Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   145

 21
   – Ali və orta ixtisas, lisey, kollec və peşə məktəblərində fiziki tərbiyə; 
   – Azərbaycan Silahlı Qüvvələrində fiziki tərbiyə; 
   – Şəhər, kənd, fabrik və zavodlarda fiziki tərbiyə daxildir. 
 
3.3. Ailədə uşaqların fiziki tərbiyəsi 
              Uşaqların sağlamlığı  və onun orqanizminin möhkəmləndirilməsi ilk növbədə ailədən başlayır. 
Uşaqlar ilk addım atmağı, yeriməyi, qaçmağı və s. təbii hərəkətləri ailə şəraitində öyrənirlər. Bütün bunlar 
əsasən oyunlar zamanı, gəzintilər vaxtı  həyata keçirilir. Uşaqları oyunsuz təsəvvür etmək mümkün 
deyildir. Ona görə də hər bir ailə uşağının fiziki tərbiyəsinə, gigiyenasına diqqət yetirməlidir. Valideynlər 
uşaqların sağlamlığı qayğısına qalmağa, səhiyyə  tələblərini onlara öyrətməyə borcludur. Xüsusən 
uşaqların normal yatmalarına, dişlərini,  əllərini, ayaqlarını  təmiz saxlamalarına, sudan, təmiz havadan 
düzgün istifadə etmələrinə nəzarət etməli və səy göstərməlidir. 
 
3.4. Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi  
              Azərbaycan ailəsində  uşaqların bir qismi bağçalara gedir və orada fiziki cəhətdən tərbiyə 
olunurlar. Uşaq bağçasında fiziki tərbiyə planlı, məqsədyönlü və mütəşəkkil şəkildə həyata keçirilir. Uşaq 
bağçasında «Uşaq bağçasında tərbiyə  və  təlim» proqramına  əsasən uşaqlar sərbəst, təbii,  əl-ayaq 
hərəkətlərini bir-birinə uyğunlaşdırmaqla ayaqlarını sürümədən, başını aşağı salmadan yerimə və qaçışın 
müxtəlif növlərini mənimsəyirlər. Onlar yeriş, qaçış, hoppanma, qol-çiyin, ayaq, gövdə üçün hərəkətləri 
icra edirlər. Bütün bu təmrinlər onların bədənlərinin normal inkişaf etməsinə, sağlamlığının təmin 
edilməsinə şərait yaradır. 
              Uşaq bağçasının fiziki tərbiyə  işləri xüsusi proqramlara əsaslanır. Uşaqlar bədən tərbiysi 
proqramında göstərilən hərəkətləri və müxtəlif növ olduqca maraqlı oyunları yerinə yetirərək öz 
sağlamlıqlarını möhkəmləndirir,  şən və gümrah böyüyür, təbii hərəkət vərdişlərini formalaşdırır. Eyni 
zamanda sadə  hərbi-fiziki hazırlığını yüksəldir, gələcək zehni, fiziki əməyə  və  vətənin müdafiəsinə 
hazırlaşırlar. 
 
3.5. Ümumtəhsil məktəblərində fiziki tərbiyə 
              Fiziki  tərbiyə orta ümumtəhsil məktəblərindən başlayaraq tədris edilir. Bu bir həqiqətdir ki, 
Azərbaycan dövləti sağlam gənc nəsil tərbiyə etməyə lazımi  əhəmiyyət verir. Azərbaycanda ibtidai 
məktəb yaşından başlayaraq uşaqların fiziki tərbiyəsi diqqət mərkəzindədir. Kiçik məktəbyaşlarından 
başlayaraq şagirdlərin bədəncə möhkəmlənməsinə və hərtərəfli fiziki inkişafına fikir verilir. 
              Orta ümutəhsil məktəblərində fiziki tərbiyə dərsləri keçirilir. Burada I milyon şagird iştirak edir. 
Dərslər tədris ilində həftədə 2 dəfə 45 dəqiqə olmaqla təşkil olunur. Bundan əlavə, məktəblərdə sinifdən 
və  məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işləri də  təşkil olunur. Məktəblilər idman 
bölmələrinə, müxtəlif növ yarışlara, kütləvi idman tədbirlərinə  cəlb olunurlar. Məktəbdə aparılan fiziki 
tərbiyə  tədbirləri uşaqların bədəncə  və iradəcə möhkəm olmasına zəmin yaradır. Onlara «Vətənin 
müdafiəsinə hazıram» bədən tərbiyəsi kompleksinin normativlərini yerinə yetirməsinə kömək göstərir. 
              Orta ümutəhsil məktəbində fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur. 
Hər bir sinif üçün nəzəri və  təcrübi proqram bölmələri vardır. Proqram tədris materialları  tədricən 
çətinləşdirilir və ardıcıllıqla öyrədilir. Bu da uşaqların orta məktəbi bitirərkən tam sağlam olmasını, 
həyata hazırlığını təmin edir. 
 
3.6. Peşə, orta və ali ixtisas məktəblərində fiziki tərbiyə 
              Peşə, orta ixtisas və ali məktəblərdə də bədən tərbiyəsi və idman üzrə işlər təşkil olunur. Həmin 
müəssisələrdə həftədə bir dəfə olmaqla 80 dəqiqə iki il ərzində bədən tərbiyəsi dərsləri keçirilir. Kütləvi 
idman tədbirləri təşkil olunur, yarışlar keçirilir. Təhsil müəssisələrində şagird və tələbələr yüksək idman 
nailiyyətləri göstərirlər. 
              Həmin tədris müəssisələrində də dərslər bədən tərbiyəsi proqramı əsasında keçirilir. Bu zaman 
verilən ixtisasın xüsusiyyətləri nəzərə alınır. Başqa sözlə  əməyə hazırlıqla (peşəyönümlü) bağlı 
müəssisələrdə  əməyin yönəminə uyğun da fiziki hərəkətlər, oyunlar seçilir və  tətbiq olunur. Bu bir 
tərəfdən gələcək ixtisaslı mütəxəsisləri  həm həyata və  həm də ixtisaslı kadr kimi onları  vəzifələrini 


 22
yüksək səviyyədə həyata keçirməyə imkan verir. Çünki gələcək mütəxəsislər bədən tərbiyəsi və idmanla 
məşğul olarkən ürək-damar, tənəffüs və sinir sistemlərini, dayaq hərəkət aparatını daha da 
möhkəmləndirir və beləliklə öz əmək məhsuldarlığını artırır, onlara tapşırılmış  işləri az bir vaxt 
içərisində, layiqincə icra etməyə nail olurular. 
              Ali  təhsil sistemində Azərbaycan Dövlət Bədən tərbiyəsi və  İdman Akademiyası, Azərbaycan 
Dövlət Pedaqoji Universiteti bədən tərbiyəsi üzrə ixtisaslı mütəxəsislər hazırlayırlar. Akademiya 
müəllim-məşqçilər, ADPU isə  əvvəllər orta məktəblər üçün hərbi müəllim, hazırda isə orta məktəb və 
digər tədris müəssisələri üçün «Gənclərin çağırışaqədər hazırlığı  və fiziki tərbiyəsi» üzrə mütəxəislər – 
müəllimlər hazırlayır. 
              ADBİA 1930-cu ildə Bakıda açılmış və Zaqafqaziyanın ilk Bədən Tərbiyəsi institutu adı altında 
fəaliyyət göstərmişdi. 1936-ci ildən isə Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi institutu deyil Azərbaycan 
Dövlət Bədən  tərbiyəsi institutu kimi fəaliyyətini davam etdirmişdi. Son vaxtlar isə Akademiya statusunu 
almış  və  bu  ad  altında dövlət  əhəmiyyətli işlər görür. Bu ali təhsil ocağı bakalavr pilləsində bakalavr 
hazırlıqlı müəllim-məşqçilər və magistratura təhsilində isə yüksək ixtisaslı mütəxəsislər hazırlayır. 
Ölkəmizin təhsil müəssisələrinin bədən tərbiyəsi, idman kadr ehtiyaclarını təmin edir.  
 
3.7. Şəhər, kənd, fabrik və zavodlarda fiziki tərbiyə 
              Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə 2003-ci illərdən başlayaraq ölkə prezidenti 
İ.Əliyev bir sıra vacib sərəncamlar vermişdir. Həmin sərəncam, göstəriş, tövsiyə  və  qərarlar bütün 
təbəqələrdən olan insanların bədən tərbiyəsi və idmanını əhatə edir. Bütün bunlarda başlıca məqsəd isə 
əhalinin sağlamlığının möhkəmləndirilməsi, iş qüvvəsinin artırılması,  əmək məhsuldarlığının 
yüksəldilməsi, habelə Vətənin müdafiə qüdrətinin təmin olunmasından ibarətdir. Bu məqsədlə də şəhər və 
kəndlərimizdə böyük quruculuq işləri aparılır, yeni-yeni Olimpiya idman kompleksləri tikilib əhalinin 
istifadəsinə verilir. Belə komplekslərin sayı artıq 18-i keçmişdir. Yaxın gələcəkdə isə onların sayı 30-a 
çatacaqdır. Qeyd etməliyik ki, bütün komplekslərdə dünya standartlarına uyğun üzgüçülük hovuzları, 
stadionlar, idman meydançaları və zalları, idmançılar üçün mehmanxanalar tikilib ən müasir idman alət, 
avadanlıq, qurğu və ləvazimatları ilə təchiz olunmuşdur. 
 
3.8. Azərbaycan silahlı qüvvələrində fiziki tərbiyə 
         Azərbaycan torpaqlarının erməni təcavüzündən təmizlənməsi gənclərin hərbi fiziki təlimindən çox 
asılıdır. Buna görə də Azərbaycan Silahlı Qüvvələrində, Hərbi Donanmada və Hərbi Hava Qüvvələrində 
gənclərin fiziki tərbiyəsinə xüsusi diqqət yetirilir və onlarla hərbi-fiziki tətbiqi xarakterli təlim-tərbiyə 
işləri, eləcə  də idmanın hərbi-tətbiqi növləri (yüngül atletika, əlbəyaxa döyüş, gimnastika, güləş, cüdo, 
sambo, üzgüçülük, atıcılıq və s.) üzrə müntəzəm olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Silahlı 
Qüvvələrdə  hərbi-fiziki, tətbiqi təlimlər – Vətənin müdafiəsində, zəbt edilmiş torpaqların azad 
edilməsində əvəzedilməz əhəmiyyət kəsb edir. Çünki bu təlimlər zamanı hərbi xidmətdə olan gənclərimiz 
hərbi-tətbiqi idman növləri üzrə müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Bütün bunlar da Vətənin 
müdafiəsi və düşmən üzərinə hücum zamanı  qələbənin təmin olunmasına  şərait yaradır. Buna görə  də 
silahla rəftar etmək və müxtəlif hərəkətlər dairəsində aparılan müntəzəm təlimdən əlavə, əvvəl libassız, 
sonra da tam döyüş geyimində (hərbi) müxtəlif məsafələrə qaçış, tullanmaq, atmaq, sıçramaq, 
dırmanmaq, güləşmək,  əlbəyaxa vuruşmaq, üzmək və s. idman növləri üzrə  məşqlər milli ordumuzda 
geniş miqyasda tətbiq olunur. Bu təlim üsulu «Təlimdə tər çox, müharibədə qan az axmalıdır» tarixi hərbi 
düstura tam uyğun gəlir. Doğma Yuxarı Qarabağın və onun ətrafındakı yeddi rayonunun Ağdam, Füzuli, 
Laçın, Cəbrayıl, Zəngilan, Qubatlı və Kəlbəcərin qaytarılması sülh baş tutmasa hərbi texnika ilə yanaşı, 
Milli Ordunun fiziki hazırlığından, Vətənpərvərliyindən, dözümlülüyündən, cəsurluğu və çevikliyindən, 
möhkəm iradəsindən, yüksək psixoloji əhval-ruhiyəsindən mühüm dərəcədə asılı olacaqdır. 
         Milli ordunun hərbi-fiziki hazırlığı səhər gimnastikasından, əsgərlərin, matros və təyarəçilərin gün 
rejimindən (yemək, normal yuxu, fəal istirahət və s.), onların adət-ənənələrə, səhiyyə  və gigiyena 
tələblərinə, bədənlərini fiziki hərəkətlərlə mökəmləndirməklə bərabər təbii amillərdən də (hava, su,gunəş) 
başlıca vasitələrdən biri kimi istifadə etmələri də az əhəmiyyət kəsb etmir. 
 
                          


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə