11
Üçüncü bölmədə isə tədris gün rejimində fiziki tərbiyə- sağlamlıq tədbirlərindən, sinifdən
və məktəbdənxaric fiziki tərbiyə və idman məşğələlərindən bəhs edilir. Burada səhər gigiyenik
gimnastikası, bədən tərbiyəsi dəqiqəsi, böyük tənəffüslərdə fiziki hərəkətlər, mütəhərrik oyunlar,
günüuzadılmış qruplarda idman saatı, eyni zamanda ümumi fiziki hazırlıq qruplarının, idman
bölmələrinin, fərdi məşğələlərin, idman yarışlarının təşkili şərh olunur. Bundan əlavə,
uşaq-gənclər və
idman məktəblərində, uşaq yaradıcılıq birliyi və mədəniyyət evlərində, istirahət və mədəniyyət
parklarında, mənzil-istismar sahəsində və bələdiyyə idarələrində fiziki tərbiyə və idman işləri
işıqlandırılır. Həmin bölmədə
ailədə uşaqların fiziki tərbiyəsi də diqqət mərkəzində saxlanılmış və
orada kiçik məktəbyaşlı uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti və vasitələrindən,
gün rejimindən, uşaq
orqanizminin möhkəmləndirilməsindən, ailədə uşaqların bədən tərbiyəsi dəqiqəsindən və səhər gigiyenik
gimnastikasının təşkili və keçirilməsindən danışılır. Bu bölmədə həm də
şagirdlərin fiziki tərbiyəsində
məktəb, ailə və ictimaiyyətin birgə işindən, onun təşkili formalarından bəhs edilir. Valideyn
konfranslarına, sinif valideyn iclaslarına, valideynlərlə və ictimaiyyətlə aparılan işlərə, onun məzmunu və
təşkilinə xüsusi yer ayrılır.
Dərs
vəsaitində I-IV siniflər üçün mütəhərrik oyunlar, onların təşkili və keçirilməsi metodikası,
yekunlaşdırılması qaydaları, eləcə də fiziki tərbiyə üzrə
dərs nümunələri əlavə kimi təqdim olunur.
Açıq etiraf etmək lazımdır ki, dərslik müəllifləri dərsliyi tərtib edərkən hər şeyi öz üzərinə götürmür, o,
bilavasitə öz təcrübəsinə, tədqiqat işlərinə, müşahidələrinə istinad etməli olsa da belə, digər tədqiqatlar,
dərs vəsaiti hazırlayan müəlliflərin yaradıcılığına da hörmətlə yanaşır və müraciət edir. Əgər
belə olmasa,
həmin dərslik öz lazımi qiymətini, yerini ala bilməz. Yazının müəllifi də öz təcrübəsinə əsaslanmaqla
bərabər, mövcud problemlərə aid yazılan elmi-tədqiqat işlərindən, dərs vəsaiti, metodiki işləmə və
tövsiyələrdən, dissertasiyalardan, məqalələrdən, qabaqcıl müəllimlərin təcrübəsindən istifadə etmişdir.
Bununla paralel auditoriyaya öyrədilməsi zəruri olan başlıca mövzuların metodikası müəllif tərəfindən
bir daha işlənilib ümumiləşdirilmiş, mövcud proqramın çərçivəsinə salınmışdır.
Uzun illərdən bəri müəllifin pedaqoji fəaliyyətinin
məhsulu və nəticəsi olaraq, işıq üzü görən bu
dərsliyin bütün çətinliklərinin öhdəsindən nə dərəcədə gəldiyimizi müəyyənləşdirməyi hörmətli
həmkarlarımın və oxucularımızın ixtiyarına buraxırıq.
Dərs vəsaiti üzərində gələcək işləri davam etdirərkən, Sizdən alacağı arzu və təkliflərə, irad və tövsiyələrə
görə müəllif minnətdar olacaqdır.
Hörmətlə, müəllif.
12
BİRİNCİ BÖLMƏ
FİZİKİ TƏRBİYƏNİN NƏZƏRİ-METODİK MƏSƏLƏLƏRİ.
