148
yerləşdirilməlidir ki, müəllim onları görüb, yaxşı nəzarət edə bilsin. Şagird fəaliyyəti bu iş forması ilə
tədrisə cəlb edilərkən onların fiziki inkişafını nəzərə almaq lazımdır.
Qruplara bölünməklə şagird fəaliyyətinin tədrisə təşkili onların maksimum fiziki yük almasına,
yeni hərəkət texnikasını daha yaxşı öyrənməsinə, keçilmişlərin lazımi səviyyədə təkrarlanmasına,
dərinləşdirilməsinə imkan yaradır. Bu zaman şagirdlərin hərəkət fəallığı yüksəlir ki,
bu da uşaqlarda
cəldlik, çeviklik, dözümlülük və s. fiziki – psixoloji keyfiyyətlərin inkişafına səbəb olur.
Tədrisin dairəvi məşq üsulu ilə təşkili. məktəbyaşlı uşaqların hərəkət fəallığının yüksədilməsinə,
dərsin intensivləşdirilməsində və şagirdlərin müstəqilliyinin artırılmasında xüsusilə əhəmiyyətlidir. Bu
üsulla dərs keçərkən şagirdlər 3-4 və daha çox qruplara bölünürlər. Qruplar hərəkətləri müəyyən
mərhələlərdə qurulmuş alətlərdə növbə ilə yerinə yetirirlər. Müəyyən vaxtdan sonra onlar müəllimin
komandası ilə alətlərdə yerlərini dəyişirlər. Beləliklə, uşaqlar bir neçə yerdə qurulmuş alətlərdə hərəkət
edirlər. Dairəvi üsuldan istifadə edərkən şagirdlərin fiziki hazırlığı nəzərə alınmalıdır. Seçilmiş hərəkətlər
şagirdlərin orta fiziki hazırlıq səviyyəsinə yaxın olmalıdır. İcraya başlamazdan əvvəl hər qrupdakı
şagirdlərin hərəkəti bir neçə dəfə təkrar etmələri onların nəzərinə çatdırılmalıdır.
Tədris fəaliyyətinin fərdi iş formasında təşkili. Şagirdlərin fiziki hazırlığını, sağlamlığını nəzərə
alıb dərs zamanı onlara fərdi tapşırıqlar vermək lazımdır. Fərdi tapşırıqlar qısa və uzunmüddətli ola bilər.
Həmin tapşırıqlar şagirdlərin sağlamlığından çox asılıdır. Əgər müəllim, şagirddə zəiflik, qısamüddətli
başağrısı, ürəkbulanması, yuxusuzluq, iştahsızlıq və s. hissedirsə, o,
bu zaman məktəb həkimi ilə
məsləhətləşib xüsusi hərəkətlər seçir, hərəkət kompleksləri tərtib edib dərs və dərsdənkənar vaxtlarda
onun yerinə yetirilməsini şagirdlərdən tələb edir. Hərəkət təxminən bir ay icra olunduqdan sonra şagird
öz səhhəti haqqında müəllimə məlumat verir (Müəllim şagirddən soruşa bilər: sən yenədəmi özünü zəif
hiss edirsən? Ürəkbulanma olurmu? Başın ağrıyırmı? İştahan necədir?). Müəllim və həkimin müşahidəsi
və şagirdin məlumatı müsbət nəticə verirsə, hərəkət kompleksləri dəyişdirilir və əvvəlki xarakterli yeni
hərəkət kompleksləri tərtib olunub şagirdə verilir.
Yuxusuzluq, ürəkbulanma, zəiflik və başağrısından
şikayət edən şagirdlərin yeriş, asta qaçış, nəfəs alıb-vermə ilə zəngin olan fiziki hərəkətlər etmələri
məsləhətdir.
Müşahidə olunmuşdur ki, şagirdlərin səhhətində elə qüsurlar da var ki, (qüsurlu yeriş və qamət,
yastıayaqlılıq, təngnəfəslilik və s.) onu bir neçə ay ərzində aradan qaldırmaq mümkün deyildir. Qeyd
etdiyimiz bədən qüsurlarının artmaması məqsədilə profilaktik tədbirlər görmək, qüsurların
tam aradan
götürülməsi üçün uzunmüddətli iş aparmaq lazımdır. Hər iki hal üçün müalicə bədən tərbiyəsinin fərdi
olaraq həyata keçirilməsi olduqca vacibdir. Bronxial astma ilə mübarizə aparmaq üçün əsasən tənəffüs
hərəkətləri etmək və təmiz havada gəzintilər təşkil etmək lazımdır.
Yastıayaqlığın qarşısını almaq məqsədilə ayaq əzələlərini, qamətin formalaşması üçün gövdə
əzələlərini inkişaf etdirmək daha əlverişlidir.
Fərdi tapşırıqların şagirdlər tərəfindən düzgün yerinə yetirilməsində müəllim böyük rol
oynamalıdır. Şagird «A» bronxial astmaya qarşı tənəffüs hərəkətlərini icra edirsə, o, mütləq nə zaman
tənəffüsü alıb-vermək lazım olduğunu bilməlidir. Buna görə də müəllim «A» ya bədənin hansı
vəziyyətlərində nəfəs almağı (döş qəfəsini genişləndirən və bədəni açan zaman, qollar yuxarı ovuclar bir-
birinə baxıb döş qəfəsi irəli çıxanda və s.) və hansı vəziyyətlərində (irəliyə, arxaya və yanlara əyilmələr
zamanı) nəfəsi verməyi şagirdlərə öyrətməlidir. Fərdi tapşırıqlarda şagirdlərin bəzi nöqsanlara yol
verməsinə baxmayaraq
onlarda müstəqillik, məsuliyyət hissi, özünə inam və fəallıq kimi əxlaqi
keyfiyyətlər aşılayır. Bunlar şagirdlərin sağlamlığını möhkəmləndirir və fiziki hazırlığını artırır.
Şagirdlərin tədris fəaliyyətini yazılı və həm də şifahi təşkil etmək olar. Müəllim proqramın nəzəri
məlumat bölməsi ilə şagirdlərə yazılı iş tapşırır, iş yerinə yetirildikdən sonra yoxlanılır və
qiymətləndirilir.
Bədən tərbiyəsi üzrə şifahi fərdi tapşırıqları təxminən 4 qrupa bölmək olar : 1) məşğələ
yerlərində sanitariya-gigiyena işlərinin aparılması; 2) oyun və fiziki hərəkətlər keçirilərkən lazım olan
nişanlama, xətləmə işlərinin görülməsi; 3) alət və avadanlıqlar üzərində xırda təmir işləri aparılması,
tullanma çalalarının qaydaya salınması; 4) yeni tədris idman bazasında sadə əl əməyi işlərinin görülməsi
(hamarlama, sahənin çınqıllardan təmizlənməsi və s.).
Yoxlama üsulu zamanı bir
nəfər hərəkəti icra edir, qalan uşaqlar isə onu müşahidə edirlər.
Yoxlama dərsində bu üsuldan istifadə etmək məqsədəuyğundur. Yoxlama üsulunda dərsin sıxlığı azalır.
149
Lakin bu dərsin müsbət cəhəti ondadır ki, hərəkətləri yaxşı yerinə yetirənlər aşkar edilir, buraxılan
nöqsanların düzəldilməsi üçün geniş imkan yaranır. Dərsin bu formada təşkili, həm də şagirdlərin
qiymətləndirilməsi üçün vacibdir.
3.4.
Dərsin sıxlığı
Dərsin səmərəli keçirilməsində dərsin sıxlığını düzgün təşkil etmək böyük əhəmiyyətə malikdir.
Müəllim dərsdə hərəkəti qısa və aydın şəkildə az vaxt sərf etməklə uşaqlara şərh etməli, göstərməli,
boşdayanma hallarının olmaması, hər bir yarımqrupa (dəstəyə) müvafiq tapşırıq verilməlidir. Müəyyən
müddətdən sonra yarımqrupların yerini dəyişməklə, icra etdikləri hərəkətləri də dəyişdirməlidir. Müəllim
bu prosesdə şagirdlərin hərəkətlərinə ciddi
nəzarət etməli, onların diqqətini yayınmağa qoymamalı, dərsin
məqsədinə yönəltməlidir.
Bədən tərbiyəsi dərsinin sıxlığının artırılmasında əsas amillərdən biri şagirdlərin ümumi fiziki
hazırlığına, fiziki inkişafına uyğun hərəkətlər seçilməsi, onların düzgün tətbiq edilməsi və bu zaman
anatomik-fizioloji, həmçinin psixoloji xüsusiyyətlərin təlim dövründə nəzərə alınmasıdır.
Dərsin sıxlığınınn təmin olunmasında vacib şərtlərdən biri də idman ləvazimat və
avadanlıqlarının dərsəqədər müvafiq yerdə yerləşdirilməsi, onların şagirdlərin sayına, yaşına uyğun
olması və yoxlanılıb saz hala gətirilməlidir. Şagirddlərin eyni vaxtda hərəkətləri yerinə yetirməsi bu
məqsədlə müxtəlif alətlərdən eyni vaxtda istifadə imkanlarının olması da dərsin sıxlığını təmin edən
şərtlərdəndir. Dərsin sıxlığının təmini
də müvafiq hava şəraitinin, idman bazasının mövcudluğu da əsas
şərtdir.
3.5.
Dərsdə şagirdlərə verilən fiziki yük
Bütün dərs prosesində məşğul olanların orqanizminə təsir fiziki yük kimi başa düşülür.
Fiziki yük hərəkətlərin dozalaşdırılması ilə müəyyən edilir. Bura hərəkətlərin miqdarı, təkrarı,
icra olunma müddəti və onun yerinə yetirilmə şəraiti daxildir.
Müəllim dərsdə şagirdlərin fiziki yükünü tənzimləməli, artıq hərəkətlərə yol verməməlidir.
Həddən artıq fiziki yükün verilməsi yorulmaya və şagirdlərin tədris iş qabiliyyətinə mənfi təsir göstərir.
Şagirdlərin hərəkətlərlə kifayət qədər təmin edilməməsi isə orqanizmin funksiyasının zəifləməsinə səbəb
olur.
Müəllim fiziki yükü qabaqcadan təxminən müəyyənləşdirir, dərs vaxtı isə lazım gələrsə
düzəlişlər edir, əhval-ruhiyyə əsas hissədə maksimum həddə çatmalıdır.
Dərsin planı tutularkən yeni hərəkətlər maraqlı oyunların keçirilməsinə xüsusi diqqət
yetirilməlidir. Fiziki yükün artırılması məqsədilə yarış elementlərinin mütəhərrik oyunların
seçilməsi də
vacibdir. Asan və çətin hərəkətlər bir-birini tamamlamalı, tanış hərəkətlərdən tanış olmayan hərəkətlərə
keçməlidir.
Fiziki yük tənzimlənərkən şagirdlərin fiziki hızırlığı nəzərə alınmalıdır. Fiziki yük (dərsdə)
şagirdlərin orta fiziki hazırlığına uyğun olmalıdır. Lakin bu zaman güclü və zəif şagirdləri də unutmaq
olmaz. Daha güclü şagirdlərə əlavə fərdi tapşırıqlar verilməli, fiziki cəhətdən zəiflər üçün isə hərəkətlər
sadələşdirilərək və təkrarı azaldılaraq verilməlidir.
Dərsdə fiziki yükü tənzimləyən şərtlər bunlardır:
1.
Hərəkət və oyunların miqdarının dəyişdirilməsi;
2.
Hərəkətlərin təkrarolunma miqdarı;
3.
Hərəkətlərin icrasına ayrılmış vaxtın artırılması və ya azaldılması;
4.
Hərəkətlərin müxtəlif tempdə icrası;
5.
Hərəkətlərin amplitudasının artırılması və ya azaldılması;
6.
İcra zamanı hərəkətlərin sadələşdirilməsi və ya mürəkkəbləşdirilməsi;
7.
Hərəkət yerinə yetirilən zaman əşya və avadanlıqlardan istifadə.
3.6.Bədən tərbiyəsi üzrə ev tapşırıqları
Ev tapşırıqlarının əhəmiyyəti. Bədən tərbiyəsi üzrə vəzifələrin tam surətdə həyata keçirilməsini
yalnız dərslə məhdudlaşdırmaq kifayət deyildir. Bədən tərbiyəsi üzrə ev tapşırıqlarının verilməsi bədən