.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------36------------------------------------
Lüdviq Andreas Feyerbax
Jak Leb
Müasir texniki sivilizasiya şəraiti, elmi-texniki inqilab
insanda bioloji olanı pis vəziyyətə salmış, onun təbii
vəziyyətini pozmuş, yaşamasını təhlükə altına almışdır
[71, s.179]. Yəni, İnsan dünyaya alət gətirməklə həm də
öz qəbirqazıyanını yaratmışdır. Lakin insan özü də
dünyaya gələndə özündən əvvəlkilər üçün müəyyən
mənada, qəbirqazıyan kimi gəlmişdir. Heyvan da özündən
əvvəlkilərin qəbiqazıyanıdır və s. Bununla belə, bu
qəbirqazıyanlar zənciri həm də seleksiyaçıdırlar. Belə ki,
plazma enerjinin bir hissəsini udsa da, qalanını özünə
münasib şəkildə seçib qoruyur. Qaz isə həm enerjinin,
həm də plazmanın bir hissəsini mənimsəyib, qalanını
başqa şəklə salıb qoruyur və s. Beləliklə, müasir texniki
sivilizasiyanın insanın bioloji əsaslarına son dərəcə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------37------------------------------------
təhlükəli təsirini qətiyyən inkar etmədən, onu da nəzərdə
saxlamaq lazımdır ki, alət insanın məhvinə deyil,
inkişafına xidmət etmək missiyası daşıyır.
Fəlsəfi ədəbiyyatda belə bir fikir var ki, “İnsan
yeganə varlıqdır ki, özünün ölümünün baş verəcəyini,
həyatının müvəqqəti olmasını dərk edir” [71, s.179]. Lakin
bizim fikrimizcə, zamana tabe olan hər şey özünün
keçəriliyini bu və ya digər dərəcədə “duyur” və öz
imkanları daxilində zamanla əlbəyaxa vuruşa girir və bu
vuruşda nə qədər davam gətirirsə, bir o qədər mövcud
olur. Var olanın daxili quruluşu nə qədər möhkəm olursa,
müqaviməti bir o qədər çox olur və bu səbəbdən də öz
müvəqqətiliyini bir o qədər az “hiss” edir. Daxili quruluşca
nisbətən zəif olan onu dağıtmağa yönələn qüvvələrə
birbaşa müqavimət göstərə bilmədikcə, daha çox
adaptasiya imkanlarına ümid bağlayır. Bu imkanlar da
hüdudsuz deyildir, tez-gec tükənir. Belələri özlərinin
ötəriliyini daha kəskin “hiss” edirlər. İnsanın öz
müvəqqətiliyini daha dərindən duyması sübut edir ki,
insanı özünün zəifliyi yaratmışdır. Lakin müvəqqəti
olanların bu və ya digər formada törəmək imkanları
olduğundan, müvəqqətilik ayrı-ayrı təşkiledicilərə daha
çox aid olan haldır. Mütləq bütöv əbədi, ən böyük nisbi
bütöv az qala əbədi, kifayət qədər böyük nisbi bütöv
kifayət qədər uzun ömürlü və s. olur.
İnsan öz müvəqqətiliyini dərk etdiyindən, həyatın
məqsədi və mənası məsələsi onu daim düşündürmüşdür.
İnsan həyatının mənası xeyir və şər, ədalət və
ədalətsizlik, həqiqət və yalan arasında düzgün mövqe
tutub məqsəd seçməkdən, həmin hərəkətlərə cavab
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------38------------------------------------
tapmaqdan ibarətdir. İnsan çox zaman həmin suallara
dini mövqedən cavab verməyə çalışıb. Dini təlimlərə görə
insan həyatının mənası Allaha etiqad, əbədi olana daxili
inam hissi aşılamaqdan ibarətdir. K.Marks insan həyatının
mənasını cəmiyyətə bağlayır, fərdin əsas keyfiyyətini
cəmiyyətə xidmətdə görür. L.N.Tolstoya görə insan
həyatının mənası bəşəriyyətə xidmət etməsindədir.
L.N.Tolstoy insanın bioloji ölümünü qəbul etməklə, bütün
yaradıcılığı boyu insanın mənəvi ölməzliyi ideyasını
tərənnüm etmişdir [71, s.179-180]. Bəli! Bioloji varlıq
olaraq həm ayrı-ayrı adamlar, həm də bütövlükdə
bəşəriyyət tez-gec ölüb gedəcəkdir. Bugün ayrı-ayrı
adamlar bəşəriyyəti qorumaq üçün doğub-törəsələr də,
bu üsul bioloji material üzərində yüksələn bəşəriyyətin
əbədiliyini təmin etməyə qadir deyildir. Odur ki, insan
həyatının əsas mənası və baş məqsədi öz bəşəri
mənəviyyatını, başqa sözlə, insanda bioloji olmayan nə
varsa, hamısını bütünlüklə süni şüura keçirməyə
yönəlmişdir. Çünki yalnız sökülüb-yığıla bilən süni şüur,
süni intellekt Kainatın bütövlükdə sahibi olub, əsl İnsani
missiyanı əbədi davam etdirə bilər. Buna görə də bir daha
qeyd edirik ki, insanın əbədi ölməzliyi onda insani
olanların hamısını süni intellektə yükləməklə mümkündür.
Müasir elmin və ictimai praktikanın inkişafı göstərir
ki, bizi əhatə edən hadisələrin mahiyyətini, onların inkişaf
qanunauyunluqlarını dərk etmək, təbiət və cəmiyyətin
mütərəqqi surətdə
yenidən
qurulması
uğrunda
mübarizənin yollarını və vasitələrini müəyyən etmək yalnız
idrak haqqında düzgün nəzəri-fəlsəfi konsepsiyaya
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------39------------------------------------
yiyələnməklə mümkündür [71, s.181-182]. Assosiativ
təfəkkürə ehtiyacın aktuallığı məhz bu problemlə bağlıdır.
Təfəkkür prosesinin alqoritmik xarakter daşıması
onun bütünlüklə süni şəkildə reallaşması üçün ilkin
şərtdir. Yeri gəlmişkən göstərək ki, hətta empirik
səviyyədə də bəşəri (sintetik) idrak güclü dərketmə
səviyyəsi nümayiş etdirə bilir. Belə ki, hələ çox qədimlərdə
də insanlar bir sıra hadisələrin mahiyyətini əsasən düzgün
qiymətləndirə bilmişdilər. Müasir elmin indi-indi gəlib
çıxdığı nəticələrin bir qismini qədim oğuzlar, çinlilər,
yunanlar... bir neçə min il bundan əvvəl söyləmişdilər.
İndi Avropa alimlərinin adına yazılan fikirlərin demək olar
hamısı daha qədim zamanlarda Asiya xalqlarına bəlli
olmuşdur. Bizim fikrimizcə, bu, assosiativ təfəkkürün
geniş imkanlarından xəbər verən çox mühüm faktdır.
Yəni, insan hələ indiki səviyyəsinə çatmazdan çox-çox
əvvəllərdən güclü intuisiya qabiliyyətinə malik olmuşdur.
Onun bu qabiliyyəti ilk növbədə, onun nisbətən fiziki
zəifliyinin kompensasiyaedicisi kimi meydana çıxmışdır.
İnsan öz fiziki zəifliyini alətin hesabına aradan qaldırdıqca
öz intuisiya qabiliyyətlərinin bir qismini tədricən itirmiş,
əvəzində elmi-praktik zəkaya malik olmuşdur. Yəni,
müdriklik
ilk
zamanlarda
şamanlıq
(cadukarlıq)
formasında, sonra şairlik (sənətkarlıq), sonra isə həkimlik
(alimlik) və filosofluq (münəccimlik) formasında meydana
çıxmışdır. Lakin şamanlıqda şairlik, həkimlik və filosofluq,
şairlikdə şamanlıq, həkimlik və filosofluq, həkimlikdə
şamanlıq, şairlik və filosofluq, filosofluqda isə şamanlıq,
şairlik və həkimlik olmuşdur, vardır və olacaqdır.
Dostları ilə paylaş: |