I FƏSİL. FİZİKİ TƏRBİYƏNİN MÖVZUSU VƏ İNKİŞAF TARİXİ
P L A N
1.1. Fiziki tərbiyənin mövzusu.
1.2. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı.
2.1. Azərbaycanda bədən tərbiyəsinin yaranması.
2.2. Azərbaycanda feodalizm dövründə bədən tərbiyəsi və idmanın inkişafı.
2.3.
Azərbaycanda XIX əsrin sonu, XX əsrin əvvəllərində bədən tərbiyəsi və idmanın inkişafı.
2.4. Azərbaycanda Sovet hakimiyyəti illərində bədən tərbiyəsi və idmanın inkişafı barədə (1920-1991-cı
illər).
2.5. Qədim və müasir Olimpiya oyunları.
2.6. Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı və nailiyyətləri.
Ə D Ə B İ Y Y A T
1.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin
yaradılmasının onillik yubileyi haqqında sərəncamı. Bakı şəhəri, 12 dekabr, 2001-ci il.
2.Heydər Əliyev və Azərbaycanda Olimpiya hərəkatı. Layihənin rəhbəri: İlham Əliyev, müəlliflər:
Ç.Hüseynzadə, C.Rəhimov, Bakı, 2002-ci il.
3.İlham Əliyev. Azərbaycanda Olimpiya hərəkatı. Bakı, 2002-ci il.
4.E.F.Acalov Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişaf tarixi. Bakı. «Maarif» nəşriyyatı. 1985-ci
il.
5.A.Abiyev, D.Quliyev. Helsinkidən başlayan yol. «Adiloğlu» nəşriyyatı. Bakı. 2002-ci il.
I. FƏSİL.FİZİKİ TƏRBİYƏNİN MÖVZUSU VƏ İNKİŞAF TARİXİ
1.1. Fiziki tərbiyənin mövzusu
Fiziki tərbiyə insanın fiziki cəhətdən təkmilləşməsinin idarə olunmasının ümumi
qanunauyğunluqlarına əsaslanan bir elm olmaqla, həm də ümumi pedaqoji qanunauyğunluqlara istinad
edir.
Fiziki tərbiyənin mövzusu Azərbaycan fiziki tərbiyə sisteminin məqsədini, vəzifələrini,
prinsiplərini və tərbiyənin digər tərkib hissələri ilə əlaqəsini öyrədir. Bundan əlavə,
fiziki tərbiyənin
mövzusu fiziki tərbiyənin vasitələrini, formalarını bu prosesdə tətbiq olunan metodları, prinsipləri,
metodikanı izah edir. Məktəb yaşlı uşaqların fiziki keyfiyyətlərinin inkişafı, hərəki bacarıq və
vərdişlərinin formalaşması yollarını mənimsədir.
Fiziki tərbiyənin mövzusu keçmişdə mövcud təcrübəni, həmçinin müasir təcrübəni öyrənir, təhlil
edir, ümumiləşdirir. Azərbaycan fiziki tərbiyəsinin mövzusu milli dəyərlərə əsaslanır, milli oyunların,
idman növlərinin inkişafına xidmət edir.
Fiziki tərbiyə digər elmlərlə də əlaqədardır. Xüsusilə, anatomiya, biologiya,
fiziologiya,
gigiyena, kimya və i.a.
Fiziki tərbiyə psixologiya, pedaqogika elmləri ilə də sıx bağlı olmaqla yanaşı, bu elmlərə
əsaslanaraq təlim olunur.
Bütün bunlarla bərabər, fiziki tərbiyənin mövzusuna onun tarixi, anlayışları, tədqiqat metodları,
metodikası və s. daxildir. Bu fəsildə fiziki tərbiyənin mövzusuna aid olan bəzi vacib məsələləri qısa
şəkildə şərh etməyi zəruri bilirik. Xüsusən onun tarixi, anlayışları, sistemi və təlimi əsaslarının şərhini
nəzərdə tuturuq.