75
Kiçik məktəbyaşlı uşaqların orqanizmində müsbət dəyişikliklərlə yanaşı,
müəyyən
çatışmamazlıqlar da mövcuddur. Həmin yaş dövründə əzələ qüvvəsinin zəif inkişafı, hərəkətlərin qeyri-
dəqiqliyi və zəif koordinasiyası müşahidə olunur. Bu yaşda eyni hərəkətlərin uzun müddət icrası
çətinləşir.
7-10 yaşlı uşaqlarda hərəkət koordinasiyası sürətlə inkişaf etsə də, dəqiqlik kifayət qədər olmur.
Uşaqlar hərəkət və oyunların əksiriyyətini düzgün və tam icra edə bilmir, bir çox hallarda isə hərəkət və
oyunları çətinliklə yerinə yetirir, bəzən də artıq hərəkətlər edirlər. Bu, onların hərəkətləri ilk baxışda tam
şəkildə və bütövlükdə necə var elə qavramaları ilə sıx əlaqədardır.
Kiçik məktəbyaşlı uşaqlar hərəkətləri və müxtəlif növ oyunları mütəşəkkil surətdə tamlıqla
qavraya bilmədikləri üçün əyani vasitələrdən və imitasiya hərəkətlərindən istifadə etmək vacibdir.
Bundan əlavə, iradi diqqətin inkişafına çalışmalı, oyanma və ləngiməni tənzim edən prosesə müsbət təsir
göstərməlidir. Uşaqlar bu yaş dövründə diqqətlərini toplaya bilmir, qeyri-iradi hərəkətlər iradi hərəkətlər
üzərində üstünlük təşkil edir. Bu yaşda iradə kifayət qədər inkişaf etməmiş olur, ikinci siqnal sisteminin
birinci siqnal sistemini tənzimləyici fəaliyyəti zəifdir. Hərəkətlərin əsas növlərini diqqətlə və dərindən
öyrənmək diqqətin cəmlənməsinə kömək edir. Onun müvafiq istiqamətlərə yönəlməsinə, şagirdlərin dərsə
şüurlu münasibətini təmin edir. Oyunların və fiziki hərəkətlərin şüurlu idarə olunması yaddaşın və
təfəkkürün inkişafını tələb edir. 7 yaşdan 11 – 12 yaşadək uşaqlar hərəkətləri daha yaxşı yadda saxlayır.
Onlarda bu yaşda yaddaş tez
və sürətlə inkişaf etsə də, növbəti yaş dövrlərində isə o bir qədər zəif
inkişaf edir. Buna görə də həmin uşaqların bir neçə hərəkəti eyni vaxtda yerinə yetirməyi bacarmaq
imkanlarını nəzərə almaq zəruridir.
Kiçik məktəbyaşlı uşaqlarda hərəki vərdişlərin formalaşdırılmasında müşahidə olunur ki, onlar
hərəkətləri qavramadıqları və öz hərəkətlərinə kifayət qədər nəzarət etməyi bacarmadıqları səbəbdən
müəllim hərəkətləri və oyunları izah etdikdən və göstərdikdən sonra, onlara belə gəlir ki, artıq hərəkətləri
düzgün yerinə yetirmiş, oyunların qayda-qanunlarına tam əməl etmişdir. Əslində isə uşaqlar həmin oyun
və hərəkətləri olduğu kimi,
yəni konkret deyil, ümumi nöqteyi-nəzərdən qavramışlar. Hərəkət və
oyunların ayrı-ayrı hissələrini necə olursa-olsun icra etmiş, bir növ öz hərəkətlərini müəllimin
hərəkətlərinə oxşatmağa çalışmışdır. Belə ki, uşaqlar hərəkətləri necə var, elə olduğu kimi deyil, bir
təhər, tələm-tələsik icra etmişlər. Əslində isə onlardan hərəkət və oyunları tələm-tələsik formal deyil,
dəqiq və düzgün yerinə yetirilməsi mühüm vəzifə kimi tələb olunur. Bunlar nəzərə alınaraq, əsas hərəkət
elementlərinin, oyunların mahiyyəti və qaydaları təkrar-təkrar uşaqların nəzərlərinə çatdırmalı, diqqətləri
başlıca vəzifələrə istiqamətləndirilməlidir. Hər bir hərəkət və oyun qaydaları hissə-hissə, mükəmməl
öyrədildikdən sonra onlar müəyyən ardıcıllıqla yerinə yetirilməlidir.
