81
etdirilməlidir. Uşaqlarda əmək üzrə bacarıq və vərdişlər əsasən həyatda qazanılır və təkmilləşir. Lakin
həmin bacarıq və vərdişləri daha da məhsuldar etmək üçün fiziki tərbiyə ən vacib vasitələrdən sayılır.
Uşaqlar müntəzəm olaraq fiziki tərbiyə və idmanla
məşğul olursa, onun əmək qabiliyyəti (zehni, fiziki)
daha da artır, eləcə də peşəsinə müvafiq işgörmə imkanları xeyli yüksəlir. Bunun əsas səbəbi fiziki tərbiyə
və idmanla məşğul olduqda, məşğul olanlar fiziki cəhətdən inkişaf edir, üzv və sistemlərin fiziki cəhətdən
və funksional imkanları xeyli genişlənir. Yəni ürəyin fəaliyyəti, ağciyərlərin həyat tutumu yüksəlir,
maddələr mübadiləsi yaxşılaşır. Üzv və sistemlər lazımi qida və oksigen qəbul edə bilir. FIiziki tərbiyə və
ayrı-ayrı idman növləri ilə məşğul olduqda əmək üçün zəruri olan hərəki keyfiyyətlər də inkişaf edir.
Adımın hərəkətləri daha sürətli, çevik və cəld olur, iradəsi möhkəmlənir. Hər bir çətin işə qarşı
dözümlülüyü yüksəlir. Bu baxımdan fiziki tərbiyə məşğələlərində qüvvənin, cəldlik və çevikliyin,
dözümlülüyün və iradənin möhkəmləndirilməsinə xidmət edə biləcək hərəkətlərə xüsusi
diqqət yetirmək
vacibdir. Bütün bunlar peşə yönümündə aparılan işin keyfiyyətli və az vaxt sərf etməklə, qısa müddət
içərisində icrasına zəmin yaradır.
Fiziki tərbiyənin müdafiə təcrübəsi ilə əlaqəsi prinsipi. Məlumdur ki, Vətəni qorumaq, yadelli
işğalçılara qarşı amansız olmaq hər bir Azərbaycan vətəndaşında xüsusi keyfiyyətlərin olması ilə sıx
əlaqədardır. Həmin keyfiyyətlər arasında müdafiə işinə fiziki cəhətdən hazır olmaq mühüm yerlərdən
birini tutur. Bura ilk növbədə, sağlam və möhkəm iradəyə malik olmaq, cəldliyi, çevikliyi və gücü inkişaf
etdirmək daxildir. Həmin keyfiyyətlərin kiçik məktəbyaşı dövründən başlayaraq
fiziki tərbiyə və idman
məşğələlərində inkişaf etdirilməsi hərbi peşəyə yiyələnməkdə, ölkənin müdafiə qabiliyyətinin
yüksədilməsində həlledici əhəmiyyətə malikdir.
Təkrarlanma prinsipi. Fiziki hərəkətlər, oyun və fəndlər dəfələrlə təkrarlanmadan hərəki
keyfiyyətləri inkişaf etdirmək, hərəki bacarıq və vərdişləri formalaşdırmaq, təkmilləşdirmək mümkün
deyildir. Hərəkətlərin təkrarı idman sahəsində qazanılmış vərdişlərin daha da möhkəmləndirilməsinə
səbəb olur. Təkrarlanmanın düzgün aparılması bu işdə az əhəmiyyət kəsb etmir. Əvvəlcə keçilmişlərin
təkrar olunması, sonra isə yeni hərəkətləri öyrədib, onların təkrarına başlamalıdır.
Təkrarlanma apararkən
fiziki yükün həcmi, sıxlığı, çətinliyi nəzərə alınaraq dozalaşdırılmalı, yəni asandan çətinə doğru
mənimsənilməlidir. Yarış dövründə fəndlərin, ayrı-ayrı hərəkətlərin icraolunma texnikası və taktikası
daha da mükəmməlləşir. Göstərilən təlim-metod və prinsiplərinin müvəfəqiyyətlə nəticələnməsi yeni
təhsil islahatının tələblərinin nəzərə alınmasından mühüm dərəcədə asılıdır. Yeni təhsil sisteminin
yaradılması, islahatın yeni məqsəd və vəzifələrinin, prinsiplərinin həyata keçirilməsi xüsusən vacibdir
(demokratikləşmə, humanistləşdirmə, differensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya, humanitarlaşdırma
və i.a).
II. 6. Fiziki tərbiyənin təlim metodları
6.1. Fiziki tərbiyə prosesində ümumpedaqoji təlim
metodlarından istifadə
Bədən tərbiyəsi tədrisinin səmərəliliyinin yüksədilməsi qarşıya qoyulmuş təlim-tərbiyəvi
vəzifələrdən, öyrədilən materialların xüsusiyyəti, şagirdlərin fiziki hazırlığı və yaş xüsusiyyətlərindən,
idman bazası və şəraitindən, həmçinin bunlara uyğun təlim metodlarının seçilib tətbiq olunmasından çox
asılıdır.
Bədən tərbiyəsinin tədrisi prosesində tətbiq olunan təlim metodları, hər şeydən əvvəl, şagirdlərin
bilik və bacarıqlarının artmasına, vərdişlərin aşılanmasına, müstəqilliyinin və yaradıcılığının inkişafına,
dərketmə qabiliyyətinin yüksədilməsinə yönəldilməlidir. Müşahidələr göstərir ki, bədən tərbiyəsi
müəllimlərinin bəziləri həmin fənnin tədrisində proqram materialının xüsusiyyətinə, şagirdlərin fiziki
hazırlığına, idrak qabiliyyətlərinin inkişafına lazımi əhəmiyyət vermir, təlim metodlarından necə gəldi
istifadə edirlər. Halbuki təlim metodlarını düzgün seçib tətbiq etməyi bacarmaq dərsə verilən müasir
tələblər baxımından xüsusi əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alaraq bədən
tərbiyəsinin tədrisində
şərh və göstərmə (nümayiş etdirmə) metodlarının tətbiqi imkanlarını nəzərdən keçirək.
Bədən tərbiyəsi fənni gərgin zehni fəaliyyət tələb etməyən fənlər sırasına daxildir. Bu fənnin
qarşısında başlıca olaraq təbii hərəkət keyfiyyətlərini inkişaf etdirmək (qüvvə, sürət, cəldlik, dözümlülük
82
və s.) hərəkət fəaliyyətini (idman, əmək, vətənin müdafiəsinə hazırlıq işləri və s.) və b. praktik vərdişlər
aşılamaq,qazanılmış bilik, bacarıq və vərdişləri formalaşdırmaq kimi vacib məsələlər qoyulur. Fənnin
tədrisinə müasir tələblər baxımından yanaşdıqda bu sahədə mövcud olan nəzəri və praktik materialların
şərhinə çox böyük ehtiyac duyulur. Bütün bunlarsız bədən təbiyəsinin təlim-tərbiyəvi əhəmiyyətinə,
sağlamlaşdırıcı mahiyyətinə, fiziki inkişaf və idman göstəricilərinə nail olmaq mümkün deyildir. Buna
görə də şərh metodu nisbətən geniş tətbiq edilən metodlardandır.
Şərh metodu materialın məzmununa uyğun olaraq iki istiqamətdə tətbiq olunur:
1.
Bu metodla müəllim bədən tərbiyəsi və idman məşğələlərinin mahiyyətini, müxtəlif növ
fiziki hərəkətlərin, oyunların nə məqsədlə yerinə yetirilməsini, bunların bütün yaşlardan olan adamların
mənəvi
zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyini ahəngdar surətdə inkişaf etdirilməsini şagirdlərə
sistemlə və ardıcıl şəkildə çatdırır.
2.
Müəllim hərəkətlərin yerinə yetirilməsi texnikasını, qanun və qanunauyğunluqlarını,
habelə oyun qaydalarını şifahi şərh vasitəsilə şagirdlərə öyrədir.
Tədqiqat göstərir ki, nəzəri və praktik materialların öyrədilməsi prosesində şagirdlər müəyyən
əqli nəticə çıxara bilirlər. Ona görə ki, müəllimin sözü, canlı danışığı şagirdlərə ən güclü təsir göstərən
qıcıqdır. Bədən tərbiyəsi üzrə bu və ya digər nəzəri məsələni, yaxud hərəkətin yerinə yetirilmə
texnikasını, oyunların keçirilmə qaydalarını aydınlaşdırmadan, şagirdlərin yaradıcılıq və müstəqilliyini
inkişaf etdirmədən onların praktik fəaliyyətini də kifayət qədər istiqamətləndirmək olmaz.
Hərəkətlərin öyrədilməsində müvafiq təlim metodlarından istifadə etmənin əhəmiyyəti böyükdür.
Bədən
tərbiyəsi dərslərində şifahi, əyani və təcrübi metodlardan geniş istifadə edilir. Dərslərin səmərəli
təşkili, şagirdlərin dərketmə qabiliyyətlərinin artırılmasına təsir edən amillərdən biri də təlim metodlarının
əlaqəli tətbiq olunmasıdır. Buna görə də müəllim müvafiq hərəkəti göstərərkən onu izah etməyə, digər
hərəkətlərlə oxşar və fərqli cəhətlərini şagirdlərə öyrətməyə ciddi səy göstərməlidir.
Şifahi şərh metoduna söhbət, nəqletmə və izahetmə daxildir. Təlim prosesində bu metoddan
istifadə olunarkən şagirdlərin diqqətini cəlb etmək, fəallığını artırmaq çox vacibdir. Bunun üçün də
müəllimin söhbəti, nəqil və izahı qısa, aydın və ardıcıl olmalıdır.
Nəqletmə yeni hərəkətlər və oyunlar keçirilərkən tətbiq olunur. Nəqletmə aydın və konkret
olmalı, mövzunun mətni ardıcıllıqla nəql edilməlidir. Məsələn, əgər müəllim qısa məsafəyə qaçışı
öyrədirsə, əvvəlcə o, qaçışın bədənin möhkəmləndirilməsindəki əhəmiyyətini, sonra isə onun əməyə
hazırlıqda rolunu, ölkənin müdafiəsində tutduğu yerini nəql etməlidir. Sonra isə müəllim qısa
məsafəyə
qaçışın icra olunma texnikasını şərh etməlidir. Bu üsulla hərəkət növünün məzmunu, ayrı-ayrı fəndləri,
əməli və nəzəri tərəfləri şagirdlərə nəql olunur.
İzahetmə şagirdlərə əsasən yeni hərəkət növünün və oyunların öyrədilməsindən qabaq aparılır.
Mövzunun əsas məzmunu, hərəkətin icraolunma mexanizmi şagirdlərə izah olunur. Şagirdlər izahetmə
yolu ilə fiziki hərəkətlər haqqında məlumatları və bəzi anlayışları mənimsəyirlər. Bütün bunlar da
şagirdlərə müxtəlif fiziki hərəkətlər və oyunlara aid dəqiq təsəvvür yaradır. İzahetmə şagirdlərin dərketmə
səviyyəsinə uyğun olmaqla yanaşı, eyni zamanda konkret və aydın aparılmalıdır. İzahetmə bəzən
hərəkətləri yerinə yetirərkən, bəzən də hərəkətlərin icrasından sonra aparıla bilər.
Söhbət-müsahibə. Hər bir şagirdin hərəkəti necə mənimsədiyini, onların bilik səviyyəsini və
fərdi bacarıqlarını müəyyənləşdirməkdən ötrü müəllim sual-cavab aparır. Belə söhbətlər uzun-uzadı deyil,
konkret və aydın olmalıdır.
Göstərmə bədən tərbiyəsinin tədrisində ən çox tətbiq olunan metodlardandır.
Bu metodla
şagirdlərə bədən tərbiyəsinin məzmununu sistem və ardıcıllıqla əyaniləşdirərək öyrətmək olur. Ona görə
ki, hərəkətin göstərilməklə öyrədilməsində insanın zehni fəaliyyətinin oyadıcısı olan hiss orqanlarının
fəaliyyətinin təsir qüvvəsi daha da artır. P.F.Lesqaftın dediyi kimi, hiss orqanları xarici aləmdə baş verən
hadisələri, yaxud cisimləri qavramaqda nə qədər çox iştirak edirsə, insanda bu cisim və hadisə haqqında
bir o qədər aydın təsəvvür yaranır və onlar yaxşı yadda qalır. Y.Y.Qolant bu münasibətlə yazır: «Dərsdə
əyani vasitələrdən istifadə etmək nəticəsində xarici hiss orqanlarının köməyi ilə şagirdlər konkret əşyanı,
hadisə və prosesləri natural və ya təsvirlərin köməyi ilə dərk etsinlər»
95
.
95
Й.Й.Голант. Методы обученийа в советской школе. М.1957,сящ. 75.