kin bu zaman danışanlar heç də həmişə onların quruluşuna aid nor
malara əməl etmirlər. Belə norma pozulmalarına aşağıdakılar aiddir:
• Bağlayıcılann düzgün seçilməməsi: məsələn, «əgər malın
reklamı yaxşı aparılırsa, o zaman saüş səviyyəsi yüksəlin) (burada
«əgən> əvəzinə «nə zaman» işlədilməli idi);
• İki eyni mənalı bağlayıcınm yanaşı işlədilməsi (lakin, bax
mayaraq, sanki, elə bil ki və s.);
• «əgər» bağlayıcısının şərt budaq cümləsində təkrar edilmə
si, məsələn: «əgər bu tövsiyələrdən istifadə edilsə və əgər firma
öz maliyyə vəziyyətini əvvəlki səviyyədə saxlaya bilsəydi, yaxşı
olardı» (burada I budaq cümləsində feil şərt şəklində, 2-cidə arzu
şəklindədir və ikinci «əgən> artıqdır);
• Eyni bağlayıcılann, yaxud bağlayıcı sözlərin ardıcıl olaraq
budaq cümlələrdə işlədilməsi: «Şirkətin fıliallannm inkişafı elə sü
rətlə gedir ki, bizə elə gəlir ki, ümid etmək olar ki, onlar çox tezlik
lə rəqabət qabiliyyətinə malik olacaqlao>.
N itqin dəqiqliyi və aydınlığı: istənilən işgüzar söhbətə verilən
ən mühüm tələbdir. İşgüzar nitqin dəqiqliyi dedikdə, mülahizələrin
danışanın fikrinə uyğunluğu başa düşülür. İşgüzar insanın nitqinin
dəqiq olması üçün sözlərin onlann ehtiva etdiyi mənalara uyğun iş
lədilməsi tələb edilir. Mülahizələrin dəqiqlik və aydınlığı qarşılıqlı
surətdə əlaqədardır. Dəqiqlik nitqə aydınlıq verir, aydınlıq isə də
qiqlikdən irəli gəlir.
Bununla yanaşı, işgüzar söhbətdə sözlərdən istifadə zamanı
heç də həmişə dəqiqliyə əməl edilmir. Çətin kitab leksikası ilə lov
ğalanmaq kimi pis vərdiş sadə və anlaşıqlı danışmağa mane olur.
Mülahizələrin dəqiqlik və aydınlığına xarici sözlərdən istifadə xü
susilə zərər vurur. Çox zaman xarici sözlərdən həqiqi mənasını an
lamadan istifadə edilməsi də bununla yanaşı gəlir.
Bəzi hallarda şifahi işgüzar nitqin dəqiqliyi terminlərin sino-
nimliyi nəticəsində pozulur. Məsələn, çıxış edənin gah «boşluq»,
gah da «vakuum», gah «su elektrik stansiyası», gah da «hidroelek
trik stansiyası» ifadələrini işlətməsi mənfi haldır.
İşgüzar danışıqda yeni anlayışları bildirmək üçün çox zaman
xarici sözlərdən milli dilin söz yaradıcılığı modellərinə uyğun ola
334
raq istifadə edilir. Nəticədə «Şlüzləmək» («şlüz» sözündən), şta-
belləmək («ştabel» sözündən) «vizitkalaşmaq», («vizitka» sözün
dən) kimi qəribə terminlər meydana çıxır.
Həmçinin, nitqdə artıq adət edilmiş, dildə sabitləşmiş termin
lərin xarici tərzə uyğun düzəldilmiş yeni, işgüzar nitqdə çox isti
fadə edilən ifadələrlə əvəz edilməsini də qanunauyğun hesab etmək
olmaz. Bunlar professionalizm lər adlanır və m üxtəlif istehsalat
proseslərini, istehsal alətlərini, xammalı, əldə olunan məhsulu və
s. ifadə etmək üçün işlədilir.
Xüsusi anlayışların rəsmi elmi adını bildirən terminlərdən
fərqli olaraq, professionalizmlər «yanrəsmi» sözlər kimi qəbul
edilir və ciddi elmi xarakter daşımır.
Professionalizmlərin (xüsusi sahə vahidləri) onların ümumişlək
qarşılıqlarından üstünlüyü, mütəxəssis olmayanlar üçün ümumi bir
ada malik olan yaxın anlayışları fərqləndirmək üçün istifadə edil
mələridir. Bunun hesabına eyni peşə sahibləri üçün xüsusi leksika
fikirlərini dəqiq və lakonik ifadə etmək vasitəsidir.
Lakin professionalizmlər qeyri-mütəxəssisə rast gəldikdə onla
rın informasiya dəyəri itir. Bu səbəbdən biznesmenlərin danışığın
da professionalizmlərdən istifadə arzuolunan deyil və onlan söz
dən istifadənin qüsurlarına aid etmək lazım gəlir.
İşgüzar nitqin aşkar qüsurlarına: «necə deyərlər, başa düşürsü
nüzmü, bilirsinizmi, yəni, deməli, belə» və s. p a ra zit sözlərdən is
tifadə də aid edilir. Belə sözlər işgüzar nitqi gözəlləşdirmir, yalnız
dinləyiciləri əsəbiləşdirir. Əməli olaraq, onlar faydasızdır.
Parazit sözlər - haqqında danışılmasına ehtiyac olan dil hadi
səsidir. Bu, sözün düzgün seçilməsi problemi kimi bir problem
dir. Parazit sözlər maneədir, həm də kiçik maneə deyil. Onlar nit
qi yayğınlaşdınr, onun gücünü və emosionallığını alır. Bir qayda
olaraq, bu sözlər sizin danışdıqlannızda inamlı olmadığınızı sübut
edir. Lakin bir çoxları onlara o qədər vərdiş edib ki, nitqlərindəki
bütün fasilələri onlarla doldururlar.
Bitkin bir fikri ifadə edən cümlələr, söz qrupları arasında fasilə
olmalıdır. Onlan nə ilə isə doldurmağa ehtiyac yoxdur. Bundan
başqa, arası kəsilmədən hansısa səsləri tələffüz etməklə, siz özünü
335
zü həmsöhbətinizə nə söyləmək haqqında düşünmək imkanından
məhrum etmiş olursunuz.
Qəlib və dəftərxana terminlərindən işgüzar nitqdə istifadə ta
mamilə qanunauyğundur, lakin bu, heç də o demək deyil ki, onlar
dan həddindən artıq istifadə etməyə ehtiyac var. Halbuki, bir çox
biznesmenlərin nitqi məhz belə sözlərin bolluğundan ziyan çəkir,
çünki bu sözlər nitqə cansız - formal xarakter verir və onu ehtiyac
olmadığı halda mürəkkəbləşdirir. Məsələn: «Alınan maşınlara il
kin xidmət adi sürücü alətlərindən istifadə edilən təmir bazasında
yerinə yetirilin).
Nitqin qeyri-dəqiqliyi ilə əlaqədar yol verilən səhvlərin bir
qismi biznesmenlərin zəruri təhsilə malik olmaması və xüsusi ter
minologiyadan zəif baş çıxarması ilə əlaqədardır. Onlar çox za
man özlərinə aydın olmayan sözləri tanış, yaxud səslənmə etibarilə
oxşar sözlərlə əvəz edirlər. Belə ki, bəziləri «mütəhərrik» sözünü
«m ühənib), «reflyuks» sözünü «refleks», «uayt-spirit» sözünü
«spirt», «silindrli» sözünü « silindr kimi» və s. ilə əvəz edirlər.
İşgüzar adamlann nitqinə adi danışıq dilindəki loru sözlər və
müvafiq terminlərin yerində işlədilən sex jarqonlanm n daxil olma
sı da çatdınlan məlumatın dəqiqliyini azaldır. Bir sıra şirkətlərin
təqdimetmə mərasimi zamanı onlann nümayəndələri istehsal
edilən texnikanın istismar keyfiyyətlərini izah edərkən deyirlər:
«naqillərin qırılışı istisna edilmişdin), «qabarıq kənarın əyişi yol
verilən həddədin), «fırçaların asılm ası tez aradan qalxın), «izolya-
siyanın sürüşü baş vermin).
Şifahi işgüzar nitqin dəqiqliyi və aydınlığı təkcə söz və ifa
dələrin məqsədyönlü seçilməsi ilə şərtlənmir. Sözlərin ifadə daxi
lində əlaqə normalarına dəqiq əməl edildiyi qrammatik quruluş
ların seçilməsi də çox mühümdür. Sözləri söz birləşmələrinin
tərkibində m üxtəlif şəb id ə birləşdirmək imkanı ibm ənalılıq ya
rada bilir. Məsələn; «Belə işarələnən başqa mallar yoxdun) (başqa
mallar, yaxud belə işarələnən nəzərdə tutulduğu dəqiq aydın deyil).
Nitqin aydın olmamasına həm də sözlərin cümlədə sırasının
uğursuz seçilməsi səbəb ola bilər. Məsələn: « Bir neçə min insanın
dörd bu tip avtomat xidmətindədin>. Bu ifadədə xəbər vasitəsiz
336
Yüklə Dostları ilə paylaş: |