Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç obaııov,  Q.  P a şa y e v a



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə26/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   22   23   24   25   26   27   28   29   ...   83

N.  C əfərov,  M .  Ç obaııov,  Q.  P a şa y e v a
onlarla  kitablar  nəşr  edilmiş,  onlarla,  bəlkə  də,  daha  çox  Elmi 
simpoziumlar,  müxtəlif  türkoloji  məzmunlu  müzakirələr  və 
disputlar keçirilmiş, Türk dünyası  ölkələri və Türkoloji  Mərkəzlərlə 
yaxından Elmi əlaqələr yaradılmışdır...
«Atatürkçülük  yalnız  tarix  deyil,  həm  də  müasirlikdir, 
gələcəkdir.  Türkiyə  üçün  də,  Türk  dünyası  üçün  də...  Əsaslanna, 
istinad edə biləcəyimiz ən möhkəm ideya təməllərindəndir...»
Əlbəttə,  Atatürk  Mərkəzi  ilk  böyük  liderin,  yəni  adını 
daşıdığı  Atatürkün  və  onun  qurucusu  Heydər  Əliyevin  irsinin 
öyrənilməsini,  tədqiqini,  Türk  dünyasında təbliğini  daim ön planda 
saxlayır.  Odur  ki,  Mərkəzdə  Atatürkün  fəaliyyəti  və  Türkiyə 
Cümhuriyyətinin tarixi iki istiqamətdə öyrənilir:
- Atatürkün və Türkiyə Cümhuriyyətinin tarixini  elm adamlan 
tarixçilər öyrənir, ictimai xadimlər öyrənir... təbliğ edirlər...
-  Heydər  Əliyev  kimi  görkəmli  strategiyaçı,  təcrübəli  dövlət 
xadimi,  əsil  mənada -  azərbaycançılıq-türkçülük  ideyasının müasir 
müəlliflərindən  biri  öyrənir...  təbliğ  edir.  Bu  sahədə,  Atatürkün 
böyüklüyünü,  dövlət  xadimi  kimi  fəaliyyətini,  qəhrəmanlığını 
Heydər Əliyevin təhlilində daha aydın görmək olur.
«Mərkəz»ə  qayğı  məsələsində,  ümumən  türk  xalqlarının 
daha  da  yaxınlaşması  siyasətində  bu  gün  Heydər  Əliyevsizlik 
duyğusu  olsa  da,  onun  ideyalarının  öz  axarında  həyata 
keçirilməsi  Prezident  İlham  Əliyevin  həmişə  diqqətində olacaq 
bir strateji xəttdir.  Bu  mənada, dövlətimizin başçısının türkdilli 
ölkələrə  -  Qazaxıstana,  Özbəkistana,  Türkiyəy.t  xüsusi  maraq 
doğuran  səfərləri,  əhatəli 
görüşləri  Azərbaycanın  türk 
dünyasında  yerinin,  nüfuzunun  gələcəkdə  də  möhkəmlənməsi 
ilə  bağlı çox  böyük vədlər verir.  Hadisələr və çağdaş ideologiya 
diktə  edir  ki,  müasir  türk  dünyasında  gedən  proseslər  də
104
A zərb a yca n şü n a slığ ın   əsasları
qarşılıqlı  surətdə  öyrənilməlidir.  Yəni,  millət  öz  öndərlərinin 
mübarizə təcrübəsindən bəhrələnməlidir».
Onu  da  qeyd  edək  ki,  Prezident  İlham  Əliyevin  dövlətçilik 
düşüncəsində  türk  dünyasının  -   türk  xalqlarının  hərtərəfli 
əlaqələrində  Atatürkün  və  Heydər  Əliyevin  təcrübələri  əsasında 
zənginliyini təmin  etmək  missiyası da vardır...  Onu  da qeyd etmək 
yerinə  düşər  ki,  Azərbaycan  Prezidentinin  fəaliyyəti  ilə  türk 
dünyasının  birliyi,  sıx  əməkdaşlığı  uğrunda  müqəddəs  ideallara 
xidmət  edir.  Çünki  dünyanın  problemləri  getdikcə  qloballaşır, 
bir-birinə  inteqrasiya  olunur,  eyni  zamanda  müxtəlif  yöniimlü 
rəqabətlər  də  güclənir...  Bu  rəqabətlər,  əslində,  böyük  dövlətlərin 
ideyası  ilə  formalaşır  ki,  onun  da  arxasında  “müstəmləkəçiliyin” 
yeni  üsulu,  yəni  «Mədəni  müstəmləkəçilik»  prinsipləri  dayanır. 
Daha  dəqiq  desək,  inteqrasiyanın  və  ya  Qloballaşmanın  əsas 
mahiyyəti  böyük  və  güclü  dövlətlərin  özlərindən  zəif və kiçik  olan 
dövlətləri-xalqları  iqtisadi  inteqrasiya  və  qloballaşma  yolu  ilə 
özlərinə  tabe  etmək  və  son  nəticədə  həmin  ölkələrin  iqtisadi  və 
siyasi  müstəqilliyinə  son  qoymaqdan  ibarətdir...  Odur  ki,  Türk 
dünyası  əvvəlcə  öz  aralarında  iqtisadi  inteqrasiya  etməli  -  
qloballaşmalıdır.  Məhz belə qloballaşma başa çatdıqdan sonra Türk 
dünyası  böyük  və  vahid  gücə  və  qüvvəyə  malik  olduqdan  sonra 
Dünya  inteqrasiyasına  və qloballaşma axınına qoşula bilər.  Əlbəttə, 
bu  prosesdə Türk  dünyası  Azərbaycanın  təcrübəsinə  uyğun  iştirak 
etməlidir.  Çünki  belə  olduqda  ümumdünya  inteqrasiya  və 
qloballaşma  axınında  Türk  dünyas:  vahid  və  güclü  söz  sahibi  ola 
bilər...  Əlbəttə,  bu  prosesdə  milli  mənəviyyat  məsələləri  barədə 
çox  ciddi  düşünməli  və  böyük  ideoloji  xətt  yaratmaq  vacibdir.  Bu 
sahədə,  ilk  növbədə,  Türk  dünyası  üçün  latın  qrafikası  əsaslı  vahid
105


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
əlifba sisteminin və vahid mətbuat orqanının yaradılması və tezliklə 
həyatda tətbiqinə başlanması ön plana çəkilməlidir...
Müasir  Azərbaycan  dövlətçiliyinin  yaradıcısı  Heydər  Əliyev 
qeyd  edirdi  ki,  dünyanın  harasında  yaşamasından  asılı  olmayaraq, 
hər  bir  azərbaycanlı  Azərbaycana  Ata  Evi  kimi  baxmalıdır 
(Həmçinin,  hər bir türk harada yaşamasından  asılı  olmayaraq, Türk 
dünyasının  hər  bir  məkanına  Ata  Evi  kimi  baxmalıdır.  Türk 
xalqlarının  inteqrasiyasının  və  qloballaşmasının  əsas  mahiyyəti, 
məhz,  bundan  ibarət  olmalıdır...).  Bu  gün  isə,  Ata  Evinin  əsas 
funksiyası  milli  ədəbiyyatın  (ümumtürk  ədəbiyyatının),  Ana  dili 
(Türk  ədəbi  dilləri  birliyinin  yaradılması)  düşüncəsinin  (ümumtürk 
düşüncəsinin)  məhsulu  olan  əsas  əsərlərin  latın  qrafikasında  çap 
edilməsindən ibarət olmalıdır.
«Prezident  Heydər  Əliyevin 
milli 
dövlət  quruculuğu 
ideologiyası  yeni  Prezidentin  ideoloji  söykənəcəyi,  daim  siyasi 
enerji  götürəcəyi  böyük  mənbədir.  İlham  Əliyevin  siyasətinin  əsas 
özəlliyi  də  Azərbaycanı  sivil  məkana  çevirmək,  xalqı  mənəvi 
cəhətdən  ruhlandınnağı  təşkil  etmək,  dünyada  bir  millət  kimi 
qürurla yaşamağımıza ideoloji-mədəni təminat yaratmaqdır...»
Prezident  İlham  Əliyev  andiçmə  mərasimindəki  çıxışında 
demişdir:  «Mən bu  gün yüksək  kürsüdən əziz  Prezidentimiz cənab 
Heydər Əliyevə  üzümü  tutub  deyirəm:  Əziz  Prezident,  əsərin  olan 
Müasir Azərbaycanı  gücləndirəcəyik,  zənginləşdirəcəyik,  hərtərəfli 
inkişaf  etdirəcəyik.  Sizin  yolunuzla  yeni  qələbələrə  doğru 
gedəcəyik»...
«Bu,  bizim  Vətən,  tarix  və  gələcək  nəsillər  qarşısında  vicdan 
borcumuzdur.  Çünki  insanlıq  həmişə  həqiqətin  tərəfində olmuşdur. 
Azərbaycanın  və  bizim  Həqiqətlərimiz  böyükdür.  Onu  müdafiə 
etməyə qadirik!»...
1 0 6
A zərbaycan şü n aslığın  ə sa sla n
“Milli dəyərlərimizi,  milli ənənələrimizi,  tariximizi 
yaxşı  bilməyən  gənc  vətənpən’ər  ola  bilnıəz,  Hər  bir 
gənc  vətənpənər  olmalıdır.  Vətənpərvərlik  böyi'ık  bir 
məfhumdur,  Pıı  sadəcə,  orduda  xidmət  etmək  deyil, 
Vətənə  sadiq  olmaq,  Vətəni  sevmək,  torpağa  bağlı 
olmaq
 -  
budur vətənpərvərlik ”.
Heydər Əliyev
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇIL1Q 
TƏRBİYƏSİ
Bu  gün  biz,  bu  böyük  salona  xoş  məramlı,  xoş  məqsədli, 
tariximizə qızıl xətlərlə yazılan  iki həqiqətin işığına toplaşmışıq.  Bu 
həqiqətlərdən  biri  85  il  bundan  əvvəl  ilk  işıq  şüalarını  dünyaya 
saçmış  olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin,  digəri  isə  bu  işığa 
yeni  nur  və  parlaqlıq  verən,  onu  dünya  miqyasında  daha  güclü 
parladan Heydər Əliyev cənablarının 80 illik yubileyinin işığıdır.
Tarixi  düşmənlərimizin,  “xalqlar  həbsxanası”  olan  Çar 
Rusiyasının  və  onun  varisi  kimi  çıxış  edən  Sovet  Rusiyası  öz 
sələflərinin müstəmləkəçilik siyasətini  davam etdirmək məqsədi  ilə 
1920-ci  ilin  baharında aprel  ayının 27-28-də təpədən-dırnağa qədər 
silahlanmış 72 minlik ordu  ilə ölkəmizin şimal sərhədlərini pozmuş, 
xalqımıza  amansız  divan  tutaraq,  dövlətçiliyimizi  yenidən  məhv 
etmiş,  Azərbaycan  Xalq  Cümhuriyyətini  23  aylıq  fəaliyyətindən 
sonra süquta uğratmışdır.
XX əsrin son onilliyində tale xalqımızın üzünə yenidən gülmüş 
və  xalqımıza  ikinci  dəfə  öz  müstəqilliyini,  azadlığını,  suverenliyini 
və  dövlətçiliyini  bərpa  etmək  imkanı  vermişdir.  1991 -ci  ildə
107


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə