Dərs vəsaiti kimi təsdiq edilmişdir


«Fəziki tərbiyə və onun tədrisi metodikası»fənni



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   145

 63
2.3. «Fəziki tərbiyə və onun tədrisi metodikası»fənni 
tədris və elmi fənn kimi 
              Fiziki  tərbiyə  tədris olunan fənn kimi respublikanın Təhsil Nazirliyinin orta ümumtəhsil 
məktəblərində, peşə-texniki məktəblərində, texnikumlarda, institut və universitetlərdə praktik olaraq 
təşkil olunur və keçirilir. Bu fənnin proqramına daxil olan ayrı-ayrı  hərəkətlər və idman növlərinin 
düzgün təlimi – şagirdləri «Vətənin müdafiəsinə hazıram» kompleksinin normativlərini yerinə yetirməyə 
kömək göstərir. 
              «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni tədris fənni kimi onun özünəməxsus vasitələri, 
metodları  və  təşkili formaları vardır. Bundan əlavə, bu fənn pedaqoji fakültələrdə  tədris fənni olmaqla, 
əsasən pedaqoji istiqamətə və sinif müəllimi hazırlığına yönəldilmişdir. 
              Göstərilən fənn  həm də  tərbiyənin tərkib hissəsi kimi məktəblilərin kütləvi-sağlamlıq 
tədbirlərində əsas vasitələrdən sayılır. 
              «Fiziki  tərbiyə  və onun tədrisi metodikası» fənni elmi fənn kimi fiziki inkişaf 
qanunauyğunluqlarını, insanın təkmilləşməsini öyrənir. Məlum olduğu kimi, bu sahədə elmi-tədqiqat 
işləri də aparılır ki, bu da fiziki tərbiyə məşğələlərinin səmərəli təşkilinə təsir göstərir. Həmin fənn üzrə 
tədqiqat aparılarkən müşahidə, müsahibə, sorğu, eksperiment və s. tədqiqat metodlarından istifadə olunur.  
              Yuxarıda söylənilənlər bir daha sübut edir ki, «Fiziki tərbiyə və onun tədrisi metodikası» fənni 
tədris, həm də elmi fənndir. 
 
 
 
II. 3. Kiçik məktəbyaşlı uşaqların 
yaş xüsusiyyətləri 
 
Kiçik məktəbyaşlı uşaqların anatomik- 
fizioloji xüsusiyyətləri 
              Bədən tərbiyəsi dərslərinin səmərəli keçməsi üçün şagirdlərin yaş xüsusiyyətlərini bilmək 
vacibdir. P.F.Lesqaft yazırdı: «Bizim hərəkət və  təsirlərimiz cavan bədənə yalnız o zaman şüurlu və 
düşüncəli ola bilər ki, biz bədəndə olan dəyişikliyi bilək, onu başa düşək. Yalnız bundan sonra uşaqların 
fiziki və əqli inkişafına şüurlu və ciddi təsir edə bilərik. Əks halda bizim təsirlərimiz etibarsız, bəzən də 
zərərli ola bilər» 
92

   Böyümə  və orqanizmin inkişafı  hər yaş  mərhələsində müxtəlif  şəkildə  təzahür edir. Məsələn, bir yaş 
dövründə orqanizmin kəmiyyət və keyfiyyətcə inkişafı daha sürətlə getdiyi halda, digər yaş dövründə bu 
proses nisbətən yavaş gedir. 
              Kiçik  məktəbyaşlı  uşaqların mərkəzi sinir sistemi zəif inkişaf etdiyindən orada, oyanma 
ləngiməyə nisbətən daha qüvvətli olur. Çünki bu yaşda uşaqlar olduqca oynaq və mütəhərrik olur, dinc 
dayana bilmirlər. Onların ağ ciyərlərində qazlar mübadiləsinin ləng getməsi, ürək- damar sisteminin 
həmişə  həyəcanlı olması, sümük-bağ aparatının həddindən artıq elastikliyi və  bədən qamətinin sakit 
olmadığı müşahidə olunur. 
              7-8 yaşlı uşaqlarda orqanizmin ayrı-ayrı üzvləri əsasən sürətlə inkişaf edir. Lakin bununla belə 
həmin yaşlı uşaqlarda orqanizmin bir sıra üzvləri hələ lazımi qədər formalaşmadığından  
xarici təsirə çox tez məruz qalır. Buna görə də sinif müəllimləri uşaqlarda olan aşağıdakı bəzi anatomik-
fizioloji çatışmamazlıqları təlim zamanı nəzərə almalı, onları aradan qaldırmağa çalışmalıdır. 
 Fizioloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kiçik məktəbyaşlı şagirdlər üçün səciyyəvi-fiziki 
xüsusiyyətlərdən biri onlarda baş beynin həm çəki, həm də quruluş etibarı ilə sürətlə inkişaf etməsidir. 
Bununla bərabər, həmin yaş dövründə beynin ffunksional fəaliyyəti lazımi qədər formalaşa bilmir. 
         Kiçikyaşlı  şagirdlər üçün fiziki hərəkətlərin təliminə  qısa məsafəyə qaçış, tullanma, cisim atmaq, 
dırmaşmaq, yeriş və s.dən başlanmalıdır. Çünki uşaqlar məktəbəqədərki yaş dövründə bu hərəkətləri icra 
etməyə müəyyən qədər alışmış olurlar. Məhz bu zəmin əsasında uşaqlarda fiziki hərəkət keyfiyyətləri və 
vərdişləri yaratmaq mümkündür.  
                                                 
92
 П.Ф. Лесгафт. Сечилмиш педагожи ясярляри. РСФСР ЕА няшриййаты, 1951, сящ.273-274 (рус дилиндя


 64
         Skletin  sümükləşməsi nəinki uşaqlıqda, yeniyetmə dövründə  də gedir. Həmin yaşlarda skletin 
sümükləşməsi qurtarmadığından, sklet sümükləri elastik şəkildə olur. Qığırdaq toxumasında isə böyük 
təbəqələşmə gedir.  Bu da həmin halda çevikliyin yaranmasına səbəb olur. Buna görə də uşaqlar həmin 
yaşda həm mütəhərrik olur, həm də tez yorulurlar. Təcrübə göstərir ki, hərəkətlərin eyni tipli mümarisələr 
şəklində olması yavaş, yaxud sürətlə icra edilməsi və bu zaman daha dəqiqliyin tələb olunması uşaqlara 
mənfi təsir göstərir. Deməliyik ki, orqanizm 9-10 yaşlarda tədricən möhkəmlənir və  bərkiyir. Lakin 
orqanizmdə bu proses xeyli ləng gedir. Müşahidə göstərir ki, bütün bunlar həmin yaşlı uşaqlarda çəkinin 
artım sürətinin nisbətən azalması ilə izah olunur. Kiçikyaşlı  şagirdlərin sümüyünün tərkibində üzvü 
maddələr bir qədər çox, mineral duzlar isə azlıq təşkil edir. Həmdə bu yaşda sümüyün bərkiməsi prosesi 
hələ başa çatmadığından uşağın sümüyü çox elastik olması ilə  fərqlənir. Bir tərəfdən sümüyün elastik 
olması, digər tərəfdən isə sümük-bağ aparatının mühitin müxtəlif pis təsirlərinə uyğunlaşmaqda həssas 
olması, sümüyün tez əyilməsi ilə nəticələnir. Bütün bunlar isə uşaqda qeyri-normal onurğa əyriliklərinin 
əmələ gəlməsinə səbəb ola bilər. Həmçinin bu yaşdakı uşaqların uzun müddət ayaqüstə durması və əyri 
vəziyyətdə dayanması onların onurğa sümüyünün əyilməsinə  şərait yaradır. Buna görə  də kiçikyaşlı 
şagirdlərə normal oturuş  və duruş qaydası, qamətin düzgün tutulması  və  s.  kimi  vərdişlər aşılanması 
onların sağlam inkişafı üçün zəruri sayılan amillərdən hesab olunur. 
        Əzələ sistemi. Kiçikyaşlı  məktəblilərin  əzələ sistemi zəif inkişaf etdiyindən  əzələ lifləri olduqca 
nazik və qısa olur. Çünki həmin yaşda uüşaq əzələləri gərginliyə davamsız olur və tez yorulur. Məlumdur 
ki,  əzələ qüvvəsi onun qalınlığı, tərkibində olan liflərin miqdarı  və uzunluğundan asılıdır.  Əzələnin 
qalınlığı və liflərin miqdarı nə qədər çox olarsa, bu əzələ bir o qədər çox iş görə bilər. Əzələ lifləri nə 
qədər uzun olsa, yığıldıqda bir o qədər qısa olur. Bu da onun, bilavasitə yaxşı iş görməsinə kömək edir. 
Həmin  əzələlər mərkəzi sinir sistemindən gələn impulsların təsiri ilə  yığılır.  Əzələ  gərginliyinə isə 
orqanizmdə və onu əhatə edən mühitdə baş verən dəyişikliklər müəyyən təsir göstərir. Bu yaşda müvafiq 
bədən tərbiyəsi hərəkətlərinin köməyi ilə  uşaqda  əzələ qüvvəsini artırmaq və möhkəmləndirmək 
mümkündür. Çünki bu prosesdə  əzələlər müntəzəm olaraq hərəkətdə olur. Lakin əzələlər işlərkən ona 