Uşaqların hərəki fəaliyyətinin optimallaşdırılmasında zaman və məkan anlayışlarının
inkişaf
etdirilməsi mühüm əhəmiyyətə malikdir. II-III siniflərdə artıq hərəkətlərin istiqamətini başqa əşyaların
köməyi ilə və öz bədənləri üzərində qavraya bilirlər.
Kiçik məktəbyaşlı uşaqların baş beyin yarımkürələri qabığında müvafiq şöbələrin olmadığından,
yəni beyin nahiyyələrində müəyyən mərkəzlərin olmadığından, bu və ya digər mərkəzlərin
təkmilləşməməsi nəticəsində onlar xarici mühit qıcıqlandırıcılarına lazımi cavabları verə bilmirlər. Bu
səbəbdən də həmin yaşda olan uşaqlar bəzi hərəki bacarıq və vərdişlərə asanlıqla yiyələnə bilmirlər.
Həmin sahədə ciddi çətinliklərlə qarşılaşırlar. Xüsusən hərəkətləri eyni vaxtda düzgün və surətlə icra edə
bilmirlər. Əgər onlar hər hansı bir müvazinət hərəkətlərini sürətlə yerinə yetirirsə, təəssüf ki, onu dəqiq
icra edə bilmirlər. Və yaxud əksinə, həmin hərəkəti düzgün icra edirlərsə, onda hərəkətin yerinə
yetirilməsi tempi yavaş olur. Buna görə də kiçik məktəbyaşlılarda oyunların və müxtəlif növ idman
hərəkətlərinin təlimi zamanı, oyun qaydalarını və hərəkətləri düzgün
yerinə yetirməyi öyrətməli, sonra isə
işin sürətlə görülməsinə diqqəti artırmalıdır. Əks halda təlimdə kəmiyyət göstəriciləri üzrə nailiyyətlər
olsa da, keyfiyyət göstəricilərinin səviyyəsi minimum dərəcədə olacaqdır.
Müşahidələrdən aydın olur ki, ibtidai məktəbin aşağı siniflərində uşaqlar hər hansı bir hərəkətin
hərəkət istiqamətini asanca hiss edirlər. Lakin onlar həmin istiqamətə bədənlərini yönəltməkdə çətinlik
çəkirlər. Yəni əşyanın hərəkət istiqamətini kifayət qədər qavraya bilmirlər. İbtidai məktəbin yuxarı
siniflərində isə vəziyyət xeyli dəyişir, nisbətən yaxşılaşmağa başlayır.
İbtidai məktəbin I-II siniflərində mütəhərrik oyunlar və sadə gimnastika hərəkətlərindən olan
düzlənmələr, sağa, sola dönmələr, akrobatika elementləri, hoppanmalar öyrədilir. Bu hərəkətlərin icrası o
76
qədər də çətinlik törətmir. Lakin III-IV siniflərdə isə hərəkətlər və oyunlar müəyyən qədər mürəkkəb
xarakter alır, onların təlimi nisbətən çətinləşir. Məsələn,
müvazinəti saxlamaq, kəndirə dırmanmaq,
skamya və gimnastika divarında edilən hərəkətlər, xüsusilə uzununa və hündürlüyə tullanmaq (IV
sinifdən başlayaraq idmanın yüngül atletika növü təlim olunur), qaçış və s. göstərmək olar. Belə
mürəkkəb koordinasiyalı hərəkətlərin öyrədilməsi uşaqlarda diqqət kimi psixoloji proseslərin inkişafından
mühüm dərəcədə asılıdır. Buna görə də həmin yaşlarda hərəki bacarıq və vərdişlərin aşılanması məqsədilə
diqqətin inkişaf etdirilməsi, nəticə etibarı ilə, hərəkət və oyunların qavranılmasını təmin edir. Nəticə
olaraq, hərəkət və oyunlar düzgün yerinə yetirilir. Hərəkət koordinasiyasının təkmilləşməsinə səbəb olur,
bu da kiçik məktəbyaşlı uşaqların fiziki tərbiyəsinin optimallaşdırılmasına zəmin yaradır.
4.4. Fiziki hərəkətlərin təliminin mahiyyəti
Fiziki tərbiyə təlimi prosesi məktəbyaşlı uşaqların fiziki bacarıq və vərdişlərə yiyələnməsinə,
bədən tərbiyəsi, idman, gigiyena və s. sahəsində vacib bilikləri mənimsəməsinə istiqamətləndirilməlidir.
Bundan əlavə, uşaqlarda düzgün qamətin formalaşdırılması, şəxsi və ictimai gigiyena üzrə vərdişlər
aşılamaqda
fiziki təlimin başlıca vəzifələrindəndir.
Fiziki təlimin mühüm vəzifələrindən biri də qısa bir müddətdə, tədricən və ardıcıl
olaraq düzgün
hərəki bacarıq və vərdişlər aşılamaqdır. Fiziki təlim məktəbyaşlı uşaqlarda bir sıra həyati keyfiyyətlərdə
aşılayır
ki, bütün bunlar da şagirdlərin məktəbdə yaxşı oxumalarına zəmin yaradır. Həmin keyfiyyətlər
bunlardır: öz kollektivində məşğul olmağı və baş çıxarmağı bacarmaq, həmişə böyüyə hörmət etmək,
müəllimi axıra kimi diqqətlə dinləmək, tənqidi nəzərə alıb ondan düzgün nəticəyə gəlmək, tapşırığı
vaxtında və dəqiq surətdə yerinə yetirmək, məktəb və ictimai yerlərdə davranış qaydalarına ciddi riayət
etmək və i.a.
Məktəbyaşlı uşaqların fiziki təlimi, eləcə də uşaq- gənclər idman məktəblərində aparılır. Bu
təlimlər tədricən çətinləşdirilərək aparılmalı, bu zaman yerli iqlim şəraiti, idman ləvazimatları,
alət və
avadanlıqlar, idman zalı və meydançaları, məktəblilərin fiziki hazırlığı və inkişafı mütləq nəzərə
alınmalıdır.
Fiziki tərbiyənin təlimi prosesində təlim və tərbiyəvi işlər eyni vaxtda aparılır. Belə ki, fiziki
təlimdə fiziki bilik, bacarıq və vərdişlərlə yanaşı, uşaqlarda əxlaqi, mənəvi keyfiyyətlər aşılanır, estetik
zövq inkişaf etdirilir, həm də onlar əməyə və Vətənin müdafiəsinə hazırlaşırlar. Təlim-tərbiyə işlərinin
uzlaşdırılması isə uşaqların tədris materiallarını düşüncəli olaraq yerinə yetirilməsinə səbəb olur. Bütün
bunlar fiziki tərbiyə təliminin səmərəliliyini xeyli artırır.
4.5. Fiziki hərəkətlərin təliminin mərhələləri
Fiziki hərəkətlərin təlimi prosesi 3 mərhələdə həyata keçirilir: 1) ilk təlim prosesi; 2) təlimin
dərinləşdirilərək
öyrətmə mərhələsi; 3) fiziki hərəkətlərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi
mərhələsi.
Fiziki hərəkətlərin ilk təlim mərhələsi. Bu mərhələdə fiziki hərəkətlərin icrası ümumi xarakter
daşıyır. Hərəkətlərin yerinə yetirilməsi barədə düzgün və ümumi təsəvvür yaranır.
İlk təlim mərhələsində diqqəti:
a) hərəkət və oyunların, fəndlərin əlamət və qanunauyğunluqları və icra metodikası üzrə izahat
aparmaqla onların düzgün təsəvvürünü verməyə;
b) hərəkət texnikası üzrə şəkilləri nümayiş etdirmək, onun təlimi metodikasını əyaniləşdirməyə
yönəltmək.
İlk təlim mərhələsinin əsas məqsədi fiziki hərəkətlərin icrası üzrə ümumi və düzgün təsəvvür
yaratmaq olsa da, öyrətmə mərhələsi bəzi nöqsanlarla müşahidə olunur. Yəni məkan və zaman etibarı ilə
hərəkətlərin icra texnikasının dəqiq olmaması, əzələ qüvvəsinin zəifliyi, orqanizmin mövcud fiziki yükə
davam gətirməməsi, artıq hərəkətlərin icrası (lazım olmayan) və s. Buna görə də uşaqlarda ilk öyrətmə
mərhələsində hərəkətin icrası üzrə ümumi təsəvvür yaradılmalı, hərəkətin tamlıqla icra olunması
vəzifəsinin isə növbəti təlim mərhələsində həyata keçirilməsi qarşıya qoyulmalıdır.
Təlimin dərinləşdirilərək öyrətmə mərhələsi. Bu mərhələdə fiziki
hərəkətin əsas hissəsinin
texnikasına, onun detallarına, həmçinin fəndlərin və hərəkətlərin bütövlükdə texnikasına dəqiq bir şəkildə
yiyələnmək nəzərdə tutulur. Təlimin dərinləşdirilməsi mərhələsində əsas diqqəti: