Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   145

 69
           İnsan bioloji, ictimai varlıq kimi xarici mühitlə daimi əlaqədə olub, onun fəaliyyətini psixi prosesin 
qanunauyğunluqlarından ayrılıqda təssəvvür etmək qeyri-mümkündür. Məsələyə bu baxımdan yanaşmış 
olsaq, deməli, bioloji, psixoloji, ictimai və s. qanunauyğunluqlara aid ümumi biliklər fiziki tərbiyənin 
düzgün təşkilinin mühüm amili kimi, eyni zamanda onun elmi – nəzəri əsaslarına daxildir. 
              Fiziki  tərbiyə prosesi bu prosesdə  iştirak edən  şagirdin baş beyin yarımkürələri qabığı ilə, ali 
sinir sisteminin qanunauyğunluqları ilə, həmçinin müvafiq psixi proseslərlə qarşılıqlı  sıx bağlı olur. 
Həmin sahədə qazanılmış konkret biliklər də ( fizioloji, psixoloji və ictimai hadisələr üzrə) fiziki 
tərbiyənin səmərəli təşkilinin tərkib hissəsidir. Bundan əlavə, xarici mühitin qanunauyğunluqları üzrə 
biliklər, fiziki tərbiyə prosesində qarşıya çıxan didaktik qanunauyğunluqlarla fiziki hərəkətlərin yerinə 
yetirilməsini təmin edən müvafiq fizioloji, psixoloji biliklər də fiziki tərbiyə təliminin lazımi səviyyədə 
təşkilinin əsaslarına aiddir. 
              Fiziki tərbiyənin düzgün təşkilində vacib şərt olan elmi-nəzəri əsaslar haqqında söylədiklərimizi 
konkretləşdirmək məqsədi ilə onun fizioloji əsaslarına istinad etməklə nümunələr göstərək. Həmin 
nümunələrdən biri fiziki hərəkətlərin fəal istirahətlə sıx əlaqədar olmasıdır. İ.M.Seçenov fəal istirahətin 
hərəkətlərlə bağlı olması ideyasını ilk dəfə olaraq elmi cəhətdən işləmiş və bunun nəzəri əsaslarını tədqiq 
etmişdir. O, müəyyənləşdirmişdir ki, orqanizmin işdən sonra sakit vəziyyətdə saxlanması iş qabiliyyətini 
tam mənası ilə  bərpa etmək mümkün deyildir. İşdən sonra orqanizmi yalnız sakit vəziyyətdə saxlamaq 
yox,  əksinə xüsusi hərəkətlərlə onun iş qabiliyyətini bərpa etmək vacibdir. İ.M.Seçenovun fikrincə 
yorulmuş üzvə müvəqqəti olaraq istirahət verdikdən sonra, yorulmamış üzvün işləməməsi, bu üzvdə 
qıcıqların  əmələ  gəlməsinə  və bu qıcıqların mərkəzi sinir sisteminə verilərək yorulmuş üzv mərkəzinin 
tam istirahət etməsinə və beləliklə, həmin üzvün iş qabiliyyətinin daha tez bərpa edilməsinə səbəb olur. 
O, təcrübə  də sübut etmişdir ki, fizioloji nöqteyi-nəzərdən istirahəti mütləq sakitlik kimi başa düşmək 
olmaz. Bir işin başqa işlə əvəz edilməsinə itirahət forması kimi baxmaq lazımdır. 
              Müşahidə olunduğu kimi, məktəblərdə, idarə  və müəssisələrdə  təşkil olunan  bədən tərbiyəsi 
fasilələri də  fəal istirahətin formalarından biri olmaqla, məhz fiziki hərəkətlərin elmi-nəzəri  əsası olan 
fizioloji əsaslarda həyata keçirilir. 
              A.A.Uxtomski sübut etmişdir ki, işdən qabaq hərəkətlər etdikdə, əmək qabiliyyəti artır, orqanizm 
normal iş ritminə daxil olur. İşin ritmini və sürətini birdən-birə müəyyən bir qaydaya salmaq mümkün 
deyildir. Bunun üçün əvvəlcədən fəal tədbirlər həyata keçirilməlidir.  İşdən  əvvəl gimnastikanın həyata 
keçirilməsi də həmin fizioloji fikrə əsaslanmışdır. 
              İ.P.Pavlov iş qabiliyyətini  yüksəltmək, yorğunluğun və  fəal istirahətin  əsas səbəblərini öz 
əsərlərində belə şərh etmişdir: «… əmək qabiliyyətini uzun müddət saxlamaq üçün iş ilə istirahət vaxtının 
düzgün növbələşdirilməsi böyük əhəmiyyətə malikdir». O, daha sonra göstərir ki,   beyin qabığının 
müəyyən nayihəsinin uzun müddət qıcıqlandırılması, bu nahiyyənin işgörmə qabiliyyətini azaldır, lakin 
bu zamani işin xarakteri dəyişdirilərsə, yəni beyin qabığının başqa hüceyrələri işləməyə məcbur edilsə, bu 
zaman əvvəlki nayihənin qabiliyyəti tez bərpa olunar.              Göstərilənlərdən aydın olur ki, hər hansı bir 
əmək fəaliyyətinin (fizioloji) başqa bir əmək fəaliyyəti ilə  əvəz olunması (zehni) uzun müddət işləyən 
beyin qabığı nahiyyəsinin istirahətini təmin edir. Bütün bunlar şagirdlər üçün nəzərdə tutulmuş gün 
ərzində görəcəyi hərəkət rejiminə də aid edilir.  Burada ailə şəraitində təşkil olunan səhər gimnastikası, 
dərsəqədər gimnastika, ayrı-ayrı  fənlərin tədrisi zamanı  təşkil olunan bədən tərbiyəsi dəqiqələri (2-3 
dəqiqə), fasilə vaxtı (böyük tənəffüsdə) keçirilən müxtəlif növ oyunlar, əyləncələr, yuxudan qabaq gəzinti 
və s. daxildir. 
        Fiziki  tərbiyə proqram materiallarının seçilməsi, onun siniflər üzrə bölünməsi, fiziki tərbiyə 
dərslərinin, sinifdənxaric və  məktəbdənkənar tədbirlərin və s. təşkili və keçirilməsi tam olmasa da, hər 
halda həmin fizioloji prinsiplər üzərində qurulmuşdur. Fiziki tərbiyə  dərslərinin 3 hissədən ibarət 
qurulması (hazırlıq,  əsas və tamamlayıcı) onun elmi-nəzəri cəhətdən düzgün və  səmərəli qurulmasına 
əyani sübutdur. Çünki fiziki tərbiyə dərsinin hazırlıq hissəsinin başlıca vəzifəsi şagirdlərin orqanizminin 
anotomik və funksional fəaliyyətinin işdən qabaq əsas işə (hissəyə) – yəni hərəkətləri və yaxud müxtəlif 
idman növləri üzrə  fəndlərin  texnikasına yiyələnməyə hazırlamaqdan, taktiki  variantların 
mənimsənilməsinə yönəltməkdən, bu sahədə  iş qabiliyyətini yüksəltməkdən ibarətdir.  Əsas hissədə isə 
hərəkətlərin texnika və taktikası  təlim olunur. Dərsin tamamlayıcı hissəsində mühüm vəzifə kimi 
orqanizmin funksional fəaliyyətinin gərginliyini azaltmaq, təxminən  əvvəlki vəziyyətə  gətirməkdir. Bu 


 70
isə orqanizmi nisbətən sakitləşdirmək, fiziki iş görmə qabiliyyətini sadə və rəngarəng oyunlarla, diqqəti 
cəlb edən təmrinlərlə  və  tənəffüs hərəkətləri vasitəsilə azaltmaq, başqa sözlə desək, beyin qabığının 
müvafiq nahiyyəsinin uzun müddət qıcıqlanmasının (yanmanın) qarşısını almaq, digər hüceyrələri 
işləməyə  məcbur etmək, beləliklə,  əvvəlki nahiyyənin iş qabiliyyətini bərpa etmək, onları növbəti iş 
növünə hazırlamaq – zehni əmək tələb edən fənlərin (riyaziyyat, fizika, tarix və s.) tədrisinə, xüsusən də 
bu fənlərin yüksək səviyyədə qavranılmasına əvvəlcədən hazırlamaqdan ibarətdir.   
 
 Fiziki tərbiyə təliminin elmi və təcrübi əsaslarının digər cəhətlərinin tədqiqatın müvafiq fəsillərində şərh 
ediləcəyini nəzərə alıb, bu barədə fikirlərimizi deyilənlərlə məhdudlaşdırmağı lazım bilirik. Fiziki tərbiyə 
proqramının, ədəbiyyatın və dərslərin müşahidəsinin təhlilindən, müəllimlərlə söhbətdən məlum olur ki, 
milli fiziki tərbiyə vasitələri və  təlim metodlarından səmərəli  istifadə, fiziki tərbiyə prosesində özünə 
layiqli yer tutmamış, eləcə  də müəllimlər bu sahədə çox az biliyə malikdirlər. Həmin məsələyə dair 
qarşıya bir sıra suallar çıxır: 
        -  Fiziki  tərbiyə üzrə proqramlar üçün materiallar seçərkən baş beyin yarımkürələri qabığının 
fəaliyyətini nəzərə almaq olarmı?                -  Fiziki  tərbiyə üzrə  təlim işlərinin effektivliyinin 
artırılmasında uşaq orqanizminin böyümə  və inkişafının qanunauyğunluqlarını öyrənməyin  əhəmiyyəti 
vardırmı? 
              -  Fiziki  tərbiyə sisteminin təkmilləşdirilməsi məqsədi ilə ali sinir fəaliyyətinin müvafiq 
qanunauyğunluqlarına istinad mümkündürmü? 
             - Nəhayət, həmin qanunauyğunluqlar hansılardır? 
              Qoyulmuş suallar fiziki tərbiyənin səmərəli təşkilinin fizioloji əsasları ilə bağlıdır və istər-
istəməz onları tədqiq etmək zərurəti meydana çıxır. 
            Fiziki tərbiyə prosesinin səmərəli təşkili yalnız fizioloji cəhətdən deyil, eyni zamanda şagirdlərin 
psixoloji məsələləri ilə əlaqədardır.  
Buna görə də tərbiyənin təlimində psixi proseslərə diqqət yetirmək olduqca əhəmiyyətlidir. Bunun təlim 
sistemində həm nəzəri və həm də böyük təcrübi faydası vardır. Bunları nəzərə alıb, biz fiziki hərəkətlərin 
təliminin psixoloji xüsusiyyətlərinə  də diqqət yetirməli, xüsusilə  həmin işin ayrı-ayrı psixoloji proseslə 
əlaqəsini öyrənməli, təlim dövründə  səmərəli istifadə etməlidir. Duyğu, eşitmə, görmə, təvəvvür, 
qavrama, diqqət, təfəkkür və i.a. psixoloji proseslərin fiziki tərbiyə prosesinin optimal təşkilinə müsbət 
təsirini nəzərə alıb, bunların funksional fəaliyyətini həmin işə cəlb etməlidir. Bundan əlavə, fiziki tərbiyə 
vasitələrinin, o, cümlədən milli fiziki hərəkətlərin  şagirdlərin psixologiyasına təsirini öyrənməli, təlimə 
müsbət təsir göstərən  psixoloji şərtləri aşkara çıxarmalıdır.  
        Söylənilənlər fiziki tərbiyə prosesinin səmərəliliyinin artırılmasında xüsusi əhəmiyyət kəsb etməklə 
bərabər, onun psixoloji əsaslarının mühüm tərkib hissəsidir. 
        Bunlardan  belə bir qənaətə  gəlmək olur ki,  fiziki tərbiyə  işlərinin səmərəli surətdə  həyata 
keçirilməsinin elmi-nəzəri əsaslarını tədqiqatlar aparmaq yolu ilə aşkara çıxarmaq və təcrübi məşğələlərin 
təşkilində ondan müvəffəqiyyətlə istifadə etmək lazımdır.  
      Bunu nəzərə alsaq, tədqiqatın bu fəslində fiziki tərbiyənin məzmununun yeniləşdirilməsində və təlim 
metodlarından istifadədə mühüm amil olan uşaq orqanizminin böyümə  və inkişafının 
qanunauyğunluqlarını, fizioloji və psixoloji əsaslarını araşdırmağa səy göstərəcəyik.  
     A.A.Uxtomski  bir  sıra sinir mərkəzlərinin bu cür uyğunlaşma fəaliyyətinin müəyyən işlərin icrasını 
təmin etməsini öyrənmiş və onu dominat adlandırmışdır. Bütün bunlar göstərir ki, insanın istər mürəkkəb 
və istərsə  də    sadə olsun, hər cür əmək fəaliyyəti mərkəzi sinir sisteminin ali hisslərində müvafiq 
istiqamət alması, sinir mərkəzlərinin işində sistemliliyin işçi quruluşunun (işçi dominat) olması 
nəticəsində təşkil edilir. 
     Sual olunur: Bəs əmək fəaliyyətinin yüngülləşməsinə səbəb nədir? Həyat təcrübəsindən məlum olur ki, 
əmək növündən heç də asılı olmayaraq, ona müsbət təsir göstərən işin təkrar-təkrar, yəni dəfələrlə yerinə 
yetirilməsi konkret desək, hərəkətlər təkrar edildikcə, həmin sistem daha da möhkəmlənir, bir növ adət 
halına keçir. Başqa sözlə desək, eyni qıcıqların eyni şəraitdə, eyni mühitdə dönə-dönə  təkrarlanması 
nəticəsində yüngülləşməsinə  səbəb olur. Doğrudan da, hər bir şəxs öz üzərində  və ya başqalarının 
üzərində müşahidələr aparmış olsa, o, çox asanca hiss edə bilər ki, hər bir əmək fəaliyyəti təkrar 
edildikcə, onda əmək vəziyyəti asan yaranmaqla, həm də daha da yüngülləşir. Heç şübhəsiz ki, bütün 
bunlar əmək fəaliyyətini yüksəldir və iş qabiliyyətini artırır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə