.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------68------------------------------------
Əslində isə nə baş verir?
Nümunə üçün şahmatı seçək.
Şahmatçı situasiyanı qiymətləndirib gediş seçərkən
presedentə (presedent; misal (keçmişdə olmuş və sonra
olan eyni tipli hadisələr üçün), keçmiş təcrübəyə,
bacarığa, intuisiyaya (duyuma), gümana, rəqibin
gələcəkdə edə biləcəyi gedişlərin variantlarını nəzərə
almağa, yoxsa tamamilə başqa şeyə, nəyə əsaslanır? Bir
sözlə, biz şahmatçının fikirləşmə prosesi barədə olduqca
az bilirik.
Lakin biz dəqiq bilirik ki, EHM-də nə baş verir. Maşın
şahmat ”oynayarkən” baş verənlərin təfəkkürə heç bir
dəxli yoxdur. Çünki EHM üçün hansı gedişi necə seçmək
barədə təlimat-proqramı insan tərtib etmişdir. Odur ki,
əslində, şahmatı nə maşın, nə də proqram oynayır.
Şahmatı oynayan həmin proqramı yazmış olan insandır.
Məhz o, EHM-in imkanlarından istifadə edərək şahmat
sahəsində topladığı bilikləri maşın proqramlarına
çevirmişdir. Maşın oyunun gedişində yaranmış vəziyyətə
uyğun olaraq lazımi məqamda lazımi proqramı işə buraxır.
Bu baxımdan, proqramların şahmat turniri, əslində,
şahmat proqramları yazmış riyaziyyatçı-proqramçılar
arasındakı yarışdan başqa bir şey deyildir.
Beləliklə, EHM-in qurulması və istifadəsi sahəsində
hansı problemi nəzərdən keçirsək, görürük ki, hər şeyin
arxasında insan dayanır.
Süni intellektin gələcək inkişafından danışarkən
xüsusi olaraq qeyd edilməlidir ki, bu gün artıq bəşəriyyəti
daha çox invariant idarəetmə sistemlərinin nəzəriyyəsi və
tətbiqi, süni intellekt üsullarının, ekspert sistemlərin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------69------------------------------------
yaradılması,
idarəetmə
proseslərinin
intellektuallaşdırılması, qeyri-səlis məntiq, qeyri-səlis
neyron sistemlər və s. daha çox düşündürür. Real
həyatda qərar qəbuletmə və idarəetmə məsələlərini həll
edərkən mövcud qeyri-müəyyənlik nəzərə alınmalıdır.
1960-cı illərə qədər idarəetmə və qərar qəbuletmə
nəzəriyyələri tam müəyyənlik şəraiti üçün yaranmışdı.
Lakin real həyat məsələlərində həmişə bu və ya digər
dərəcədə informasıya çatışmazlığı mövcud olur. Bu və ya
digər dinamik sistemə həyəcanlandırıcı təsir edən amillər
barədə informasiya azdırsa, elə idarəetmə qanunu
tapmaq lazımdır ki, idarə olunan sistem həmin təsirlərdən
asılı olmasın, başqa sözlə, sistem invariant olsun.
Mütəxəssislərin fikrincə artıq klassik idrak, klassik
elmi üsullar öz əvvəlki qüdrətini itirib. Onların fikrincə, bir
dildən başqa dilə tərcümə problemi, persepsiya əsasında
ətraf mühitin qavranılması problemi, canlıların sərbəstlik
dərəcəsinə və çevikliyinə malik olan robotların
yaradılması, lazımi adekvatlığa malik olan iqtisadi
modellərin yaradılması və s. klassik elm, o cümlədən,
klassik riyaziyyat tərəfindən həllini tapa bilməzdi. Çünki
klassik riyaziyyat deterministik riyaziyyatdır. Qeyri-
müəyyənliyi nəzərə ala bilmir. Yeni elmi və fəlsəfi
yanaşma tələb olunur. Bu isə, mahiyyətcə, hesablama
intellekti yanaşmasıdır. Hesablama intellekti süni intellekt
və onun daha inkişaf etmiş formasıdır. Süni intellekt (ing.
Artificial intellegence) - informatikanın hesablama
sistemələri və digər süni qurğuların köməyi ilə fikir və
hadisələrin təminat imkanlarını öyrənən şöbəsidir. Süni
intellekt dedikdə insanın proqramlaşdırılmış şəkildə, süni
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------70------------------------------------
yollarla yaratdığı və digər köməkçi vasitələrlə üzə çıxan
qeyri-ənənəvi intellekt, tamamilə yeni bir idrak
kateqoriyası başa düşülür. Məsələn, insan robot yaradır
və onun bəşər övladına adekvatlığından bəhs edir. Robot
insana çay gətirirsə və yaxud bir neçə sualın cavabını
verirsə bu hələ süni intellekt deyil, bu sadəcə həmin
robotun proqramlaşdırılmadan irəli gələn funksiyalarıdır.
Süni intellektə malik robotsa insanın əsəbi olduğunu
görüb artıq hərəkətlərə, yersiz davranışa yol verməyən
robotdur ki, bu da hələ mövcud deyildir.
Son illər dünya ölkələrində olduğu kimi,
Azərbaycanda da, soft kompütinq, hesablama intellekti
məsələlərinə diqqət artırılıb, bu sahədə sanballı elmi
tədqiqtlar meydana gəlib. Professor Lütfi Zadə və Rafiq
Əliyev bu sahənin öncülləri kimi qəbul edilir. R.Əliyevin
invariantlıq nəzəriyyəsi sahəsindəki işləri neft emalı,
neftkimya sənayesində, intellektual robotlar
istiqamətindəki işləri metallurgiya və əlvan metallar
sənayesində,
banisi
olduğu
böyük
sistemlərdə
koordinasiya nəzəriyyəsi müxtəlif iqtisadi və istehsal
sistemlərinin qurulmasında, süni intellekt, hesablama
intellekti, soft kompütinq sahəsində aldığı elmi nəticələr
neftçıxarma, neftemalı, təbabət, təhsil, konfliktologiya,
biznes, iqtisadiyyat sahələrində, ALİ-1, ALİ-2, ALİ-3
məntiqləri isə kosmik obyektlərdə tətbiq olunub.
Coğrafiya baxımından bu tətbiqlər Azərbaycan, Rusiya,
Özbəkistan, Ukrayna, Almaniya, İran, Türkiyə, Bolqarıstan
və s. ölkələri əhatə edib. ALİ-1, ALİ-2, ALİ-3 məntiqlərinin
yeniliyi ondadır ki, onlar qeyri-müəyyənlik şəraitində insan
təfəkkürünü, nəticə çıxartmaq mexanizmini başqa
Dostları ilə paylaş: |