132
Müşahidələr və müəllim – metodistlərlə keçirdiyimiz sorğu
nəticəsində bədən tərbiyəsi
dərslərində davamiyyətin yoxlanması imkanlarını myəyyənləşdirməyə səy göstərdik. Davamiyyətin
yoxlanması barədə müxtəlif mülahizələr vardır. Onları şərti olaraq 5 qrupa bölmək olar:
1-ci qrup müəllim-metodistlər belə hesab edirlər ki, ibtidai siniflərdə dərsi mütəxəssislər
keçirlərsə, şagirdlərin davamiyyətinin sinif müəllimindən alınmış məlumat əsasında, dərsin ilk
dəqiqələrində yoxlanılması sərfəlidir.
2-ci qrup müəllim-metodistlər dərsin əvvəlində, jurnal üzrə siyahını oxumaq yolu ilə hazır-qayıb
etməyə üstünlük verirlər.
3-cü qrup müəllim-metodistlər dərsin sonunda, siyahını oxumaq və ya növbətçi şagirdin
məlumatına görə dərsdə iştirak etməyənləri qeyd etməyi lazım bilirlər.
4-cü qrup müəllim-metodistlər davamiyyətin dərs zamanı şagirdlərə qısa
müddətli istirahət
verildikdə yoxlanılmasını məsləhət görürlər.
5-ci qrup müəllim-metodistlər (dərsi sinif müəllimi aparmırsa) bədən tərbiyəsi dərsində hazır-
qayıb aparılmasını məsləhət bilmirlər. Davamiyyəti tənəffüsdə yoxlamağı məqsədəuyğun hesab edirlər.
1-ci qrup müəllim-metodistlərin davamiyyətin yoxlanılması haqqında məsləhətləri iki cəhətdən
əhəmiyyətlidir.
Əvvəla davamiyyət az vaxt içərisində yoxlanılır, dərsin hazırlıq hissəsinin sıxlığı artırılır,
ikincisi, intizamın pozulmasına imkan yaranmır. Lakin bu zaman sinif müəllimləri jurnala qayıb
yazılmasın deyə, bəzən səhv məlumat verirlər. Bəzən də sinif müəllimini axtarıb tapmaq üçün xeyli vaxt
sərf etmək lazım gəlir.
Dərsə davamiyyətin (2-ci qrup) jurnaldakı siyahı üzrə yoxlanılması şagirdlərin dərsə
məsuliyyətinin və fəallığının artırılmasına kömək edir. Lakin bu zaman boşdayanma əmələ gəlir ki, bu da
dərsin intensivliyini azaldır. Digər tərəfdən isə, kiçik məktəbyaşlı uşaqlar kifayət qədər davamlı
olmadığına görə intizamın pozulmasına zəmin yaradır.
Dərsin sonunda siyahını oxumaq və növbətçi şagirdlərin məlumatı əsasında qeydlər aparmaq (3-
cü qrup) şagirdlərin fəallığını və məsuliyyətini artırır. İkinci halda isə hazır-qayıb qısa müddətdə başa
çatdırılır. 1-ci və 2-ci qrupa mənsub nöqsanları 3-cü qrupa da aid etmək olar. Bizim fikrimizcə isə
davamiyyətin sinif bədən tərbiyəsi təşkilatçısı və yaxud növbətçinin kiçik fasilə və qısa istirahət zamanı
(4-cü qrup) verdiyi məlumat əsasında yoxlanması daha faydalıdır. Bu həm şagirdlərdə bədən tərbiyəsi
dərsində özünə məsuliyyət hissinin artmasına, həm də hazırlıq hissinin intensiv
keçməsinə və tədris
prosesində asudə vaxtdan səmərəli istifadə olunmasına səbəb olur.
5-ci qrup müəllim-metodistlərin fikirləri ilə heç cürə razılaşmaq olmaz. Çünki davamiyyətin
yoxlanması və dərsdə iştirak etməyənlərin jurnalda qeyd edilməsi uşaqların intizama dəvət olunmasında,
onlarda məsuliyyət hissinin artırılmasında özünəməxsus yer tutur.
Qeyd etmək lazımdır ki, davamiyyətin raport verən şagirdin məlumatı əsasında yoxlanması da
əlverişlidir. Bu şərtlə ki, həmin şagird raporta qabaqcadan hazırlaşmış olsun, üzürlü səbəbə görə dərsdə
iştirak etməyənlərin siyahısını müəllimə yazılı şəkildə təqdim etsin. Davamiyyət haqqında məlumatı
şifahi yolla da vermək mümkündür.
Davamiyyətin nə vaxt və hansı yolla yoxlanması haqqında qəti fikir söyləmək çətindir. Ona görə
ki, dərsi hər zaman istənilən şəkildə qurub həyata keçirmək mümkün olmur. Bu məsələdə şagirdlərin
əhval-ruhiyyəsini, yaş xüsusiyyətlərini, bilik və bacarıqlarını, fiziki hazırlıqlarını, bədən tərbiyəsi dərsinə
münasibətini, eləcə də müəllimin pedaqoji – metodiki səviyyəsini, şəxsi nüfuzunu nəzərə almaq lazımdır.
Tədris fəaliyyəti haqqında məlumat vermək
Salamlaşmadan sonra dərsin qarşısında duran tədris fəaliyyətinə dair şagirdlərə məlumat
verilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlərin dərs prosesində nə kimi tədris işi ilə məşğul olacağını
bilməsi, onların həm təlimə marağını artırır, həm də ayrı-ayrı şagirdlərdə məsuliyyət hissini yüksəldir.
Tədris fəaliyyəti ilə əlaqədar məlumatların verilməməsi, hər şeydən əvvəl, şagirdlərin sorğu-sualına səbəb
olur, onların əhvali-ruhiyyəsinə və emosionallığına mənfi təsir göstərir. Məqsəd aydın olana kimi
şagirdlər narahatlıq hissi keçirirlər. Buna görə də dərsin hazırlıq hissəsində yerinə yetiriləcək əsas
hərəkətlər və onların metodik xüsusiyyətləri haqqında müvafiq izahat verilməlidir.
Tədris fəaliyyəti üzrə izahat dərsin həm hazırlıq və həm də əsas hissəsində aparılmalıdır. Hazırlıq
hissədə verilən izahat əsas hissədə aparılan izahat işindən fərqlənməlidir. Dərsin hazırlıq
hissəsində,
133
əsasən hazırlıq hissədə keçirilən tədris materialı üzrə konkret məlumat verilməli, onların metodiki,
tərbiyəvi və sağlamlaşdırıcı xüsusiyyətləri şərh olunmalıdır. Məsələn, müəllim I sinifdə bir sıraya
düzülməyi öyrədirsə, o, sıraya necə düzülməyi əvvəlcə özü göstərir və lazımi izahat verir, sonra
düzülməni fəallar, nəhayət, bütün şagirdlər yerinə yetirirlər. Müəllim bir sıraya düzülməni öyrədərkən də
onun qaydalarını, cərgə ilə fərqini və növlərini (bir, iki, üç və s.) şərh etməlidir.
Dərsin hazırlıq hissəsində, əsas hissədə keçiriləcək hərəkət və mütəhərrik oyunlar barədə qısa
məlumat verilməlidir. Bundan başqa, onların əsas metodik xüsusiyyətləri, öyrədilən hərəkətlərin bədənin
normal inkişafı üçün əhəmiyyəti, vətənin müdafiəsinə hazırlıq işində onların rolu və s. şərh edilməlidir.
Pedaqoji-metodiki ədəbiyyatın təhlilindən və məktəb təcrübəsindən aydın olur ki, bədən tərbiyəsi
üzrə nəzəri məlumatların təlim prosesində nə vaxt verilməsinə dair müxtəlif fikirlər vardır. Bəzi müəllim-
metodistlər, tədqiqatçı alimlər fiziki tərbiyə üzrə nəzəri məlumatları üç-beş dəqiqə ərzində dərsin hazırlıq
hissəsində, bəziləri isə onların öyrədilən hərəkətlərlə əlaqədar dərsin əsas hissəsində verilməsini
məqsədəuyğun hesab edirlər.
Tədqiqat göstərir ki, ibtidai siniflərdə fiziki tərbiyə və idman üzrə nəzəri məlumatları şagirdlərə
dərsin hazırlıq və əsas hissəsində çatdırmaq mümkündür. Lakin bu,
ibtidai siniflər üçün daha
məqsədəuyğundur. Çünki ibtidai sinif şagirdlərinə dərsin hazırlıq hissəsində, əsas hissədə öyrədilən
hərəkətlər haqqında məlumat vermək o qədər də maraqlı olmur. Buna görə də, kiçik məktəbyaşlı uşaqlara
dərsin hazırlıq hissəsində, bu hisədə öyrədilən və ümumi xarakter daşıyan əsas hissədə isə əsas hissənin
hərəkətləri və mütəhərrik oyunlar haqqında konkret məlumat vermək əlverişlidir. Bu öyrədilən hərəkət və
oyunların məna və əhəmiyyətini şagirdlərin daha dərindən, daha şüurlu mənimsəməsinə zəmin yaradır.
Salamlaşma. Bədən tərbiyəsi dərslərinin ən gözəl və tərbiyəvi cəhətlərindən biri salamlaşmadır.
Salamlaşma dərsin hazırlıq hissəsində düzülmələrdən sonra aparılmalıdır. Salamlaşmaya şagirdlər yalnız
yuxarı siniflərdə deyil, həmçinin I-II sinifdən etibarən daha yaxşı yiyələnirlər.
Salamlaşma şagirdlərin əməyə, qarşıdakı işə ruhlandırır, onların
məsuliyyətini, fəallığını,
işgüzarlığını, qətiliyini artırır. Bundan əlavə, kollektivə vərdiş etməyi, müəllimi sevməyi, onun
tapşırıqlarını həvəslə icra etməyi öyrədir. Salamlaşma uşaqlarda hərbi-vətənpərvərlik, beynəlmiləlçilik,
kollektivçilik hissi yaradır, xarici görünüşü gözəlləşdirir, xüsusən qaməti daha da gözəlləşdirir və
çevikliyi artırır. Bütün bunlara görə də salamlaşma yüksək zövqlə, emosionallıqla və xoş təəssüratla
həyata keçirilməlidir. Salamlaşma zamanı tələsməməli, səslərdə ümumi ahəngdarlıq, oxşarlıq və
uyğunluq olmalıdır. Əlbəttə, deyilənlərə əməl edilməsi tədrisin keyfiyyətini yüksəltmək, dərs zamanı
işlərini yaxşılaşdırmaq üçün vacib şərtdir.
Dönmə, yeriş, qaçış və hoppanmalar. Dərsin hazırlıq hissəsində orqanizmin funksiyasının
formalaşdırılmasında diqqətin toplanıb tədris fəaliyyətinə istiqamətləndirilməsində rəngarəng, maraqlı
yeriş, qaçış və hoppanma hərəkətlərinin icrası böyük əhəmiyyətə malikdir. Qarşıda
duran vəzifələrin
həyata keçirilməsində ritmik yeriş, qaçış və dönmələrə, hoppanmalara şagirdlərin tədricən müstəqil
yiyələnmələrinə xüsusi diqqət verilməli, bunun üçün hər cür şərait yaradılmalıdır.
Şagirdlər I sinifdən başlayaraq düzgün yeriş qaydalarını bilməlidirlər. Təəssüf ki, əksəriyyət sinif
müəllimləri şagirdlərin düzgün yeriməsinə lazımi əhəmiyyət vermirlər. Buna görə də, I, II və III- IV
siniflərdə belə kiçik məktəbyaşlı uşaqlar düzgün yeriməyi bacarmırlar. Onlar ayaqları düzgün yerə
qoymur, pəncələr bəzən daxilə, bəzən də xaricə meyl edir. Addımlar bəzən iri, bəzən də qısa olur. Bir sıra
uşaqlar yeriş, qaçış və hoppanmalar zamanı gövdəni düz saxlamır, ayaqları isə bir-birinə uyğun hərəkət
etdirə bilmirlər.
Yeriş, qaçış və hoppanma hərəkətlərinin icra olunması sağlamlıq və estetik baxımdan
ritmik
yerinə yetirilməli, gövdə düz tutulmalı, gərginləşdirilməli, baş əyilməməli, addımlar nə böyük, nə də qısa
olmalı, çiyinlər bir qədər arxaya dartılmalıdır. Bundan əlavə, əl və ayaqları bir-birinə uyğun hərəkət
etdirməlidir. Ayaqlar yerdən yüngül götürülməli, yerə yumşaq qoyulmalı və sürtünməməlidir. Yerişdə
yerə əvvəlcə daban qoyulmalı, sonra isə ağırlıq pəncələr üzərinə keçməlidir. Pəncə ilə təkan verdikdən
sonra qıç dizdən bükülməməlidir, irəliyə- daban üstə yumşaq addım atılmalıdır. Nəhayət, ağırlıq pəncə-
daban üzərinə salınmalıdır.
İbtidai
siniflərdə bir, iki sırada, habelə dairə üzrə sağa, sola, geriyə dönməklə yeriş vərdişləri
aşılanır. Pəncə və daban üzərində yerişlə növbələşdirməyi şagirdlərə öyrətmək lazımdır. Bu hərəkətlərdə
əsas məsələ onların yerinə yetirilməsi deyil, necə icra olunmasıdır.