118
Bədən tərbiyəsi sisteminin bünövrəsi əsasən ibtidai siniflərdən qoyulur.
Ona görə də ibtidai
məktəbdən başlayaraq şagirdlərin fiziki tərbiyəsinə ciddi yanaşılmalıdır, tədris proqramlarının
təkmilləşdirilməsi məhz buna görə mühüm əhəmiyyətə malikdir. Respublikanın ümumtəhsil
məktəblərində yeni tədris proqramının tətbiq olunmasına proqramın təkmilləşdirilməsi səbəb olmuşdur.
Proqram, müasir tələblər nəzərə alınmaqla indiyə kimi fəaliyyət göstərmiş tədris proqramının əsasında
işlənib-hazırlanmışdır. Proqram işlənilərkən onun məzmunu dərinləşdirilmiş, həcmi genişləndirilmiş,
nəzəri və praktik əhəmiyyəti daha da artırılmışdır. İndii də yeni tədris proqramının ayrı-ayrı (fiziki
hazırlıq və nəzəri) bölmələrini və bunların tədrisi ilə əlaqədar qarşıda duran tələbləri, qısa da olsa, şərh
edək.
Tərbiyənin ayrılmaz hissəsi olan fiziki tərbiyə şagirdləri fiziki cəhətdən kamilləşdirir, onları
həyata, ictimai-faydalı əməyə, habelə Vətənin müdafiəsinə hazırlayır. Fiziki tərbiyə eyni zamanda əqli,
əxlaqi, estetik tərbiyə və əmək təlimi ilə bir vəhdətdə həyata keçirilir.
İbtidai sinif şagirdlərinin fiziki tərbiyəsinin əsas vəzifələri aşağıdakılardır:
- şagirdlərin sağlamlığını möhkəmləndirmək və fiziki inkişafına kömək etmək;
- yeriş, qaçış, tullanmaq,
cisim atma, dırmaşma, müvazinət hərəkətləri üzrə bacarıq və vərdişləri
formalaşdırmaq və təkmilləşdirmək, hərəkətlərin bu növlərinin düzgün əsasını yaratmaq, yeni hərəkət
növlərini öyrətmək;
- hərəkət keyfiyyətlərini inkişaf etdirmək;
- sakit vəziyyətdə və hərəkət zamanı qaməti düzgün saxlama vərdişlərini formalaşdırmaq;
- şagirdləri «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi kopleksinin nəzərdə tutulmuş
hərəkətlərini tədricən yerinə yetirməyə hazırlamaq;
- bədən tərbiyəsi və idman sahəsində məlumatlar vermək;
- mənəvi-iradi keyfiyyətlər tərbiyə etmək: mədəni davranış vərdişləri formalaşdırmaq;
- bədən tərbiyəsi məşğələləri ilə məşğul olmaq üçün möhkəm vərdiş və maraq tərbiyə etmək;
- idman məşğələlərinə həvəs yaratmaq və maraq oyatmaq.
Bu vəzifələr yalnız fiziki tərbiyənin bütün sistemlərindən, eləcə də onun təşkili formalarından və
növlərindən:
bədən tərbiyəsi dərsləri, gündəlik rejimə daxil olan bədən tərbiyəsi tədbirləri ( bədən
tərbiyəsi dəqiqələri, məşğələyə qədər səhər gimnastikası, fasilələrdə əyləncəli oyunlar və hərəkətlər) və
dərsdənkənar bədən tərbiyəsi işlərindən lazımi səviyədə istifadə olunduğu zaman müvəffəqiyyətlə həyata
keçirilə bilər.
Bədən tərbiyəsinin əsas məzmununu tədris proqramları müəyyən edir.
I-IV siniflər üçün proqram aşağıdakı bölmələrdən ibarətdir: nəzəri məlumat, gimnastika,
mütəhərrik oyunlar və yüngül atletika.
I-IV siniflərdə bədən tərbiyəsi və idman, hərəkət rejimi, bədəni möhkəmləndirmə, fiziki
hərəkətlərin icrası zamanı düzgün tənəffüs
və bədənə qulluq edilməsi, qamət və idman geyimi ilə əlaqədar
ilk nəzəri məlumatlar verilir. Bundan başqa, şagirdlər fiziki hərəkətlərin, idman ləvazimatı və
avadanlıqlarının adını öyrənir, yerinə yetirilən hərəkətlərə dair müvafiq biliyə yiyələnirlər.
Proqramdakı nəzəri məlumat materialları şagirdlərdə nitqin inkişafı və bir sıra mövzuların
mənimsənilməsi məqsədilə təbiətşünaslıq fənni ilə əlaqələndirilə bilər.
Şagirdlər gimnastika bölməsi üzrə sıraya düzülməyin ən sadə növlərini, qolları, qıçları və
gövdəni möhkəmləndirən bir sıra əşyalı və əşyasız hazırlıq hərəkətlərini öyrənməlidirlər. Gimnastika
materialının məzmununu əsasən yeriş, qaçış, tullanmalar, cisim atma, dırmaşma və dırmaşıb aşma,
müvazinət, akrobatika
və rəqs hərəkətləri, habelə sallanmalar təşkil edir. Gimnastika bölməsində,
həmçinin qamətin formalaşması üçün xüsusi hərəkətlər verilmişdir.
İbtidai siniflərdə fiziki tərbiyə üzrə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə
yetirilməsində mütəhərrik oyunlar böyük əhəmiyyətə malikdir. Mütəhərrik oyunların xüsusi qaydalar
əsasında keçirilməsi şagirdlərdə, həm də lazımi hərəkət vərdişləri aşılayır. Proqrama, sıraya düzlənmək
ünsürü oyunlar, qaçış və tullanmalarla, cisim atma və dırmaşma ilə əlaqəli oyunlar daxil edilmişdir.
«Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi kompleksinin yüngül atletika üzrə hərəkət
növləri şagirdlərə III sinifdən başlayaraq öyrədilməlidir. Bu məqsədlə də III sinfin bədən tərbiyəsi
proqramına «Yüngül atletika» bölməsi daxil edilmişdir.
119
II-IV sinif şagirdlərini VMH kompleksinin norma və tələblərinə tədricən hazırlaşdırmaqdan ötrü
onlara komplekslə əlaqədar müvafiq bilik və bacarıqlar aşılanmalı, mülki müdafiənin əsas qaydalarına
dair məşğələlər təşkil olunmalıdır (xüsusi proqram üzrə). Nəzəri məlumat
bölməsi üzrə nəzəri məşğələ
keçirmək üçün hər bir sinif üzrə tədris ili müddətində bir saat vaxt ayrılmışdır.
Məktəbin konkret şəraiti ilə əlaqədar olaraq bir tədris materialı digəri ilə əvəz oluna bilər.
Məsələn, qışı uzun müddət qarlı keçən rayonlarda xizək hazırlığına verilmiş saatın miqdarını gimnastika
materialı hesabına artırmaq olar. Digər rayonlarda isə xizək hazırlığının əvəzinə gimnastika materiallarını
keçmək lazımdır. Məktəbdə üzgüçülük üzrə xüsusi şərait olduqda I-IV siniflərdə proqramın digər fiziki
hazırlıq bölmələrinin tədris materialı hesabına üzgüçülüyün öyrədilməsinə 16 saat vaxt ayırmaq olar.
Üzgüçülük məşğələlərinin əsas məzmunu IV sinfin proqram materialları təşkil edir.
Proqramdakı rəqs hərəkətləri, habelə oyunlar və digər rəqslər lazım gəldikdə milli oyun və rəqs
hərəkətləri ilə əvəz oluna bilər.
Məktəb proqram materialını başqası ilə yalnız şəhər (rayon) Xalq təhsil şöbəsinin razılığı ilə əvəz
edə bilər.
Proqramda mövcud siniflər üzrə yalnız yeni materiallar verilir. Təkrar üçün materialları isə
müəllim özü müstəqil olaraq müəyyənləşdirməlidir.
Proqram materiallarının vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsində tədris işlərinin
düzgün planlaşdırılması xüsusi əhəmiyyətə malikdir. Planlaşdırmaya əsasən tədris planı və proqram
materialının bölüşdürülməsinin illik qrafiki daxildir.
Fiziki hərəkətlərin ayrı-ayrı növlərini elə planlaşdırmaq lazımdır ki, onların öyrənildiyi dərslər
arasında böyük fasilə olmasın.
Hər bir dərsə bir neçə hərəkət növü daxil etmək zəruridir. Dərs zamanı düzlənmə və
ümuminkişaf hərəkətlərindən əlavə, qaçış, tullanma, cisim atma, müvazinət, dırmaşma, akrobatika və rəqs
hərəkətləri, həmçinin sürünmə, sallanmalar, oyounlar və s. kimi iki-üç hərəkət növündən istifadə etmək
mühüm əhəmiyyətə malikdir.
Kiçik məktəbyaşlı uşaqların qamətinə diqqət yetirmək xüsusilə vacibdir. Şagirdlərin qamətinin
formalaşması üçün təkcə proqramda verilmiş hərəkətlərlə kifayətlənmək olmaz. Bu məqsədlə düzülmə,
əşyalarla və əşyasız ümuminkişaf hərəkətləri, müvazinət, dırmaşma, yeriş, qaçış və s. hərəkət növlərindən
istifadə etmək lazımdır.
Hər dərsdə mütəhərrik oyun keçirilməlidir. Dəsrlərin müxtəlif məzmunda təşkili kiçikyaşlı
məktəblilərin hərəkət qabiliyyətinin daha da effektli təkmilləşdirilməsinə kömək edir.
Şagirdlərə əsas hərəkət növlərini öyrədərkən onların tapşırıqları düzgün
və dəqiq yerinə
yetirməsinə, eyni zamanda təlim prosesinin hərəkət keyfiyyətlərinin inkişafı ilə əlaqələndirilməsinə diqqət
vermək zəruridir.
Uşaqlarda cəldliyin inkişafında mütəhərrik oyunlar xüsusi yer tutur. Bu məqsədlə elə oyunlar
seçmək lazımdır ki, həmin prosesdə uşaqlar bir hərəkət vəziyyətindən digərinə daha tez-tez keçməli
olsunlar. Bu zaman əşyalarla hərəkətlərdən, müvazinət hərəkətlərindən, müxtəlif tapşırıqları yerinə
yetirməklə icra edilən tullanmalardan istifadə olunur ki, bu da hərəkət koordinasiyasının inkişafına
yardım göstərir.
Şagirdlərdə sürət keyfiyyətini inkişaf etdirmək üçün ayrı-ayrı hərəkətləri cəld icra etməklə,
sürətli qaçışdan, sürətlilik keyfiyyətini inkişaf etdirən mütəhərrik oyunlardan daha çox istifadə
edilməlidir.
Uşaqlarda gücü inkişaf etdirmək məqsədilə ümuminkişaf hərəkətlərdən,
doldurulmuş toplardan,
dırmaşma və tullanmalardan, uzağa cisim atmadan, sadə və qarışıq sallanmalardan, həmçinin müqavimət
hərəkətlərinə malik oyunlardan istifadə etmək olar.
Dözümlülüyün inkişafı üçün yerişi qaçışla növbələşdirmə hərəkətlərindən, nisbətən uzaq
məsafəyə yavaş templi qaçışdan və müxtəlif mütəhərrik oyunlardan istifadə olunur. Bu hərəkətlər
kiçikyaşlı məktəblilərin hərəkət fəaliyyətinə müsbət təsir göstərir.
Kiçik məktəbyaşlı uşaqlar daha çevik olurlar. Həmin keyfiyyətin inkişaf səviyyəsini nəinki
saxlamaq, eləcə də onu daha da inkişaf etdirmək zəruridir. Bu məqsədlə qol, qıç,
boyun və gövdə üçün
verilən hərəkətlər (əşyalı, əşyasız) daha cəld yerinə yetirilməlidir.