü şirkət o haqda təkid edir.»
(«Tədarükçü şirkət bununla əlaqədar təkid edir ki...» olmalıdır).
İşgüzar nitqdə çox zaman səbəbsiz yerə «aid», «dair» qoşmala
rından istifadə edilir. Məsələn: «Təlimat həmin məsələyə aid idi»
332
(«Həmin məsələ haqqında idi» əvəzinə); «Əlavə mal gətirilməsinə
aid cədvəl tərtib olunmuşdun» («Əlavə mal gətirilməsinin cədvəli»
əvəzinə). «Müəssisə öz məhsullarının maya dəyərinin azaldıl
masına aid böyük uğurlar qazanmışdın» («M əhsullanmn maya
dəyərinin azaldılmasında» olmalı idi).
Feili sifət tərkiblərindən istifadə zamanı ədəbi normanın
mümkün pozulmalannın qarşısının alınması üçün, onlara xas olan
qrammatik xüsusiyyətlər nəzərə alınmalıdır. Çox zaman işgüzar
danışıqlarda aşağıdakı səhvlərə rast gəlinir;
• Feili sifətlərdə zaman anlayışı qarışıq salınır. Məsələn: «Ye
kun sözü ilə çıxış etmiş iclasın sədri ona verilən bütün sualları ca
vablandırdı» («çıxış edən» olmalı idi).
• Feili sifətlərdən düzgün istifadə edilmir. Məsələn, indiki
zaman mənası əmələ gətirən feli sifət şəkilçisi -an2 əvəzinə gə
ləcək zaman mənalı acaq2 feli sifət şəkilçilərindən istifadə edir
lər: «Bunu etməyə çalışacaq şirkətlər» ( «bunu etməyə çalışan şir
kətlər» əvəzinə);
• Feilin qrammatik məna növlərindən səhv istifadə edilir (mə
sələn, qayıdış) ki, bunlar fərqli mənalar daşıya bilir. Məsələn: «əlavə
yemləndirilməyə yola salman toyuqlar...» («göndərilən» olmalı idi).
Yuxanda qeyd edildiyi kimi, işgüzar adamlann nitqinin səciy
yəvi xüsusiyyətlərindən biri də məsdər tərkiblərindən geniş istifadə
edilməsidir. Lakin bu leksik kateqoriyadan səriştəsiz istifadə üslub
qüsurlanna səbəb olur və deməli, işgüzar nitqin də səhv olması ilə
nəticələnir. M əsdər tərkiblərinin çoxluğu nitqi ağırlaşdınr, onu qu
ru və çətin anlaşılan edir.
Adətən, işgüzar nitqdə m əsdər tərkiblərindən istifadə zam anı
aşağıdakı çatışm azlıqlar m eydana çıxır:
• Nitqin mürəkkəbləşməsi, məsələn, «dəstəyin fırladılmasını
həyata keçirmək» («dəstəyi fırlatmaq» əvəzinə);
• Süni söz yaradıcılığı vasitəsilə formalaşdırılan ifadələrdən
istifadə edilməsi, məsələn: sındırılmış qablaşdırma materialları, an
bar sahələrinin verilməməsi, şirkətin struktura daxil olmaması və s.
İşgüzar söhbətdə, həmçinin (yazılı nitqdəki qədər tez-tez olmasa
da) mürəkkəb cümlələrin müxtəlif növlərindən istifadə olunur. La
333
Yüklə Dostları ilə paylaş: |