men yaşca kiçik olanın, yaxud mövqecə ondan aşağıda duranın
birinci salamlaşmasını gözləməməlidir. Həmsöhbətinizi birinci sa
lamlamalısınız.
Əgər qadın kişini birinci salamlayırsa, kişi
bunu xüsusi hörmət
əlaməti kimi qəbul etməlidir. Qadını küçədə salamlayan kişi şlyapa
və əlcəklərini çıxarmalıdır. Əgər kişi kimi isə müəyyən məsafədən
salamlayırsa, yüngülcə təzim etməli, əli ilə şlyapasına toxunmalı,
yaxud onu azca qaldırmalıdır.
Bu qayda digər baş geyimlərinə - qış papaqları, xizək papağı,
kepka, yaxud beretə şamil edilmir. İstənilən halda bu qayda qadına
şamil edilmir. Əgər qadın hər halda əlcəyini çıxarırsa, bu, xüsusi
hörmət əlamətidir.
Yaşlı qadın və kişilərə münasibətdə bu, norma olmalıdır. İstəni
lən halda, salamlama anında ağızda siqaret olmamalıdır, həmçinin
əli cibdə saxlamaq olmaz. Qadınlar başlarını azca əyərək, salamla
maya gülümsəməklə cavab verməlidirlər. Onlar əllərini jaketin,
plaşın, yaxud paltonun ciblərindən çıxarmaya bilərlər.
Kişilərin görüşərkən bir-birinin əlini sıxması həmişə tövsiyə olu
nur, qadınlarla bu, qarşılıqlı razılaşmaya əsasən ola bilər. Təsadüfi
deyil ki, hələ qədim zamanlarda əlsıxma dostluq və sülh bildirirdi.
Kişini qadına təqdim edərkən qadın birinci əlini uzadır. Eyni
üstünlük həm bir qədər yaşlı adamlara, həm də yaş pilləsi üzrə
böyüklərə aiddir: yaşca böyük qadın əlini birinci olaraq özündən
kiçiyə uzadır, qadın - kişiyə, rəhbər işçi - tabeliyində olana.
Küçədə salamlama əlaməti olaraq qadının əlini öpmək olmaz,
bunu yalnız müəyyən qapalı məkanda etmək məqbuldur. Bizdə
yalnız ərli qadının əlini öpmək qəbul edilmişdir. Qadının əlini
öpərkən onu çox yüksəyə qaldırmaq lazım deyil, özünüz bir qədər
əyilməyə çalışın.
Kişilər bir-biri ilə salamlaşarkən əlcəklərini çıxarmaya bilərlər.
Lakin əgər salamlaşanlardan biri artıq əlcəyini çıxanbsa, digəri də
bunu etməlidir. Küçədə yolla keçən dayananı salamlamalıdır.
Əlsıxma zamanı salamlanan şəxsin əlini çox bərk sıxmaq la
zım deyil. Bu qaydanı kişilər, xüsusilə qadının əlini sıxarkən yadda
saxlamalıdır.
341