128
Təşkili
Ümumi
hazırlıq
Xüsusi
hazırlıq
Texniki
dəqiqlik
Tezlik Cəldlik
Qüvvə,
çeviklik
Dözümlülük Yekun
Dərsin 4 deyil, 3 hissədən ibarət keçirilməsinə (yəni giriş və hazırlıq
hissələrinin
birləşdirilməsinə) səbəb nədir?
Dərsin giriş və hazırlıq hissəsinin birləşdirilib eyni mərhələdə həyata keçirilməsində iki cəhət –
tədrisin psixoloji mahiyyəti və bu mərhələdə öyrənilən hərəkətlərin orqanizmə sağlamlaşdırıcı təsiri
(anatomik-fizioloji) nəzərə alınmışdır. Çünki dərslər giriş və istərsə də hazırlıq hissə üçün
müəyyənləşdirilmiş proqram materiallarına, təhsil və tərbiyəvi vəzifələrə, orqanizmə təsiretmə dərəcəsinə
görə, habelə məzmun və həyata keçirilmə formasına görə bir-birinə sıx bağlıdır. Bu hissənin
materiallarının biri o birini nəinki birtərəfli, hətta qarşılıqlı surətdə tamamlayır və əsas məqsədə yönəldir.
Daha doğrusu, giriş və hazırlıq hissədə yerinə yetirilən hərəkətlər orqanizmin iş qabiliyyətini yüksəldərək
əsas hissədə icra olunacaq fiziki yükə hazırlayır, şagirdlərin diqqətini dərsə istiqamətləndirir.
Q.F.Şitikova dərsin 3 hissəli qurulmasının təlim-tərbiyəvi əhəmiyyətini şərh edərkən yazır ki,
məşğul olanlar müntəzəm surətdə idrak fəaliyyətinə qoşulub və tədricən zəruri fiziki iş qabiliyyətinə
yiyələnirlər. Hər bir məşğələdə qarşıya qoyulmuş gigiyenik, təhsil və tərbiyəvi vəzifələr yüksək
səviyyədə yerinə yetirilir. Nəhayət, orqanizmin sonrakı fəaliyyəti üçün əlverişli vəziyyətə gətirilir.
Təcrübə göstərir ki, dərsin müvəffəqiyyətlə nəticələnməsi ayrı-ayrı hissələrin qarşısında
konkret
vəzifələrin qoyulmasından, uşaqların yaş xüsusiyyətindən, fiziki hazırlıq və fiziki inkişaf səviyyəsindən,
hərəkətin öyrədilmə texnikasının xarakterindən, məşğələlərin yerindən, keçirilmə vaxtından, həmçinin
ləvazimatla təchiz edilməsindən və şəraitdən çox asılıdır. Bundan əlavə, müvəffəqiyyət, eyni zamanda
dərsin ayrı-ayrı hissələrində qrupların təşkili, uşaqlar üçün fənn tapşırıqlarının müəyyənləşdirilməsi,
ləvazimat və avadanlıqların
düzgün yerləşdirilməsi, məşğələ yerlərinin dəyişdirilməsi ilə sıx əlaqədardır.
Dərsin səmərəli qurulması, həm də müəllimin fəaliyyətinin düzgün təşkilindən, xüsusən
müəllimin dərsin ayrı-ayrı hissələrində müəyyən edilmiş tapşırıqlar üzrə apardığı izahat işlərindən,
hərəkət texnikasının düzgün göstərilməsindən və yerinə yetirilməsindən, şagird fəaliyyətinin dərsə
düzgün təşkil edilməsi və qiymətləndirilməsindən asılıdır. Dərsin ayrı-ayrı hissələrində yerinə yetiriləcək
tapşırıqların yaxşı nəticələnməsi, məşğul olanların müşahidəçilik qabiliyyəti, hərəkətlərin icra edilməsinin
məna və əhəmiyyəti ilə, habelə bu prosesə düşüncəli yanaşması ilə əlaqədardır.
Dərsin quruluşunda aşağıdakı pedaqogji-metodiki tələbləri nəzərə almaq lazımdır.
1. Əvvəl keçirilən hərəkətlər, sonra keçirilən hərəkətlərin qarşısında
duran vəzifələrin yerinə
yetirilməsinə yönəldilməli və əksinə, sonra tədris olunan hərəkətlər əvvəlki hərəkətlər üzrə qazanılmış
bilik, bacarıq və vərdişlərin daha da möhkəmləndirilməsinə kömək etməlidir.
2. Dərsin ayrı-ayrı hissələrində qruplaşdırılaraq tədris olunan fiziki hərəkətlər müəyyən
ardıcıllıqla keçilməli və bir-birilə əlaqələndirilməlidir. Hərəkətlər sadədən mürəkkəbə doğru
qruplaşdırılaraq öyrədilməlidir.
3. Dərsin bir hissəsində qarşıya təlim-tərbiyə və gigiyenik vəzifələr qoyulmalı, onlar müntəzəm
və ardıcıllıqla həyata keçirilməlidir.
4. Dərsin hər üç hissəsində müəllim və şagirdlərin fəaliyyətləri məqsədyönlü təşkil edilməklə
bərabər, xarakter və məzmun etibarı ilə bir-birindən fərqlənməli, həm də əlaqələndirilməklə təlim
fəaliyyətinin yüksədilməsinə istiqamətləndirilməlidir.
Qeyd etmək lazımdır ki, bədən tərbiyəsi dərsinin hər bir hissəsinin qarşısında, ayrı-ayrılıqda
təlimin məzmununa uyğun vəzifələr qoyulur. Lakin həmin vəzifələr bir-birinə daha yaxın olur və eyni
məqsəd daşıyır. Məsələn, dərsin hazırlıq hissəsində qarşıya şagirdlərin diqqətinin toplanması,
fəallaşdırılması, fiziki yükün tədricən artırılması, fiziki hazırlığın yüksədilməsi, növbəti vəzifələrin izahı
və s. kimi vəzifələr qoyulur.
Bütün bunlar, nəinki dərsin hazırlıq
hissəsində, həm də əsas hissəsində yerinə yetirilir. Başqa bir
misal. Şagirdlərin fəaliyyətini lazımi səviyyədə təşkil etmək üçün hazırlıq hissədə frontal iş formasından
daha geniş istifadə edilir. Təcrübə göstərir ki, dərsin sıxlığının artırılması, şagirdlərin boşdayanma
hallarının aradan qaldırılması və fəallığının yüksədilməsi məqsədi ilə bəzən əsas hissənin özündə belə
frontal iş formasından istifadə olunur. Bundan əlavə, hazırlıq hissədə işlədilən hər hansı bir təlim
üsulundan (məsələn, söz, illüstrasiya və demonstrasiya və s.) dərsin digər hissələrində də müvafiq
129
qaydada istifadə etmək mümkündür. Dərsin hissələri arasında sıx əlaqə və uyğunluqların olmasına
baxmayaraq, onların özünəməxsus təşkili yolları, vəzifələri, məzmunu vardır. Həmin məsələlərin düzgün
şərhi isə bədən tərbiyəsi tədrisinin təkmilləşdirilməsində vacib pedaqoji şərtlərdəndir. Məktəb təcrübəsinə
və qabaqcıl pedaqoji-metodik
fikrə istinad etməklə, bədən tərbiyəsi dərslərinin ayrı-ayrı hissələrinin və
bunlar arasında əlaqənin səmərəli təşkilinə toxunaq.
3.2. Bədən tərbiyəsi dərslərinin hissələri
Məktəbdə bədən tərbiyəsi üzrə təlimin əsas təşkili forması dərsdir. Bədən tərbiyəsi dərsləri
cədvəl üzrə həftədə iki dəfə aparılır. Bu dərslərdə, şagirdlərə hərəkət keyfiyyətləri: sürət, qüvvə, cəldlik,
dözümlülük və hərəkət fəaliyyətinə dair lazımi bilik, bacarıq və vərdişlər aparılır.
Bədən tərbiyəsi dərsləri üç mərhələdə aparılır, bunların da hər birinin özünəməxsus məqsəd və
vəzifələri vardır. Müəllim həmin məqsəd və vəzifələrə uyğun fiziki hərəkət və oyunlar seçir və yeri
gəldikdə onları dərsin ayrı-ayrı mərhələlərində şagirdlərə öyrədir. Müəllim qarşıya qoyulmuş məqsədə
nail olmaq üçün dərsi pedaqoji, psixoloji və fizioloji cəhətdən düzgün qurmalıdır. Dərsin keyfiyyətini
yüksəltmək üçün müəllim tədris materiallarını dərindən öyrənməli, materialları ardıcıllıqla
təlim etməli və
təlim üsullarını düzgün müəyyənləşdirməlidir. Bundan əlavə, dərs maraqlı qurulmalı, şagirdlərin fəallığı
şəraitində keçməlidir, tədris günü rejimində digər fənlərə müvafiq qaydada növbələşdirilməlidir.
Bədən tərbiyəsi dərsi üç: hazırlıq, əsas və tamamlayıcı hissədən ibarətdir.
2.1.
Dərsin hazırlıq hissəsi.
Dərsin hazırlıq hissəsinə – 8-10 dəqiqə vaxt sərf edilir. Onun əsas vəzifəsi şagirdləri dərsin sonrakı
mərhələlərinə, əsas hissədə icra edilən hərəkətlərə hazırlamaqdır. Başqa sözlə desək, bədəni fiziki yük
üçün qızışdırmaqdır. Eyni zamanda şagirdlərin dərsə təşkilindən, kimin gəlib-gəlmədiyini yoxlamaqdan,
dərsin əsas məzmununu və vəzifələrini izah etməkdən, əhvali-ruhiyyəni yüksəltməkdən, şüurlu intizam
yaratmaqdan, müxtəlif yollardan istifadə etməklə dərsə marağı artırmaqdan ibarətdir. Hazırlıq hissədə
keçirilən hərəkətlər bir sıra təlimi, yeriş,
tez-tez yeriş, qaçış, yeriş zamanı və yerində gövdə, yuxarı və
aşağı ətraf əzələləri üçün hərəkətlər, əşyasız və əşyalarla hərəkətlər, gimnastika skamyası və divarlarında
hərəkətlər, hoppanmalar, rəqs hərəkətləri, ümumi inkişafetdirici hərəkətlərdən və s. ibarətdir.
Dərsin hazırlıq hissəsinin səmərəliliyi qarşıda duran vəzifələrin konkret və düzgün
müəyyənləşdirilməsi ilə əlaqədardır. İbtidai siniflərdə dərsin hazırlıq hissəsində aşağıdakı vəzifələrin
yerinə yetirilməsi tələb olunur:
1.
Şagirdlərin fəaliyyətini dərsə cəlb etmək, əhval-ruhiyyəsini və
emosionallığını yüksəltmək, diqqətini toplayıb əsas məqsədə yönəltmək.
2. Dərs müddətində icra ediləcək işin məzmunu və xarakteri ilə şagirdləri tanış etmək, növbəti
tədris yükü üzrə qarşıya çıxan suallara qısa və aydın cavab vermək.
3. Orqanizmi «qızışdırmaq», onun hərəkət fəaliyyətini artırıb növbəti tədris işinə – əsas hissədə
yerinə yetiriləcək hərəkətlərə hazırlamaq.
4. Təhsil və tərbiyə vəzifələrinə: şagirdlərin ideya-siyasi səviyyəsini yüksəltmək məqsədi ilə
nəzəri məlumatlar vermək, hərəki fəallığını artırmaq, hərəki keyfiyyətlərini inkişaf etdirmək və s.həyata
keçirilir.
Dərsin hazırlıq hissəsinin qarşısında qoyulmuş vəzifələri yerinə yetirmək
məqsədi ilə sadə,
yaxud şagirdlərin daha tez öyrənə biləcəyi cürbəcür və maraqlı hərəkətlərdən istifadə olunur.
Hazırlıq hissədə tətbiq edilən hərəkətlər bunlardır: müxtəlif düzülmələr; yeriş, qaçış və
tullanmalar; xüsusi və ümuminkişaf (əşyalı və əşyasız) hərəkətləri; qolların, gövdənin, başın əsas
vəziyyətləri, hərəkətləri və bunların bir-biri ilə əlaqələndirilməsi; sadə rəqs elementləri, çox da gərginlik
tələb etməyən mütəhərrik oyunlar və s.
Düzülmələr. Dərsin hazırlıq hissəsinin sıxlığının artırılmasında hər hansı bir hərəkətdən digərinə
daha tez və sürətlə keçilməsi xüsusən vacibdir. Məlumdur ki, hazırlıq hissədə yerində və yeriş zamanı
bəzi hərəkətlər icra olunur. Əgər şagirdlər zal (meydança) ətrafında bir sıra
ilə hərəkət edirlərsə, bu zaman
zalın mərkəzinə doğru üç-üç, dörd-dörd və s. komandası verib onları üç və dörd sıraya düzməklə, ya da
həmin vəziyyətdə sağa (sola) döndərib ümuminkişaf hərəkətlərini yerinə yetirmək mümkündür. Yaxud da
şagirdlər iki, dörd (cüt sıra) sıraya düzülüblərsə, onları üz-üzə döndərib bir-birindən 3-4 m aralamaq şərti
ilə kiçik və böyük topları bir-birinə ötürmə hərəkətlərini icra etdirmək olar. Bundan başqa, yeriş zamanı