Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   145

 11
              Üçüncü bölmədə isə tədris gün rejimində fiziki tərbiyə- sağlamlıq tədbirlərindən, sinifdən 
və  məktəbdənxaric fiziki tərbiyə  və idman məşğələlərindən  bəhs edilir. Burada səhər gigiyenik 
gimnastikası,  bədən tərbiyəsi dəqiqəsi, böyük tənəffüslərdə fiziki hərəkətlər, mütəhərrik oyunlar, 
günüuzadılmış qruplarda idman saatı, eyni zamanda ümumi fiziki hazırlıq qruplarının, idman 
bölmələrinin, fərdi məşğələlərin, idman yarışlarının təşkili  şərh olunur. Bundan əlavə, uşaq-gənclər və 
idman məktəblərində, uşaq yaradıcılıq birliyi və  mədəniyyət evlərində, istirahət və  mədəniyyət 
parklarında, mənzil-istismar sahəsində  və  bələdiyyə idarələrində fiziki tərbiyə  və idman işləri 
işıqlandırılır. Həmin bölmədə  ailədə  uşaqların fiziki tərbiyəsi  də diqqət mərkəzində saxlanılmış  və 
orada kiçik məktəbyaşlı uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti və vasitələrindən, gün rejimindən, uşaq 
orqanizminin möhkəmləndirilməsindən, ailədə uşaqların bədən tərbiyəsi dəqiqəsindən və səhər gigiyenik 
gimnastikasının təşkili və keçirilməsindən danışılır. Bu bölmədə həm də şagirdlərin fiziki tərbiyəsində 
məktəb, ailə  və ictimaiyyətin birgə  işindən, onun təşkili formalarından  bəhs edilir. Valideyn 
konfranslarına, sinif valideyn iclaslarına, valideynlərlə və ictimaiyyətlə aparılan işlərə, onun məzmunu və 
təşkilinə xüsusi yer ayrılır.  
Dərs vəsaitində  I-IV siniflər üçün mütəhərrik oyunlar, onların təşkili və keçirilməsi metodikası, 
yekunlaşdırılması qaydaları, eləcə də fiziki tərbiyə üzrə dərs nümunələri əlavə kimi təqdim olunur. 
Açıq etiraf etmək lazımdır ki, dərslik müəllifləri dərsliyi tərtib edərkən hər şeyi öz üzərinə götürmür, o, 
bilavasitə öz təcrübəsinə, tədqiqat işlərinə, müşahidələrinə istinad etməli olsa da belə, digər tədqiqatlar, 
dərs vəsaiti hazırlayan müəlliflərin yaradıcılığına da hörmətlə yanaşır və müraciət edir. Əgər belə olmasa
həmin dərslik öz lazımi qiymətini, yerini ala bilməz. Yazının müəllifi də öz təcrübəsinə  əsaslanmaqla 
bərabər, mövcud problemlərə aid yazılan elmi-tədqiqat  işlərindən, dərs vəsaiti, metodiki işləmə  və 
tövsiyələrdən, dissertasiyalardan, məqalələrdən, qabaqcıl müəllimlərin təcrübəsindən istifadə etmişdir. 
Bununla paralel auditoriyaya öyrədilməsi  zəruri olan başlıca mövzuların metodikası müəllif tərəfindən 
bir daha işlənilib ümumiləşdirilmiş, mövcud proqramın çərçivəsinə salınmışdır. 
              Uzun illərdən bəri müəllifin pedaqoji fəaliyyətinin məhsulu və nəticəsi olaraq, işıq üzü görən bu 
dərsliyin bütün çətinliklərinin öhdəsindən nə  dərəcədə  gəldiyimizi müəyyənləşdirməyi hörmətli 
həmkarlarımın və oxucularımızın ixtiyarına buraxırıq. 
Dərs vəsaiti üzərində gələcək işləri davam etdirərkən, Sizdən alacağı arzu və təkliflərə, irad və tövsiyələrə 
görə müəllif minnətdar olacaqdır. 
                          
                                                                        Hörmətlə, müəllif. 
 


 12
BİRİNCİ BÖLMƏ 
 
FİZİKİ TƏRBİYƏNİN NƏZƏRİ-METODİK  MƏSƏLƏLƏRİ. 
 
