Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   145

 13
             1.2. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı 
 
            2.1. Azərbaycanda bədən tərbiyəsinin yaranması. 
              Ümumbəşər milli mədəniyyətinə qovuşmuş  və ona dəyərli tövhələr vermiş milli 
mədəniyyətimizin tarixi qədim, keçdiyi yol olduqca çətin və şərəfli olmuşdur. 
              Bədən tərbiyəsi və idman milli mədəniyyətimizin tərkib hissəsi kimi milli mövcudluğumuzun 
daimi dayağı olmuş və gələcəkdə də olacaqdır. Həmin baxımdan xalqımızın bədən tərbiyəsi və idmanının 
inkişaf yoluna nəzər salmaq xüsusi zəruriyyət kəsb edir. 
              Qədim Azərbaycanda ibtidai icma quruluşunun meydana gəlməsi, sinfi cəmiyyətin yaranması 
fiziki qüvvə  və bacarıqların təkmilləşməsinə, maddi, mənəvi nailiyytlərin artmasına, sağlamlığın 
möhkəmləndirilməsinə səbəb olmuşdur. Bütün bunlar Azərbaycanda fiziki tərbiyənin meydana gəlməsinə 
təkan vermiş, müdafiə və hücum xarakterli müxtəlif növ fiziki hərəkətlərdə öz əksini tapmışdır. Atçapma, 
nizə tullamaq, cürbəcür oyunlar öz inkişafı mərhələsinə qədəm qoymuşdur. 
              Tarixi mənbələrə və arxeoloji qazıntılara istinad edərək göstərmək lazımdır ki, Midiya dövlətinin 
yarandığı dövrdə  hərbi reforma keçirildi, qoşunların hərbi-fiziki hazırlığı daha da artırıldı, nizə 
tullayanlar, ox atanlar və s. süvari dəstələr yarandı. Midiya hərbi süvariləri qoşun növü kimi ilk dəfə 
meydana gələn ölkələrdən biri oldu. Midiya dövlətinin süqutundan sonra yerli əhali, qoşun hissələri 
yadellilərə qarşı amansız olmuş, torpaq uğurunda böyük qəhrəmanlıq nümayiş etdirmişlər. 
              Qədim Azərbaycanın  Şimal vadilərində yaşayan albanlar arasında ovçuluq, atçapma inkişaf 
etmişdir. Onlar vəhşi heyvanları qovub nizə ilə, yaxud oxla ovlayırdılar. Alban dövləti hərbi-fiziki 
hazırlığa xüsusi diqqət yetirir, onun döyüşçüləri düz qılınclarla düşmənlərə qarşı amansız olmuş, 
vuruşlardan şərəflə çıxmışlar. Düşmənlərə qarşı döyüşdə kişilərlə bərabər qadınlar da döyüşür və igidlik 
göstərirdilər. Albanlar beş yaşından başlayaraq iyirmi dörd yaşına kimi kamandan ox atmağı, nizə 
tullamağı və at çapmağı, hətta qaçış hərəkətlərini də öyrənirdilər. 72 km məsafəyə sürətlə qaçış yarışları 
təşkil olunur, bu məsafəni dəf edənlər «Şatır» (qaçışla məşğul olan adam) adlandırılırdı. Əlbəyaxa vuruş 
və  təkbətək döyüşdə Azərbaycan bahadırları, nəinki Qafqazda, hətta  Şərq ölkələrində öz məharətlərini 
dəfələrlə göstərmişlər. 
              Şifahi xalq ədəbiyyatının bütün janrlarında fiziki tərbiyənin öz əksini tapdığını müşahidə edirik. 
Qeyd etməliyik ki, dastanlardakı xalq qəhrəmanlarının igid, cəsur, dözümlü, mübariz və qorxmaz 
olmaları onların müxtəlif növ oyunlarla, fiziki hərəkətlərlə iradə  və  bədənlərini möhkəmləndirmələrinə 
səbəb olmuşdur. 
              Herodota,  Diodora,  Kitabi-Dədə-Qorquda, «Oğuznamə»yə, «Qobusnamə»yə, dastan və 
nağıllarımıza (Koroğlu, Qaçaq Nəbi və s.), habelə Y.V.Çəmənzəminli,  Ə.Ş.Haşımova və başqalarının 
tədqiqatlarına istinad etsək, Qobustan qayalarında həkk edilmiş  təsvirləri təhlili etsək, məlum olur ki, 
qədim Azərbaycanda hərbi-fiziki hazrlığa xüsusi diqqət yetirmişlər. Toy mərasimlərində, Novruz 
bayramında milli fiziki hərəkətlərdən, oyunlardan istifadə etmişlər. «Od üstündən tullanmaq», «Çovkan» 
və s. oyunları misal göstərmək olar. 
              Azərbaycanda şahmat oyununun geniş vüsət tapması da məlumdur. IX əsrdə C.Naxcıvani yalnız 
Azərbaycanda deyil, Qafqaz və Orta Asiyada ən güclü şahmatçı olmuşdur. 
              Yunanıstan, Roma və şərq ölkələri ilə Azərbaycanın iqtisadi-siyasi əlaqələrinin mövcudluğu bu 
ölkələrin  ən yaxşı fiziki tərbiyə forma və metodlarının tarixi vətənimizdə  mənimsənilməsinə  zəmin 
yaratmışdır. Bunun xalqımızın fiziki tərbiyəsinin inkişafına, ölkəmizdə ilk fiziki təriyə sisteminin 
yaranmasına müsbət təsiri olmuşdur və  əksinə, Azərbaycan milli oyunları, fiziki hərəkətləri başqa 
ölkələrin fiziki tərbiyə və idmanının formalaşmasına öz müsbət təsirini göstərmişdir. «Covkan» oyununun 
bizdən Hindistana, oradan isə İngiltərəyə keçməsi buna əyani sübutdur. 
 
2.2. Azərbaycanda feodalizm dövründə bədən 
tərbiyəsi və idmanın inkişafı 
 
              Həmin dövr tədqiq olunarkən tarixçi E.Acalov göstərir ki, həmin dövrdə fiziki tərbiyə 
vasitələrində elə bir ciddi dəyişiklik olmayıb. Fiziki tərbiyənin forma və metodları əvvəlki kimi qalmışdır. 
Lakin islam dininin geniş yayılması nəticəsində, o, Azərbaycanın bədən tərbiyəsi və idman hərəkatında öz 


 14
izini qoymuşdur.  Əgər qədim Azərbaycanda bədən tərbiyəsi ümumi tərbiyə sistemində aparıcı rol 
oynayırdısa, orta əsrlərdə isə o ikinci plana keçirildi. Əhalinin intellektual və zehni cəhətdən inkişafına 
səbəb olan oyun və  hərəkətlərə az fikir verilməyə başlandı. Bəzi oyunlara hətta qadağalar qoyuldu. 
Onların xalqın həyat tərzindən çıxarılmasına səy göstərildi. Fiziki tərbiyəyə deyil, dini-mənəvi tərbiyəyə 
daha üstünlük verildi, qayğı göstərildi. Bu uzun çəkmədi. Yerli feodal dövlətləri yarandı ki, bu da XI 
əsrdən başlayaraq  ərəb işğalçılarını  ərazimizdən qovmaq məqsədilə  hərbiçilərin hərbi-fiziki hazırlığına 
diqqətin artırılmasına səbəb oldu. Həmin dövrdə ictimai quruluşa uyğun fiziki tərbiyə sistemi yarandı. 
Feodal gəncləri ov etməklə, at çapmaqla fiziki-hərbi möhkəmliyini artırır, kəndlilər isə yalnız məişət 
oyunları ilə məşğul olurdular. Çünki onların başqa cür imkanları yox idi. Bütün bunlara baxmayaraq, ordu 
sıralarında, həm də xalq arasında güləş, daş qaldırmaq, at sürmək, üzgüçülük, nizə tullamaq, kamandan 
ox atmaq, qaçış və s. milli idman növləri ilə məşğul olmaq kütləvi hal almışdır. 
              XI-XII  əsrlərdə Azərbaycanın iri şəhərlərində  cıdır meydanları düzəldilir, at sürmək, güllə 
atmaq, şahmat yarışları keçirilirdi. «Covkan» oyunu təşkil olunurdu. Bu oyunlar ciddi qayda-qanunlarla 
idarə edilirdi. 
              Nizami,  Xaqani,  Tusi,  Əhvədi, M.Naxcıvani kimi orta əsr mütəfəkkirlərinin  əsərlərində, xalq 
oyunlarından bəhs edən epizodların izahına və təhlilinə də rast gəlirik. Böyük Nizaminin «İsgəndərnamə» 
poemasında  şairin ilhamla yaratdığı  pəhləvanlar surətləri,  şübhəsiz, xalq arasında yaşamış el 
bahadırlarının ümumiləşdirilmiş obrazlarıdır. 
              Çingizxan, Şah İsmayıl Xətai, Şah Abbas dövründə ölkənin fiziki tərbiyəsi xeyli inkişaf etmişdir. 
Bundan  əlavə, Azərbaycana  şan-şöhrət gətirmiş «Zorxanalar» geniş vüsət almışdır. Xüsusilə, Bakıda, 
Şamaxıda,  Şəkidə, Qarabağda, Naxcıvanda «Zorxana»ların təşkil edilməsi burada yüzlərlə cavanın öz 
fiziki hazırlığını, fiziki gücünü artırmasına səbəb olmuşdur. 
 
 
2.3. Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəllərində 
bədən tərbiyəsi və idmanın inkişafı 
 
              Görkəmli filosof, yazıçı  və  şairlərin  əsərlərinə xüsusilə A.Bakıxanovun, M.F.Axundovun, 
M.Kazımbəy, H.Zərdabi, N.Nərimanov və başqalarının tədqiqatlarına istinad edərək deyə bilərik ki, bu 
illərdə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında mühüm tərəqqi olmuşdur. XIX əsrdə Yaxın 
və Orta Şərqdə və Zaqafqaziyada seçilib sayılan Şuşalı Nabat, Sarablı Rüstəm, Seyidhəsən, Hüseynqulu 
Hacı Mürsəlqulu oğlu, M.A.Axundov və Ş.Abdullanın, habelə XX əsrin əvvəllərində beynəlxalq aləmdə 
tanınan peşəkar güləşçi, dünya çempionu Sali Süleyman, Rəşid və Cümşüd Yusifov, Eldar və Çingiz 
Göyçaylı qardaşları, Məmmədəli Qazaxlı  və b. yaşamışdır. Onların Azərbaycan idmanının təbliğində 
danılmaz rolu olmuşdur. 
              XX əsrin başlanğıcında neft çıxarılması və emalı ilə əlaqədar çoxlu xarici ölkə mütəxəsisləri, o 
cümlədən Rusiyanın müxtəlif guşələrindən fəhlələr Bakıya axışıb gəlirdilər. Bunun nəticəsində Bakıda 
gimnastika, üzgüçülük, ağır atletika və s. idman növləri daha da inkişaf etməyə başladı. Bu zaman Bakıda 
futbol da geniş vüsət aldı. Ərazi prinsiplərinə görə, həm də təhsil ocaqlarında futbol komandaları yarandı. 
Beynəlxalq görüşlər keçirilirdi. Azərbaycan Demokratik Respublikasında, sovet hakimiyyəti quruluşunun 
ilk vaxtlarında idmana diqqət artırıldı. 
 
2.4. Azərbaycanda sovet hakimiyyəti illərində bədən tərbiyəsi 
və idmanın inkişafı barədə (1920-1991-ci illər) 
 
              Sovet  hakimiyyətinin ilk illərindən başlayaraq SSRİ dövründə Azərbaycanda uşaq və 
yeniyetmələrin, gənclərin, həmçinin əhalinin bədən tərbiyəsinə, idmanına diqqət artırılmışdır. Bu sahədə 
proqramlar, dərs vəsaiti hazırlanıb nəşr edilmişdir. Artıq bədən tərbiyəsi və idman planlı surətdə həyata 
keçirilmişdir.  ƏMHO,  ƏMH bədən tərbiyəsi kompleksləri hazırlanıb bu sahədə normativlər qəbul 
olunmuşdur. Bədən tərbiyəsi və idmanın inkişafı SSRİ-nin faşist Almaniyası üzərində Böyük Vətən 
müharibəsi illərində qələbəsinin mühüm şərtlərindən biri olmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə