/V.
C əfərov, M. Ç obanov, Q. P a şa yeva
“Azərbaycanşünaslığın” formalaşmasında türkoloqlar, iranşü-
naslar, qafqazşünaslar, semitoloqlar, demək olar ki, eyni dərəcədə
iştirak etmişlər, ona görə də, həmin elm sahələri üzrə mütəxəssislə
rin çox zaman biri digərini tamamilə inkar edən mülahizələri azər
baycanşünaslıqda sinkretik (və “beynəlmiləl”) bir sistem təşkil
edir”...
Ümumbəşəri baxımdan, “Əlbəttə, beynəlmiləl ümumbəşəri də
yərlərə hörmət etmək hər bir xalqın mükəmməlliyini, mədəni səviy
yəsinin yüksəkliyini göstərir; bununla belə, hər hansı xalqı zorla
beynəlmiləlləşdinnək ona heç bir “hüquq, yaxud nüfuz gətirməz,
əksinə, həmin xalqı öz kökündən, tipologiyasından ayırıb, dünya
proseslərinin önündə gedənlərin kölgəsinə çevirər...”. Deməli, bey
nəlmiləlçilik xalqlar arasında zorla yox, ayrı-ayrı xalqların siyasi,
iqtisadi və mədəni inkişaf səviyyəsinə uyğun olaraq, xalqlar öz
aralarında heç bir təsir olmadan beynəlmiləl münasibətlər, əlaqələr
yaratmalıdırlar...”
Azərbaycanşünaslığın əsas problemi dedikdə, hər şeydən
əvvəl, Azərbaycan xalqının mənşəyi (kökü, soykökü) və onun
inkişaf tarixi nəzərdə tutulur. XX əsrin 30-cu illərinə qədər
Azərbaycan xalqının mənşəyi elmi-tarixi istiqamətdə apanlsa da,
30-cu illərdən sonra isə, müxtəlif siyasi-ideoloji mövqedən tədqiq
olunmağa başlanmışdır. Beləcə də, xalqımızın mənşəyi (etnogenizi)
müxtəlif şəkildə “həll edilmişdir” - türkoloqlar türk, iranşünaslar
İran, Qafqazşünaslar bu və ya digər qeyd-şərtlə də olsa, Qafqaz
(Alban) başlanğıcını əsas götünnüş və nəticə etibarilə qeyri-elmi
xarakterli, saxtalaşdırılmış bir “metodoloji” mənzərə yaranmışdır.
Odur ki, indi Azərbaycan-türk dilinin, ədəbiyyatının, mə
dəniyyətinin təşəkkül tarixi barədə əsaslı, mükəmməl, vahid fikir və
mülahizə söyləmək olduqca çətindir. Çünki, bu sahədə, artıq,
32
A zərb a yca n şü n a slığ ın əsasları
mövqeyini möhkəmlətmiş “konsepsiyalar” mövcuddur ki, həmin
“konsepsiyalari’ın hər biri özünün fikir və
mülahizəsini yeganə elmi
fikir saymaq iddiasındadır...
Yuxanda qeyd olunanlardan göründüyü kimi, bu “konsepsiya”
Azərbaycan xalqının mənşəyi barədə hər cür volyuntarist
nəzəriyyənin ortaya çıxması üçün münbit metodoloji şərait yaradır.
Bu “Konsepsiya yalnız səhv deyil, həm də mürtəcedir, xalqa öz
keçmişini, etnik mənşəyini unutdurmaq ehtiyacından irəli gəlmiş
dir. Ümumiyyətlə, Azərbaycanşünaslığın sürətlə formalaşdığı 30-cu
illər (XX əsr) Azərbaycanda, bütövlükdə, sovetlər birliyində türkçü
lüyə qarşı amansız mübarizə dövrüdür (repressiyalar dövrüdür) ki,
həmin tendensiya yuxarıda haqqında bəhs etdiyimiz “konsepsiya
da” da özünü göstərir”. Onu da qeyd edək ki, burada Hunlardan,
Sabirlərdən (Savirlərdən), Xəzərlərdən, Oğuzlardan və başqaların
dan bəhs olunduğu halda, onlann eyni bir etnosa-türklərə aid oldu
ğu barədə heç bir fikir söylənmir... Burada məqsəd ondan ibarətdir
ki, “Azərbaycan xalqının etnik tərkibində türklüyün yeri minimuma
endirilsin, köçəri gəlmələrin qeyri - türk mənşəli (türkköklü
olmayan) aborigenlərə (yerli xalqa) sistemsiz təsiri səviyyəsinə
endirilsin. Əlbəttə, bu cür tendensiyalı xüsusi (həm də artıq öz
nüfuzunu itirmiş!) ideoloji məqsədlə uydurulmuş metodlarla elmi
azərbaycanşünaslıq yaratmaq mümkün deyil...”
Qədim dövrlərdən Tarixi Azərbaycan ərazilərində və ona
həmhüdud ölkələrdə türklər, iranlılar, qafqazlılar və digər etnoslar
yaşasa da , tarixi mənbələrin verdiyi məlumatlara görə, ölkədə və
bölgədə aparıcı etnokulturoloji mövqe erkən orta əsrlərdən etibarən
Azərbaycan türklərinə məxsus olub. Məhz bunun nəticəsidir ki, XI
əsrdən ta XX əsrin əvvəllərinə qədər Azərbaycan türkcəsi, bir növ,
xalqlararası və ya beynəlxalq ünsiyyət vasitəsi funksiyası rolu
33