.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------40------------------------------------
Hissi idrak – dünyanın dərk edilməsinin əsas,
başlanğıc və ilkin mərhələsidir [71, s.185]. Lakin bu, onun
heç də tamamilə zəifliyi demək deyildir. Təkcə “Koroğlu”
dastanının assosiativ təhlili sübut etmişdir ki, intuitiv
duyumlarla Kainatın müxtəlif hadisələrini kifayət qədər
dəqiq və səlis izah etmək imkanı vardır [89].
Hissi idrak üç əsas formada – duyğu, qavrayış və
təsəvvür formalarında baş verir. Duyğu – xassənin
inikasıdır [71, s.185]. Lakin dialektik materializmdən fərqli
olaraq, bizim fikrimizcə, duyğu yalnız maddi olanın bu və
ya digər xassəsinin inikası deyildir, o, həm də qeyri-
maddinin müəyyən cəhətinin fərdi inikasıdır. Duyğu
obyektiv gerçəkliyin subyektiv obrazıdır [71, s.186]. Lakin
obyektiv gerçəkliyi yalnız maddi olana müncər etmək
naqisdir, çünki subyektdən kənardakıların hamısı (maddi
və qeyri-maddi) obyektiv olandır. Varlıq bir duyğu
yaradırsa, yoxluq da başqa duyğu yaradır.
Obraz predmet və hadisənin duyğu nəticəsində əldə
olunan ilkin, ən sadə inikas formasıdır. Duyğunun köməyi
ilə bizim şüurumuzda predmet və hadisənin ayrı-ayrı
xassələri və həm də təcrid olunmuş şəkildə əks olunur.
Həmin predmetlər haqqında bütöv obraz isə hissi idrakın
nisbətən daha yüksək və mürəkkəb forması olan qavrayış
vasitəsilə mümkündür. Qavrayış – müşahidə nəticəsində
əldə olunan maddi predmetin hissi bütöv obrazıdır. Lakin
əslində, qavrayış həm də xəyali olanın obrazıdır. Hissi
idrak prosesində həyəcan, ehtiras, qəzəb, qorxu, sevgi,
nifrət, simpatiya, antipatiya, razılıq, sevinmək və s.
şəklində təzahür edən emosiyaların da böyük rolu vardır.
Emosiyalar – insan hissiyyatının kompleks və mürəkkəb
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------41------------------------------------
formalarıdır [71, s.186-187]. Bizim fikrimizcə, emosiyalar
insandan əzəlidir və insan kamilləşdikcə emosiyalarının bir
qismi öz intensivliyini az və ya çox dərəcədə itirmiş, itirir
və itirəcəkdir. Çünki inkişafın istiqaməti “ictimai
heyvan”dan “texniki insan”a, oradan da “insani texnika”ya
yönəlmişdir.
Bizim anlamımızda alət nə qədər ki, insanın yaxın
ətrafındadır, onu “texniki insan” saymaq doğru deyildir.
Alət insan orqanizminə nüfuz etdikcə, onun zəruri
ünsürünə çevrildikcə, insan texnikiləşir. Bu mənada,
“texniki insan” – təbii-bioloji və texniki elementlərin
inteqrasiyasıdır [80]. Texniki element dedikdə, insan
orqanizminə süni surətdə daxil edilən ixtiyari təbiətli
funksional ünsür nəzərdə tutulur. Beləliklə, “texniki insan”
“ictimai heyvan”ın “element bazası”nın süni elementlər
hesabına gücləndirilməsi yolu ilə meydana çıxan daha
genişimkanlı şüurlu məxluqdur.
İnsanın psixik-mənəvi və sosial mahiyyətinin
texnikaya köçürülməsi isə dünyaya ”insani texnika”
gətirir. Yəni, ”texniki insan”dan fərqli olaraq ”insani
texnika” yükü bəşəriyyətin nail ola bildiyi qlobal mənəvi
yükdən ibarət olan xalis texniki sistemdir. Özü də bu
proses artıq xeyli vaxtdır ki, başlanmışdır. Belə ki, insanın
bir sıra daxili orqanlarının və ətraf əzalarının
protezləşdirilməsi, gen mühəndisliyinin nailiyyətlərindən
get-gedə daha geniş və səmərəli istifadə edilməsi ”texniki
insan”a keçidin, günü-gündən daha çox və daha
mürəkkəb zehni işlərin, beynin daha mürəkkəb
funksiyalarının alqoritm və proqramlarının tərtibi yolu ilə
kompüterlərə həvalə edilməsi isə ”insani texnika”ya
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------42------------------------------------
keçidin başlandığını və uğurla davam etdirildiyini sübut
edir. Lakin hələlik həm ”texniki insan”, həm də ”insani
texnika” ibtidai inkişaf səviyyəsindədir.
Göründüyü kimi, indi artıq klassik mənada başa
düşülən İnsan (“homo sapiens”) öz yetirmələri olan
”texniki insan” və ”insani texnika” ilə çiyin-çiyinə
addımlamaqdadır. Yəni, İnsan özünün ən yaxın
əvəzedicisi kimi dünyaya gətirdiyi övladla yanaşı, həm də
orta və uzaq əvəzediciləri olan ”texniki insan” və ”insani
texnika”nın ”beşiyi başında dayanmışdır”.
NANOTEXNOLOGİYA: ”İNSANI TEXNİKA”
ÜZRƏ AXTARIŞLAR VƏ PERSPEKTİVLƏR
”Kseroks” firmasının əməkdaşı E.Berlin uzunluğu 1
sm, diametri 1 mm və zəncirotu toxumuna bənzər açılmış
çətri olan iynə-miniatür cihaz layihələşdirir. Cihazın içində
müxtəlif informasiya vericiləri, enerji mənbəyi,
mikroprosessor və radiostansiya yerləşdirmək nəzərdə
tutulur. Çətir həm antenna, həm də paraşüt funksiyasını
yerinə yetirəcək. Təyyarədən havaya buraxılan bu ”iynə”
buludcuğazı saniyədə 3 sm-ə yaxın sürətlə yerə enəcək-
dir. Bu münvalla 600 metr yüksəklikdən yerə çatana
qədər 5 saatdan çox vaxt sərf olunacaq. Həmin müddətdə
informasiya vericiləri atmosferin tərkibini təhlil edəcək və
bu süni buludcuğazın komponentləri olan iynələr öz
aralarında informasiya mübadiləsi edərək verilmiş
məqamda atmosferin vəziyyəti barədə ümumi rəy
yaradacaq, sonra isə alınan nəticəni idarəetmə mərkəzinə
ötürəcəkdir.
Dostları ilə paylaş: |