134
Qaçış. Qaçış, əsas təbii hərəkətlərdəndir. Qaçış addımları yüngül, çevik və sürətlə atılmaqla
yanaşı, həm də, bərabər ölçüdə və tempdə olmalıdır. Dərsin hazırlıq hissəsində də qaçış elementlərini
öyrətmək mümkündür. Məsələn, bunun üçün 8-10 paralel xətt çəkməli və şagirdlərə öyrətmək lazımdır ki,
onlar ayaqları növbələşdirərək bu və ya digər xətti üzərinə qoyaraq qaçsınlar. Qaçış vaxtı pəncə-daban və
dizlər yuxarı qaldırılmalı, bədən şux tutulmalı, tənəffüsün müntəzəmliyi əsas
diqqət mərkəzində
olmalıdır.
Hoppanmalar. Hoppanmaların dərsin hazırlıq hissəsində icra etdirilməsi şagirdlərin hərəkət
fəaliyyətini və idrak fəallığını artırmaqla yanaşı, eyni zamanda kiçik məktəbyabşlı uşaqların marağına
səbəb olur, onların əsas hissədə eyni adlı hərəkətlərin yerinə yetirilməsinə hazırlayır. Məhz buna görə də,
hazırlıq hissədə müxtəlif növ hoppanmalara geniş yer verilməli, onlar ritmlə, sürətlə və xüsusi cəldliklə
yerinə yetirilməlidir. Bütün bunlar həmin hərəkətlərin gözəlliyini, estetik imkanlarını daha da artırır.
Hoppanmaları hazırlıq hissədə əşyasız, həmçinin əşyalarla (qısa iplərlə, toplarla və s.) icra etmək olar.
İbtidai siniflərdə hoppanmaqla 45
o
, 90
o
, 180
o
dönmə hərəkətlərini də öyrətmək məsləhətdir.
Ümuminkişaf hərəkətləri. Bədən tərbiyəsi dərslərinin hazırlıq
hissəsində ümuminkişaf
hərəkətləri yerinə yetirilir. Həmin hərəkətlər ayrı-ayrı əzələ qruplarına təsir edir və oqranizmi qarşıdakı
tədris yükünə hazırlayır. Lakin belə hərəkətlərin icrasına bəzən çox vaxt sərf etmək lazım gəlsə də,
hazırlıq hissə üçün ümuminkişaf hərəkətlərini seçib tərtib edərkən diqqətli olmaq lazımdır. Təcrübə
göstərir ki, planlaşdırma nəinki əsas tədris materialları üzrə, həm də ümuminkişaf, xüsusi və hazırlıq
hərəkətləri üzrə də aparılmalıdır. Dərsin hazırlıq hissəsində, qabaqcadan müəyyənləşdirilmiş plan
əsasında, il boyu, müntəzəm və ardıcıl keçirilən ümuminkişaf hazırlıq və xüsusi hərəkətlər şagirdlərin
fiziki təhsilində mühüm rol oynayır. Bu, öyrənilmiş hərəkətlərin təkrar olunması, qazanılmış bacarıq və
vərdişlərin qorunub saxlanılmasını, fiziki hərəkət keyfiyyətlərinin müntəzəm inkişaf etdirilməsini təmin
edir.
Məlumdur ki, tədris planı əsasında illik qrafik və yarımillik plan tutulur, dərslər seriyalara
bölünür, ümuminkişaf hərəkət kompleksləri həmin yarımillik dərs materiallarına
uyğun olaraq
müəyyənləşdirilir.Hərəkət kompleksləri tərtib olunarkən 5 mühüm metodiki-psixoloji cəhəti nəzərə almaq
lazımdır.
1. Hərəkət kompleksi dərsin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsinə
yönəldilməlidir. Məsələn, dərsdə şagirdlərin cəldliyini, çevikliyini artırmaq, elastikliyini inkişaf etdirmək
və yaxud onlarda tullanma (hündürlüyə) vərdişləri aşılamaq əsas vəzifə kimi qarşıya qoyularsa, bu zaman
ümuminkişaf hərəkət kompleksinin tərkibinə cəldlik, çeviklik, elastiklik
və hoppanma elementləri olan
hərəkətlər daxil etmək lazımdır. Bütün bunlar isə birbaşa və ya dolayı yolla qarşıda duran vəzifələrin
yerinə yetirilməsinə kömək edir. Lakin bu vaxt hər bir hərəkətin neçə dəfə təkrar olunması tempinə,
tənəffüsün müntəzəmliyinə, ardıcıllığına xüsusi diqqət verilməlidir.
2. Hərəkət kopleksi planlaşdırılarkən məktəbin idman bazası mütləq nəzərə alınmalıdır. Təəssüf
ki, bəzi məktəblərdə ümuminkişaf hərəkətləri məktəbin ləvazimat və avadanlıqları nəzərə alınmadan,
formal şəkildə tərtib olunur. Bu da nəticə etibarı ilə həmin materialın keçirilməməsinə səbəb olur. Əgər
məktəbdə idman meydançası, gimnastika ağacları, tir, qumla doldurulmuş kisəciklər, müxtəlif rəngli
bayraqcıqlar, hündürlüyə tullanma dayaqları və s. yoxdursa, onda sinif müəllimi bunları yuxarı sinif
şagirdlərinin köməyi ilə, əmək təlimi emalatxanasında düzəltdirməlidir.
3. Ümuminkişaf hərəkət kompleksləri yerli iqlim şəraiti nəzərə alınmaqla tərtib olunmalıdır.
Sentyabr, oktyabr, noyabr, aprel, may aylarında təxminən sürəti, cəldliyi və dözümlülüyü inkişaf etdirən,
dekabr, yanvar, fevral, mart aylarında isə güc və qüvvə tələb edən hərəkət kompleksləri seçilməlidir.
Çünki
isti aylarda orqanizm güc, qüvvə tələb edən hərəkətləri yerinə yetirmək qabiliyyətinə o qədər hazır
olmur. Bu zaman əzələ boşalır, onun qüvvəsi, işgörmə qabiliyyəti aşağı düşür. Soyuq havada isə əksinə,
yəni əzələ daha möhkəm olur, onun qüvvəsi xeyli artaraq güc tələb edən hərəkətlərə qarşı daha davamlı
olur.
4. Hərəkət kompleksləri konsentrik olaraq tərtib edilməlidir. Yəni müəyyən bir əzələ qrupunu
inkişaf etdirmək üçün verilən kompleks hərəkətlər unudulmamalı, bir müddət keçdikdən sonra yenə də
təkrar olunmalıdır. Yaxud, hərəkət kompleksləri elə seçilməlidir ki, o növbə ilə orqanizmin bütün
hissələrinə təsir etmiş olsun.
135
5. Ümuminkişaf hərəkət kompleksləri yarımildə təxminən 3-4 dəfə dəyişdirilməli və bu zaman
şagirdlərin fiziki hazırlığı nəzərə alınmalıdır.
Fiziki hərəkət komplkksləri tərtib olunarkən sinif müəllimi baş bədən
tərbiyəsi müəllimi və
məktəb həkimi ilə məsləhətləşməlidir. Hərəkətlərin orqanizmə təsir qüvvəsi (dozası) təxminən də olsa
müəyyənləşdirilməlidir. Hərəkətlər uşaqları yormamalı, həyəcanlandırmamalı, tənəffüs orqanlarına və
sistemlərinə yumşaq təsir göstərməlidir.
Fiziki hərəkətlər yerinə yetirilərkən fiziki yük tədricən artırılmalı, sonra isə azaldılmalıdır. Tədris
ilində uşaqlara verilən fiziki yük hərəkət komplekslərinin mürəkkəbləşdirilməsi və intensivləşdirilməsi
hesabına artırılmalıdır. Şagirdlərin hərəkətləri daha yaxşı icra etməsi məqsədi ilə dərs keçilən yerdə
plakatlar, sxemlər və illüstrativ şəkillər asmaq lazımdır.
Müşahidələr göstərir ki, bəzi məktəblərdə ibtidai sinif şagirdlərinin diqqəti ümuminkişaf hərəkət
kompleksinin 2-ci və ya 3-cü hərəkətindən sonra yayınır, onu icra etməyə həvəs azalır, uşaqlar hərəkəti
inamla yerinə yetirmir, bir çox səhvlər buraxırlar. Bu isə şagirdlərin işgörmə qabiliyyətini aşağı salır. Bəzi
məktəblərdə isə həmin hərəkətləri şagirdlər axıra kimi böyük həvəslə, inamla, səlis yerinə yetirirlər.
Həmin şagirdlərin iş qabiliyyəti və fəallığı daha da yüksəlir.
Çünki müəllim, dərs prosesində elə metodiki
priyomlardan istifadə edir ki, onlar ümuminkişaf hərəkətlərinin axıra kimi fəal yerinə yetirilməsinə səbəb
olur. Bu isə müxtəlif növ fiziki hərəkətlərin öyrədilməsinə imkan verir.
Ümuminkişaf hərəkətlərinin böyük fəallıqla yerinə yetirilməsində, ilk növbədə, görmə, eşitmə,
duyğu orqanlarının, habelə hərəkət-əzələ hisslərinin inkişaf etdirilməsində şagirdlərə öz hərəkətlərini
idarə etmələrini öyrətmək xüsusi ilə vacibdir.
Məlum olduğu kimi, şagirdlər müxtəlif səs siqnallarının verilməsi ilə ümuminkişaf hərəkətlərini
daha yaxşı icra edirlər.
Buna görə də əl çalmaqla, fitlə, kollektiv şəkildə saymaqla hərəkətləri icra
etdirmək məqsədəuyğundur. Bu zaman hərəkət xarakterinə uyğun olaraq yavaş, orta və sürətli templə
yerinə yetirilməlidir.
Ümuminkişaf hərəkətlərinin yarış elementləri formasında icra etdirilməsi tədrisin səmərəliliyini
yüksəldir. Yarış formasında yerinə yetirilən hərəkətlər müxtəlif siqnallarla, qolu qaldırmaqla, fit
verməklə, əl çalmaqla icra olunmalıdır. Yarış hərəkətlərinin düzgün yerinə yetirilməsi, sürət, çeviklik və
davamlılıq keyfiyyətinin inkişafına, şagirdlərin mənəvi tərbiyəsinə və onların intizamlı olmasına müsbət
təsir edir.
Bakının Yasamal rayonundakı 158 saylı məktəbin müəllimi Rəna Quliyeva yeri gəldikcə
hərəkətlərin yarış formasını da öyrədir. Məsələn, kim döşəməyə üzüquylu uzanmış vəziyyətdən əllərin
köməyi ilə, dizləri bükmədən tez qalxa bilər? Kim qıçlar
irəlidə düz olmaqla, oturma vəziyyətindən əllər
boynun arxasında daha sürətlə qalxa bilər? və s. Oyunda sürətlilik, çeviklik və hərəkəti səlis yerinə
yetirənlər qalib hesab edilirlər. İndii də ibtidai siniflərdə tətbiq olunan hərəkət komplekslərinə aid nümunə
verək:
I S İ N İ F
Başa kisəcik qoymaqla hərəkətlər
I. Ç.v. – əsas duruş, əllər beldə, kisəcik başda. 1-2 sayda dirsəklər yaxınlaşdırılmaqla (döş
qəfəsi bir qədər irəli çıxır), pəncələr üzərinə qalxmalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı. Hərəkət 3-4
dəfə təkrar olunur.
II. Ç.v.- əsas duruş, qollar yanlarda, kisəcik sağ əldə. 1-2 sayda qıçı dizdən büküb qaldırmalı, əllə
dabana çatdırmaqla kisəciyi sol ələ ötürməli, 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı, hərəkəti sol qıçı
qaldırmaqla da yerinə yetirmək lazımdır. Hərəkət 4-5 dəfə təkrar edilir.
III. Ç.v. – ayaqlar çiyin bərabərində aralı, əllər aşağıda – Budda, kisəcik başda. 1-2
sayda sağa
dönməklə qolları yana qaldırmalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı. Hərəkət 3-4 dəfə təkrar olunur.
IV. Ç.v. – ayaqlar çiyin bərabərində aralı olmaqla çöməlməli, kisəcik döşəmədə. 1 sayda sol qıçı
düzəldib kisəciyi barmaqlarla tutub qaldırmalı. 2 sayda kisəciyi əvvəlki yerinə qoyub çıxış vəziyyətinə
qayıtmalı. Hərəkət sağ qıçla da yerinə yetirilməlidir.
V. Ç.v. – əsas duruş, qollar qabaqda, kisəcik başda. 1 sayda sol ayağı arxaya aparıb pəncə üstə
qoymalı; 2 sayda çıxış vəziyyətinə qayıtmalı; 3-4 sayda hərəkəti sağ ayaqla təkrar etməli.
Hərəkət hər ayaqla 4 - 5 dəfə təkrar olunur.