verilən fiziki yükü müəyyən hədd daxilində tədricən artırmaq lazım gəlir. Bu isə işin həcmini getdikcə 
artırmaqla nəticələnəcəkdir. Fiziki yükü əzələnin son həddinə çatıdrmaq məsləhət görülmür. Demək, 
bədən tərbiyəsi üzrə verilən hərəkətlər  şagirdlərin  əzələ gücünə uyğun olması, tədricən verilməklə 
müvafiq sürət və templə də icra olunması təmin edilməlidir. Əks halda, əzələlər tez yorulur, görülən işin 
keyfiyyəti azalır. 
              Yaxşı təşkil edilmiş bədən tərbiyəsi dərsi zamanı əzələlərin iş görməsi bütün orqanizmə və ayrı-
ayrı üzvlərə müsbət təsir göstərir. Əzələ nə qədər çox iş görərsə onun həcmi böyüyür və genişlənir. Həm 
də o, qüvvətli və daha möhkəm olur. Kiçik məktəbyaşlı  uşaqlarda  əzələnin müvafiq iş görməsi zəif 
inkişaf etmiş  tənəffüc, qan dövranı  və  həzm üzvlərindən də lazımi iş görməyi tələb edir. Onların 
fəaliyyətini artırır. Bu da orqanizmi tənəffüc və qida maddəsi ilə yaxşı təmin etmiş olur. 
              Ürək-damar sistemi. Kiçik məktəbyaşlı şagirdlərinin ürək-damar sistemi kifayət qədər möhkəm 
olmur, xüsusi inkişaf qüvvəsi, dözümlülüyü və çevikliyi aşağı səviyyədə olur. Fiziki inkişaf və sağlamlıq 
üçün vacib olan sürətlilik, cəldlik, zirəklik və davamlılığın inkişaf etdirilməsi və yaş  səviyyəsi üçün 
olduqca xarakterikdir. Bunları aşılamaq üçün müxtəlif hərəkət növləri və oyunlar ən yaxşı vasitə hesab 
olunur. Bu hərəkətlər elə  tərtib edilməlidir ki, uşaq orqanizminin təbii inkişafına yaxşı  təsir göstərsin, 
onun ahəngdar inkişafını  təmin etməklə, orqanizmi xarici mühitin zərərli təsirlərindən qorusun, habelə 
əmək qabiliyyətini artırmaqla orqanizmin funksional fəaliyyətinin inkişafını sürətləndirsin. 
              Bu  yaşda olan uşaqların ürəyi çox sürətlə inkişaf etdiyi üçün onların həddindən artıq fiziki 
hərəkətlərlə yüklənməsi və eyni hərəkətlərlə çox məşğul olması, ürəyin üzvü cəhətdən xəstələnməsinə 
səbəb ola bilər.  Uşaqlar qaçış, yeriş, tullanmalar, cisim atmaq, dırmaşmaq, akrobatika və s. kimi  bədən 
tərbiyəsi hərəkətləri ilə məşq etdikdə ürək öz işini artırır, yəni tez-tez yığılıb-açılmağa başlayır. Ürək hər 
dəfə  yığılıb-açıldıqda aortaya və  ağ ciyər arteriyasına vurulan qanın miqdarını daha da artırır. Kiçik 
məktəblilər bədən tərbiyəsi ilə  məşğul olduqda, onun ürək fəaliyyəti, mədəciklər yığıldıqda damarlara 
vurulan qanın miqdarının çoxalması hesabına artır. Nəticədə orqanizm qanla vaxtlı-vaxtında təmin 
olunur. Bədən tərbiyəsi ilə  məşğul olmayan şagirdlərdə ürəyin yığılıb-açılması nisbəti azalır, o, 
mədəciklərdəki qanın hamısını damarlara vaxtında vura bilmir. Ürək aramsız işləyir və istirahət edə 
bilmir. Bu zaman, ürək əzələləri tədricən zəifləməyə başlayır ki, bunun da nəticəsində o, üzərinə düşən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə