tamamlıqdan seçilmir, bu səbəbdən də hərəkətin subyektinin avto
matlar, yoxsa insanlar olduğu aydın deyil.
Yığcamlıq - işgüzar nitqin istənilən formasına verilən ən mü
hüm tələbdir, çünki yuxanda qeyd olunduğu kimi, belə nitq verilən
məlumatlann sırf tətbiqi xarakteri ilə digərlərindən fərqlənir. Bu
o deməkdir ki, danışan lazımsız ifadələrdən, artıq təfərrüatlardan
və söz tör-töküntülərindən çəkinməklə, dinləyicinin vaxtından və
səbrindən sui-istifadə etmir.
Burada hər bir söz və ifadə dinləyicilərə məsələnin mahiyyətini
mümkün qədər dəqiq və yığcam izah etmək məqsədi daşıyır: bu
səbəbdən də heç bir məna ifadə etməyən söz və söz birləşmələri
işgüzar nitqdən tamamilə çıxarılmalıdır.
Artıqlıq, yaxud nitq bolluğu daha çox təkcə üslüb səliqə
sizliyinin yox, həm də natiqin danışdığı məsələ haqqında təsəv
vürlərinin aydın və dəqiq olmadığını göstərən artıq sözlərdən isti
fadədə təzahür edir ki, bu da əsas fikri kölgədə qoymaqla yanaşı,
informativliyin də ziyanına işləyir.
Çoxsözlülük m üxtəlif formalarda təzahür edir. Məsələn, çox
zaman işgüzar söhbətlərin iştirakçıları hamıya məlum olan həqi
qətləri zorla yenidən izah etməyə çalışır, yaxud eyni fikirləri dəfə
lərlə təkrar edərək, qeyri-iradi işgüzar söhbətin uzanmasına səbəb
olurlar.
N itq artıqlığı pleonazm forması ala bilər. Bu anlayış m ənaca
yaxın, ona görə də artıq hesab edilən sözlərdən (əvvəlcədən
qabaqlamaq, tünd qaranlıq, başlıca mahiyyət, sadə adi işlər,
qiymətli xəzinə və s.) eyni zamanda istifadəni bildirir. Çox zaman
pleonazmlar sinonimlərin birləşdrilməsi zamanı (uzunmüddətli
və sürəkli; mərd və cəsarətli, təkcə, yalnız, amma və lakin və s.)
yaranır.
Pleonazmın bir növü də tavtologiyadır (eyni fikir və ya
sözlərin lüzumsuz yerə başqa şəkildə təkrarı). İşgüzar adamların
gündəlik danışığı sözün həqiqi mənasında eyni, yaxud yaxın mə
nalı sözlərin təkrarı ilə doludur. Məsələn: «yayın ortasında-isti av
qust ayında»(halbuki, sadəcə «avqustda»demək olar), «sxem atik
plan», «beş nəfər şaxtaçı adam», «beş ədəd transformator» və s.
337
Tavtologiya eyni köklü sözlərin təkrarı (nağılı nəql etmək),
həmçinin milli dildə olan sözün xarici qarşılığı ilə birlikdə işlə
dilməsi zamanı da meydana gələ bilər (ilk dəfə debüt etdi, yadi
gar xatirə suveniri və s.). Bu, adətən, danışanın istifadə etdi
yi xarici sözün mənasını bilməməsini göstərir. Beləcə «daxili
interyer»(interyer-elə daxildəki arxitektura deməkdir), «fasilənin
intervalı» (interval-fasilə deməkdir), «gənc istedadlı vunderkind»
(vunderkind-gənc istedad deməkdir), «minimal xırdalıqlar», «apa
rıcı lider» və s. söz birləşmələri meydana çıxır.
Lakin bu növ birləşmələrin ayn-ayn növləri nitqdə elə möh
kəmlənmişdir ki, artıq onları nitq bolluğuna aid etmək mümkün
deyil. Məsələn, «zaman dövründə», «monumental abidə», «real
gerçəklik», «sərgi eksponatları», «bukinist kitabı» və s.
İşgüzar nitqin nitq artıqlığına milli dil sözlərini təkrarlayan xa
rici sözlərdən yersiz istifadəni də aid etmək olar. Bu sözlər müla
hizənin mənasını lüzumsuz yerə mürəkkəbləşdirir. Məsələn, niyə
adi danışıqlarda «ekspansiya» əvəzinə «genişlənmək», «sxolas
tika» əvəzinə «əzbərləmək», «ekvivalent» əvəzinə «bərabər»,
«departament» əvəzinə «idarə», «funksiya» əvəzinə «fəaliyyət»,
«diversifıkasiya» əvəzinə «müxtəliflik», «deformasiya» əvəzinə
«dəyişmək», «aprobasiya» əvəzinə «yoxlama», «sınaqdan keçir
mək» kimi sözləri işlətmirik?!
Xarici dillərdəki ifadələrdən səhv, yaxud paralel istifadə, bir qayda
olaraq, lazımsız təkrarlara yol açır, məsələn: «tikintini tempini sürətlə
tezləşdirmək» («temp», «sürətlə» elə «tez» deməkdir), «tam bir fıasko
ilə məğlub olmaq» («fıasko» elə «məğlub olmaq» deməkdir).
Artıqlığın üslubi formalarına, hər şeydən əvvəl, işgüzar adam
ların nitqini çirkləndirən, onlara quru idarəçilik çalan verən dəf
tərxana istilahlanndan sui-istifadəni də aid etmək lazımdır. Aşağı
dakı ifadələr buna nümunə ola bilər: «Bu mallar yalnız xüsusi
komissiyanın nəzarəti altında emaldan keçdikdən sonra satışa bu
raxıla bilər», «Bu düyündəki keçid halqalan izolə rolu oynayır»,
«Gərginliyin ötürülməsi burada ikiqütblü birləşmə vasitəsilə hə
yata keçirilin), «M allann boşaldılmasını lentşəkilli konveyerdən
istifadə əsasında yerinə yetirirlən>.
338
Dəftərxana terminləri, xüsusilə tez-tez işgüzar adamların nit
qinə ismin m üxtəlif hallarında işlənən (məsələsində, nöqteyi-nə
zərindən, hesabına, hissədə) sözlərdən yersiz istifadə nəticəsində
daxil olur, bu isə nitqi emosionallıq və yığcamlıqdan məhrum edir,
məsələn: «mühərrikin qənaətliliyinin yüksəldilməsi məsələsində»,
«vergi yığımının aşağı salınması hesabına», «tənqid nöqteyi-nəzə
rindən çıxış edərkən».
M əlumdur ki, «hər kəs başa düşdüyünü eşidər». Bu səbəbdən,
xüsusilə də öz fikirlərini mümkün qədər sadə və anlaşıqlı izah et
mək tələb olunan işgüzar söhbət prosesində, nitqin anlaşıqlılığının
qayğısına qalmaq zəruridir.
işg ü za r nitqin rito rik vasitələri İşgüzar ünsiyyətin uğurlu
olması üçün işgüzar nitqin xüsusiyyətlərini, leksikasını, qramma
tika və üslubiyyatını bilmək kifayət etmir. Bununla yanaşı, öz nit
qindən istifadə vasitəsilə həmsöhbəti maraqlandırmağı, ona təsir
göstərməyi, öz tərəfinizə çəkməyi, həm sizə yaxşı münasibət bəs
ləyənlərlə, həm də əleyhinizə olanlarla uğurlu danışıqlar aparmağı,
məhdud dairədə söhbətdə iştirakı və geniş dinləyici kütləsi qarşı
sında çıxış etməyi öyrənmək lazımdır.
Yəqin ki, söz sənətinə yiyələnməyin işə yaramadığı heç bir
peşə sahəsi yoxdur. Lakin insan fəaliyyətinin bəzi sahələrində, xü
susilə biznesdə nitq sənətinə yiyələnmək vacibdir. Axı, sahibkarlıq
fəaliyyəti ilə məşğul olan işgüzar insan daim başqaları ilə ünsiyyət
qurmalı, söhbətlərdə, ticarət danışıqlarında iştirak etməli, işgüzar
müşavirələr keçirməli, gələnlərin və əməkdaşların qəbulunu apar
malı olur. Lakin yaxşı danışmaq üçün nə deyəcəyini bilmək azdır,
həm də necə deyəcəyini bilmək, yəni natiqlik nitqinin vasitələri,
ritorika üsullarına bələd olmaq lazımdır.
Əgər bütün deyilənləri konkretləşdirsək, söyləmək olar Vi,yax
şı danışm ağı öyrənm ək üçün qarşınıza aşağıdakı sualları qoyma
lısınız.
• Necə düzgün söyləməli?
• Necə anlaşıqlı söyləməli?
• Necə gözəl söyləməli?
• Necə inandırıcı söyləməli?
339
Yüklə Dostları ilə paylaş: |