.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------65------------------------------------
Ekspert sistemlərin yaranması və inkişafı (1970-ci
illərin əvvəli – 1980-ci illərin ortaları) süni intellektin
inkişafının
dördüncü mərhələsi Feygenbaum, Buhanan
və başqaları (Stenford universiteti): ”DENDRAL ekspert
sistemi”, Feygenbaum, Şortlif: ”MYCIN ekspert sistemi”,
Stenford araşdırmalar mərkəzi: ”PROSPECTOR ekspert
sistemi”, Kolmeroe, Kovalski və başqaları (Fransa):
”Məntiqi proqramlaşdırma dili PROLOG” kimi tədqiqat
işləri ilə formalaşdı.
Beşinci mərhələ - Təkamül hesablamalar (1970-ci
illər və sonra) - Rehenberq: ”Təkamül strategiyalar –
bioloji informasiya prinsipi ilə texniki sistemlərin optimal-
laşdırılması”(1973), Holland: ”Təbii və süni sistemlərə
adaptasiya” (1975), Koza: ”Genetik proqramlaşdırma:
Təbii seçim vasitələri ilə kompüter proqramlaşdırması”
(1992) və Fogel: “Təkamül hesablama – maşın
intellektində yeni fəlsəfə istiqaməti” (1995) kimi
tədqiqatlarla xarakterizə olunur.
Altıncı mərhələ - Sözün köməyi ilə hesablama
(1980-ci illərin sonu və sonra) - Neyqoç: ”Ekspert və
qeyri-səlis sistemlər” (1985), Kosko: ”Neyron şəbəkələr və
qeyri-səlis sistemlər” (1992), Kosko: ”Qeyri-səlis təfəkkür”
(1993), Yaqer və L.Zadə: ”qeyri-səlis çoxluqlar, neyron
şəbəkələr və “yumşaq hesablamalar” (Soft computing)”
(1994), Kosko: ”Qeyri-səlis mühəndislik” (1996) və Lütfi
Zadə: “Sözlərin köməyi ilə hesablamalar” (1996) kimi
ciddi elmi tədqiqatlarla gerçəkləşmişdir.
Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların
həyata keçirilməsində süni intellektin rolu böyükdür.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------66------------------------------------
Süni intellekt çox yüksək səviyyədə ixtisaslaşmış
sahədir, onun çoxlu sayda sahələri vardır.
Çox zaman süni intellektin bir sahəsi digər sahəsi ilə
qarşılıqlı əlaqədə olmur. Onun bəzi sahələri isə o
dərəcədə inkişafa nail olmuşdur ki, onlar artıq ayrıca bir
ixtisas kimi fəaliyyət göstərirlər.
İnsan intellektindən daha güclü bir intellektin
yaradılması süni intellektin əsas məqsədlərindəndir.
Süni intellektin nəyə aid edilməsi sualına birmənalı
cavab yoxdur. Odur ki, süni intellekt haqqında kitab yazan
hər bir müəllif, o elmin nailiyyətlərini nəzərə alaraq, süni
intellektə tərif verir.
Fəlsəfə insanın intellektinin obrazı və statusu
haqqında məsələni həll etmir.
Nyuell-Saymon fərziyyəsi,
yaxud
Tyurinq testi kimi bir sıra fərziyyələr irəli sürülmüş
olsa da, kompüterin "ağıllı maşın" səviyyəsinə gədər
inkişaf edə biləcəyi barədə hələlik konkret sübut yoxdur.
Bununla belə,
ən məşhur
süni
intellekt
sistemlərindən biri - insanın danışığını dərk edən və çox
saylı alqoritmlər sayəsində ehtimallı axtarış aparmaq kimi
bacarığa malik
IBM şirkətinin qabaqcıl inkişaf sistemi
olan
Watson, ABŞ-ın ”Jeopardy!” oyununda iştirak etmiş
və iki oyunun ikisində də qələbə çalmışdır. Bundan əlavə,
illik
RoboCup turnirində
futbolun sadələşdirilmiş
formasında robotların mübarizə apara bilməsi imkanları
nümayiş etdirilmişdir.
Süni intellektə aid elmi tədqiqat işləri hesablayıcı
texnikanın sənaye istifadəsi ilə başlanmış və ilk gündən iki
istiqamətdə aparılmışdır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------67------------------------------------
Birinci istiqamət beyin fəaliyyətinin, onun
psixofizioloji xassələrinin modelləşdirilməsi ilə EHM və
digər xüsusi texniki qurğuların köməyi ilə süni intellekt və
ya süni ağıl hasil etmək ümidi ilə edilən cəhdlər idi ki, bu
da
bionika istiqaməti adlandırıla bilər.
Süni intellekt üzrə tədqiqatların ikinci istiqaməti
praqmatik istiqamətdir. Bu istiqamət insan beyninin
psuxofizioloji fəaliyyətini tədqiq etməyi bir kənara qoyur.
Burada EHM-ə alət kimi baxılır. Belə ki, məsələn, musiqi
aləti pis və ya yaxşı köklənmiş ola bilər, yaxud verilmiş
mövzuda yazılmış əsər pis və ya yaxşı ola bilər, ya da
həmin alətdə ifaçılıq pis və ya yaxşı ola bilər.
Bu istiqamətdə son 10 illiklərdə həm nəzəri, həm də
tətbiqi xarakterli vacib nəticələr əldə edilmişdir. Praqmatik
istiqamətdə aparılan tədqiqatlarda ”süni intellekt” termini
tamamilə metaforik mənada anlaşılır və tədqiqatçılar elə
proqramlar üzərində işləyirlər ki, EHM vasitələri insanın
idraki fəaliyyətinin nəticələri olan prosesləri gerçəkləşdirə
bilsin.
Təəssüf ki, olduqca tez-tez hesablayıcı texnikaya
yönəlik antropomorfizm ifadələri işlədilir. Belə ki, tez-tez
”maşın qərar qəbul etdi”, ”maşın plan tərtib etdi”, ”maşın
situasiyanı və ya obrazı tanıyır”, ”maşınlar insan üçün
stress yaradan şəraitdə və ya ciddi vaxt çatışmazlığı
şəraitində mürəkkəb təşkilati-texniki prosesləri idarə edir”,
”maşın şahmat oynayır, musiqi əsəri bəstələyir” və s. kimi
ifadələrlə rastlaşırıq. Bundan əlavə, ”ağıllı maşın”,
”düşünən maşın” kimi ifadələr də işlədilir ki, bu
ifadələrdəki ”ağıllı” və ”düşünən” sözləri hərfi anlamda
tamamilə boş, mənasızdır.
Dostları ilə paylaş: |