I FƏSİL. FİZİKİ TƏRBİYƏNİN MÖVZUSU VƏ İNKİŞAF TARİXİ 
 
P L A N 
 
1.1. Fiziki tərbiyənin mövzusu. 
1.2. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı. 
2.1. Azərbaycanda bədən tərbiyəsinin yaranması. 
2.2. Azərbaycanda feodalizm dövründə bədən tərbiyəsi və idmanın inkişafı. 
2.3. Azərbaycanda XIX əsrin sonu, XX əsrin əvvəllərində bədən tərbiyəsi və idmanın inkişafı. 
2.4. Azərbaycanda Sovet hakimiyyəti illərində bədən tərbiyəsi və idmanın inkişafı barədə (1920-1991-cı 
illər). 
2.5. Qədim və müasir Olimpiya oyunları.  
2.6. Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakı və nailiyyətləri. 
 
Ə D Ə B İ Y Y A T 
 
1.Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin 
yaradılmasının onillik yubileyi haqqında sərəncamı. Bakı şəhəri, 12 dekabr, 2001-ci il. 
2.Heydər  Əliyev və Azərbaycanda Olimpiya hərəkatı. Layihənin rəhbəri:  İlham  Əliyev, müəlliflər: 
Ç.Hüseynzadə, C.Rəhimov, Bakı, 2002-ci il. 
3.İlham Əliyev. Azərbaycanda Olimpiya hərəkatı. Bakı, 2002-ci il. 
4.E.F.Acalov Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişaf tarixi. Bakı. «Maarif» nəşriyyatı. 1985-ci 
il. 
5.A.Abiyev, D.Quliyev. Helsinkidən başlayan yol. «Adiloğlu» nəşriyyatı. Bakı. 2002-ci il. 
 
I. FƏSİL.FİZİKİ TƏRBİYƏNİN MÖVZUSU VƏ İNKİŞAF TARİXİ 
 
                       1.1. Fiziki tərbiyənin mövzusu 
              Fiziki  tərbiyə insanın fiziki cəhətdən təkmilləşməsinin idarə olunmasının ümumi 
qanunauyğunluqlarına  əsaslanan bir elm olmaqla, həm də ümumi pedaqoji qanunauyğunluqlara istinad 
edir. 
              Fiziki  tərbiyənin mövzusu Azərbaycan fiziki tərbiyə sisteminin məqsədini, vəzifələrini, 
prinsiplərini və  tərbiyənin digər tərkib hissələri ilə  əlaqəsini öyrədir. Bundan əlavə, fiziki tərbiyənin 
mövzusu fiziki tərbiyənin vasitələrini, formalarını bu prosesdə  tətbiq olunan metodları, prinsipləri, 
metodikanı izah edir. Məktəb yaşlı  uşaqların fiziki keyfiyyətlərinin inkişafı, hərəki bacarıq və 
vərdişlərinin formalaşması yollarını mənimsədir. 
              Fiziki tərbiyənin mövzusu keçmişdə mövcud təcrübəni, həmçinin müasir təcrübəni öyrənir, təhlil 
edir, ümumiləşdirir. Azərbaycan fiziki tərbiyəsinin mövzusu milli dəyərlərə  əsaslanır, milli oyunların, 
idman növlərinin inkişafına xidmət edir. 
              Fiziki  tərbiyə digər elmlərlə  də  əlaqədardır. Xüsusilə, anatomiya, biologiya, fiziologiya
gigiyena, kimya və i.a. 
              Fiziki  tərbiyə psixologiya, pedaqogika elmləri ilə  də  sıx bağlı olmaqla yanaşı, bu elmlərə 
əsaslanaraq təlim olunur. 
              Bütün bunlarla bərabər, fiziki tərbiyənin mövzusuna onun tarixi, anlayışları, tədqiqat metodları, 
metodikası  və s. daxildir. Bu fəsildə fiziki tərbiyənin mövzusuna aid olan bəzi vacib məsələləri qısa 
şəkildə  şərh etməyi zəruri bilirik. Xüsusən onun tarixi, anlayışları, sistemi və  təlimi  əsaslarının  şərhini 
nəzərdə tuturuq. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə