W .
C əfərov, M . Ç obaııov, Q. P a şa y e v a
mənəvi-mədəni birlik və müstəqillik hisslərini daha da gücləndir
mişdir...
Yuxanda qeyd olunanlara baxmayaraq, xalqımız milli müstə
qillik - Azərbaycançılıq ideologiyasını unutmur və əksinə milli tə
fəkkürünü daha da gücləndirir... Nəhayət, 1918-ci ilin 28 mayın
da xalqımız Tarixi ərazisinin təxminən beşdə birində Azərbaycan
Xalq Cümhuriyyətini qurdu... Azərbaycan Xalq Cümhuriyyəti
həyatın bütün sahələrində əsaslı islahatlar keçirərək, xalqımızın
dövlətçilik-idarəetmə ənənələrini bərpa etdiyi bir dövrdə şimal
«qonşumuz» - «xalqlar həbsxanası» adlanan Çar Rusiyasının
varisi kimi çıxış edən Sovet Rusiyası - ikinci dəfə 1920-ci ilin 28
aprelində Müstəqil Azərbaycan Xalq Cümhuriyyətini yenidən iş
ğal etdi... Lakin xalqın milli ruhu və milli təfəkkürü tam məhv
edilmədi. Əksinə, milli təfəkkür bədii üslubla daha da gücləndiril
di... Belə bir şəraitdə XIX əsrin sonu və XX əsrin əvvəllərində
xalqımızın böyük oğlu Əli bəy Hüseynzadə ictimai-siyasi tarix
səhnəsinə gəldi... Geniş miqyaslı elmi, bədii, ictimai-siyasi və
publisistik fəaliyyəti ilə yanaşı, Azərbaycançılıq ideologiyasının
nəzəri əsaslarını hazırlayan böyük mütəfəkkir Əli bəy Hüseynzadə
özünün fərdi mülahizəsi ilə «türkçülük» (azərbaycançılıq), «İs
lamçılıq» və «müasirlik» ideyaları geniş miqyasda təbliğ olunur...
Bu təbliğatın arxasında isə, Azərbaycançılıq ideologiyası - Azər
baycan dövləti uğrunda siyasi-ideoloji mübarizə dayanırdı...
Belə bir şəraitdə bədnam Sovet imperiyasının repressiyalar
maşını işə düşür, həm də fasiləsiz davam edirdi... Xalqımızın
dövləti və dövlətçiliyi də, tarixi milli sərvətimiz olan Ana dilimiz
də, əlifbamız da, ədəbiyyatımız da (mədəniyyətimiz də, tarixi abi
dələrimiz də (məscidlər də), toponimlərimiz də (yer-yurd adlan),
adət-ənənələrimiz də, musiqimiz də, musiqi alətlərimiz də, hətta,
12
A zərb a yca n şü n a slığ ın əsasları
xalqımızın genetik mənşəyi də, demək olar ki, qabaqcıl ziyalıları
mızın əksəriyyəti də günahsız olaraq repressiyaların qurbanı oldu
lar. ..
Azərbaycanda sovet repressiyasının tüğyan etdiyi dövrdə
poeziya səhnəsinə gələn xalq şairi S.Vurğun milli ruhda və azər-
baycançılıq mövzusunda «Azərbaycan» şeirini (Azərbaycan
ədəbiyyatının və mədəniyyətinin Himni olan «Azərbaycan»
şeirini) və bir növ, onun antonimi olan «Komsomol poeması»nı
yazmağa məcbur edilirdi...
Azərbaycan-türk dilinin varlığına subyektiv baxışlar. Xal
qımızın tarixinin bütün sahələrində olduğu kimi, həmçinin, XX
əsrin 30-cu illərindən Azərbaycançılığın əsas atributu olan Azər
baycan-türk dilinə-Ana dilimizə qarşı çox ciddi qadağalar qoyulur,
hətta, 1937-ci ildə Ana dilimizin - xalqımızın tarixi etnik adı-türk
dilinin adı dəyişdirilərək, «Azərbaycan dili» adlandırıldı, xalqı
mızın «türk adı» da dəyişdirilərək «azərbaycanlı» adlandırıldı.
Hətta, qədim tarixə malik olan ana dilimizin varlığına qarşı da
ədalətsiz olaraq hücuma keçildi...
Hətta, qədim tarixə və mədəniyyətə malik olan xalqımızın
türk mənşəli yox, İran mənşəli olduğunu, sadəcə olaraq orta
əsrlərdə köçəri türklərin dilini qəbul etdiklərini, xalqımızın qədim
tarixini saxtalaşdırmağa, sübut etməyə çalışırdılar... Bu sahədə
həm Sovet (əslində, Rusiya), həm də İran alimləri eyni mövqedən
çıxış edirdilər (Çünki onların hər ikisi tarix boyu xalqımıza qarşı
düşmənçilik mövqeyində olmuşlar. 500 min kv.km. Tarixi
Azərbaycan ərazisini də onlar parçalamışlar). Onlar strateji
xarakterli məqsədlərinə nail olmaq üçün, ilk növbədə, xalqımızın
düşünən beyni, avanqard dəstəsi olan ziyalılarımızı məhv
edirdilər... Bir sözlə, onların ideoloqları Azərbaycana qarşı
13
N. C əfərov, M. Ç oban ov, Q. P a şa yeva
anti-bəşəri siyasət yürüdürlər. İndi də bu siyasətlərini «üstüörtülü»
halda davam etdirirlər...
Odur ki, ölkəmizin daxili və xarici siyasətinin müasir
dövrdə geniş miqyaslı nüfuz qazanması və yeni-yeni nailiyyətlər
əldə etməsi üçün xalqımız Azərbaycançılıq ideologiyasından məf
kurəvi bir silah kimi məharətlə istifadə etməyi bacarmalıdırlar...
Azərbaycançılığa verilən tələblər yuxarıda qeyd olunan me
todoloji mülahizələrin həyata keçirilməsi üçün, hər şeydən əvvəl,
ictimai-sosial şərait yaradılmalıdır. Bizim mülahizələrimizə görə,
yuxarıda qeyd olunan tövsiyələri - dövlətçiliyimizin əsas ideya
sını
metodologiyasını həyatda, cəmiyyətdə reallaşdırmaq məq
sədi ilə mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəs
sisələrində, o cümlədən, ümumtəhsil müəssisələrində, seminari
yalarda, gimnaziyalarda, liseylərdə, həmçinin, ixtisasından asılı
olmayaraq, bütün ali məktəblərdə «Azərbaycanşünaslığın əsas
ları» adlı yeni bir fənnin tədris olunmasına böyük ehtiyac vardır.
Hətta, bu fənnin aspiranturada və doktoranturada, ixtisasartırma
kurslarında da davam etdirilməsi müasir həyatımızın tələblərindən
irəli gəlir. Çünki bu fənnin ali məktəblərin «Tədris planı»nda özü
nə yer tapması, nəticəsində tələbələr və dinləyicilər Azərbaycançı-
lıq ideyasının mahiyyətini dərindən və hərtərəfli mənimsənilməsi
nə nail ola biləcəklər.
Birincisi, təxminən iki əsrə yaxın (XIX-XX əsrlər) Azər
baycan türkləri üçün yasaq olan milli-etnik tariximizin, tarixi coğ
rafiyamızın, maddi və mənəvi abidələrimizin, etnoqrafiya və
folklorumuzun, ümumilikdə isə, ulu babalarımızın bizə irs
qoymuş olduğu milli mədəniyyətimizin və incəsənətimizin
dərindən öyrənilməsi və hərtərəfli təbliğ olunması üçün dövlət
səviyyəsində müvafiq tədbirlər planı hazırlanıb, həyata keçirilməli
14
A zərb a yca n şiin a slığ ın əsasları
və lazımi qayğı göstərilməlidir. Bizim mülahizəmizə görə, bunun
üçün xüsusi «Azərbaycanşünaslıq Mərkəzi» yaradılmalıdır. Çünki
ziyalıların - xalqımızın avanqard dəstəsinin, vətəndaş hazırlığının
əsil yolu öz milli kökünə söykənərək, ədəbi-mədəni irsimizin
dərindən öyrənməsi ilə bağlıdır.
İkincisi, milli təhsil konsepsiyasından söz düşəndə, ilk
növbədə, Azərbaycançılıq - xalqımızın tarixi keçmişini, tarixən
təşəkkül tapmış mədəniyyət xəzinəsini, adət-ənənələrini, onların
yayıldığı bölgələrin tarixi coğrafiyasını, ədəbiyyatını, incəsənətini,
bütövlükdə isə, min illər boyu xalqımıza bir ünsiyyət vasitəsi kimi
xidmət edən dilimizin təşəkkülü tarixinin dərindən və hərtərəfli
araşdırılmasını, öyrənilməsini yada salırıq. Bu da, hər şeydən əv
vəl, ölkəmizin ümumtəhsil, orta ixtisas və ali məktəblərində, tari
xən təhsil sistemimizdə unudulmuş «Azərbaycanşünaslığın əsas-
ları»nın dərindən öyrənilməsini tələb edir.
Üçüncüsü, tarixən təşəkkül tapmış mənəvi-mədəni dəyər
lərimizin qorunub saxlanması, yaxşısının yaşadılması və yenisinin
yaradılması və təbliği, inkişaf etdirilməsi, «Azərbaycan Respubli
kasında dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanu
nunun həyata keçirilməsi, tətbiqi sahəsində perspektiv proqram
xarakterli prezident Fərmanlarının dərindən öyrənilməsi və həmin
qanun və fərmanlara daim riayət edilməsi müasir həyatımızın ən
vacib və ən aktual məsələlərindən biri olmalıdır.
Dördüncüsü, ali məktəblərimizin, həmçinin, ali hərbi məktəb
lərimizin qarşısında duran başlıca məqsəd, şübhəsiz ki, gənclərin
mənəvi zənginliyini artırmaq və inkişaf etdinnək vəzifəsi bu və ya
digər formada başqa fənlərin də üzərindən yan keçməməlidir.
Deməli, ixtisasından asılı olmayaraq, hər bir ziyalı azərbay
canşünaslıq məsələlərini dərindən bilməli, dinləyicilər qarşısında,
15
Dostları ilə paylaş: |