/V .
C əfərov, M. Ç oban ov, Q. P a şa yeva
bu və ya digər məsələ barədə, aydın, səlis, kamil bir nitqlə danış
mağı, müəyyən problemi sərbəst və elmi dəlillərlə şərh etməyi ba
carmalı; yeri gələndə isə, dinləyicilər qarşısında həm yana-yana,
həm də yandıra-yandıra nitq söyləmək məharətinə malik olmalı
dır. Hər bir ziyalı nitqinin əsas leytmotivini gənclərimizin vətən
pərvərlik, torpağa bağlılıq, xəlqilik və beynəlmiləlçilik ruhunda
tərbiyə etmək problemləri təşkil etməlidir.
Azərbaycançılığın təsisat qurumları və onların vəzifələri.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək, belə nəticəyə gəlmək
olur ki, Müstəqil dövlətimizin əsas ideyasını - Azərbaycançılıq
ideyasını və metodoloji məsələlərini müasir həyatımızın tələbləri
baxımdan, geniş miqyasda həyatda tətbiq etmək, onu elmi-nəzəri
və təcrübi cəhətdən reallaşdırmaq məqsədilə bütün ümumtəhsil və
orta ixtisas məktəblərində fənn metod birləşmələri, bütün ali təhsil
müəssisələrində isə, «Azərbaycanşünaslıq», «Azərbaycan dili»,
«Azərbaycan tarixi» və digər kafedralar fəaliyyət göstərməlidir.
Həm də, bu kafedralar ali məktəblərin əsas binasında ən münasib
otaqlarda yerləşdirilməlidir. Çünki bu kafedraların nomenklatur
fənləri xalqımızın milli sərvətinin - Ana dilinin, onun ünvanının -
ərazisinin və tərcümeyi-halının və ya həyatnaməsinin
etnik
tarixinin bilavasitə tədrisi və araşdırılması ilə yaxından məşğul
olur. Bu mənada, həmin kafedralarda «Dövlətimizin rəmziləri
guşəsi»ndə Dövlət gerbi, Dövlət bayrağı və Dövlət Himni
nümayiş etdirilməlidir...
16
A zərb a yca n şü n a slığ ın əsasları
“AZƏRBAYCANŞÜNASLIĞIN ƏSASLARI”
FƏNNİNİN YARADILMASI ZƏRURƏTİ VƏ DİGƏR
ELMLƏR SIRASINDA MÖVQEYİ
“Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası azərbaycançı-
lıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur
hissi keçirməlidir...” Müasir dünyanın geniş diapazonlu və
erudisiyalı tanınmış siyasətçisi və təcrübəli dövlət xadimi
H.Əliyevin perspektiv proqram xarakterli bu müdrik kəlamı ölkə
mizin ziyalıları-alimləri və təhsil sistemi əməkdaşları qarşısında
böyük tarixi əhəmiyyət daşıyan vəzifələr qoymuşdur. Bizim müla
hizələrimizə görə, bu şərəfli tarixi vəzifələrin dövrün tələblərinə
müvafiq olaraq yerinə yetirilməsi daim gündəmdə olmalıdır...
Yuxarıda qeyd olunan vəzifələrin uğurla yerinə yetirilməsi
üçün, hər şeydən əvvəl, Azərbaycançılıq ideyasının və dünyagö
rüşünün geniş miqyasda araşdırılıb müasir gəncliyimizin tə
lim-tərbiyəsində fasiləsiz olaraq tətbiq edilməsi məqsədilə ölkənin
Ali məktəblərinin “Tədris planlarf’na “Azərbaycanşünaslığın
əsasları” adlı yeni fənnin daxil edilməsi vacibdir. Bu problemin
tezliklə həll edilməsi yalnız xalqımızın və gələcəyimizin xeyrinə
olardı...
“Azərbaycanşünaslıq”
elminin
yaradılması
sayəsində
XIX-XX əsrlərdə Azərbaycan türkləri-azərbaycanlılar (eləcə də,
digər türk xalqları) üçün yasaq olan milli-etik tariximizin, Ana
dilimizin tarixi inkişafının qarşısına çəkilmiş “Böyük Çin səddi” -
repressiyalar və onların acı nəticələri-əlifbamızın tez-tez dəyişdi
rilməsi, milli tariximizin saxtalaşdırılması və onun nəticələri, ta
rixi coğrafiyamızın, ərazilərimizin və tarixi toponimlərimizin soy
qırımına məruz qalması, Tarixi Azərbaycan ərazisinin parçalan-
L._uı>jaycan Respublikası Prezidentinin|
İşlə r İdarəfty
PREZİDENT KİTABXANASI
N. C əfərov, M. Ç obıınov, Q. P a şa yeva
ması (“xalqlar həbsxanası” adlandırılan Çar Rusiyası və İran şahlı
ğı tərəfindən), maddi-mənəvi abidələrimizin darmadağın edilməsi
və daşınıb aparılması, etnoqrafiya və folklorumuzun, ümumilikdə
isə, Ulu babalarımızdan bizə irs qalmış olan milli mədəniyyətimi
zin və incəsənətimizin tarixilik və müasirlik baxımdan, dərindən
və hərtərəfli araşdırılması və öyrənilməsi problemləri indi də və
gələcəkdə də daim diqqət mərkəzində saxlanılmalıdır. Əsl, həqi
qətlər üzə çıxarılmalı və xalqımızın ziyalılarına-gənc nəslə Azər-
baycançılıq ideyası və vətənpərvərlik tərbiyəsi baxımdan, Ali təh
sil məktəblərində müasirlik və obyektivlik nöqteyi-nəzərdən ətraf
lı şərh olunmalıdır. Çünki ziyalılığın - xalqımızın avanqard dəstə
sinin vətəndaş hazırlığının əsl yolu öz milli kökünə söykənmək,
“Azərbaycançılıq” və ya “Azərbaycanşünaslığın əsaslarf’mn
dərindən və hərtərəfli öyrənilməsi probemləri ilə qırılmaz tellərlə
bağlıdır. Bu tellər Ulu babalarımızdan bizə, bizdən isə gələcək
nəsillərə qalan milli mənəvi dəyərlərimizlə, ədəbi-bədii irsimizlə
birbaşa bağlıdır.
Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək olar ki,
ölkənin təhsil konsepsiyasından söz düşəndə, ilk növbədə, “Azər
baycanşünaslıq” və onun öyrənilməsi, araşdırılması, yeni təşək-
kültapma mərhələsini keçirən “Azərbaycanşünaslığın əsasları”
adlanan elm sahəsi yada düşür. Doğrudur, bu elm sahəsi humani
tar, ictimai və fəlsəfi elmlərin müxtəlif sahələrinin qovuşması nə
ticəsində yaransa da, geniş miqyaslı bir elm sahəsi kimi digər elm
lər arasında özünün müstəqilliyinə, müasirliyinə və aktuallığına
görə tamamilə fərqlənir və yeni bir mahiyyət və məzmun kəsb
edir... Bu da ondan ibarətdir ki, əgər Azərbaycanşünaslığın bazası
nı təşkil edən Humanitar və ictimai elmlərin ayrı-ayrı sahələri yal
nız (dilçilik, ədəbiyyatşünaslıq, tarixşünaslıq, hüquqşünaslıq, siya-
18
A zərb a yca n şiin a slığ ın əsasları
sətşünaslıq və s.) öz mahiyyətini və məzmununu konkret bir çərçi
vədə bildirdiyi halda, “Azərbaycanşünaslığın əsaslan” elmi onun
bazasını təşkil edən bütün elm sahələri haqqında ümumiləşdirilmiş
yığcam məlumat verir. Bir sözlə, “Azərbaycanşünaslığın əsasları”
fənni ixtisasından asılı olmayaraq, Ali məktəblərin tələbələrinə
Azərbaycan haqqında yığcam və ümumi məlumat verir. Şübhəsiz
ki, bu da Ali məktəb tələbələrinin Azərbaycançılıq ruhunda
tərbiyə almasında və gənc mütəxəssis və kadr kimi yetişməsində
başlıca rol oynayır...
Bu baxımdan, “Azərbaycanşünaslığın əsaslan” fənninin digər
humanitar və ictimai-siyasi elmlər arasında özünəməxsus yeri və
mövqeyi vardır... Odur ki, “Azərbaycanşünaslığın əsaslan” fənninin
Ali məktəblərin “Tədris planf’nda tezliklə tətbiqi həyatın tələbidir...
«AZƏRBAYCANŞÜNASLIĞIN ƏSASLARI»
FƏNNİNİN MAHİYYƏTİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
«Azərbaycançılıq»
və
«Azərbaycanşünaslıq»
nədir?
«Azərbaycançılıq ideologiya», «Azərbaycanşünaslıq elmdir.. .».
Xalqımız müstəqillik əldə etdikdən sonra «Azərbaycanşü
naslığın əsaslan» fənni humanitar və ictimai elmlərin müxtəlif sahə
lərinin, o cümlədən, dilçiliyin, tarixşünaslığın, ədəbiyyatşünaslığın,
fəlsəfənin (etika və estetika), hüquqşünaslıq, siyasətşünaslıq, coğ-
rafiyaşünaslıq, mədəniyyətşünaslıq, incəsənətşünaslıq, müəyyən də
rəcədə dövlətçilik və idarəetmə sistemi-siyasi ideologiyanın ümumi
halda qovuşması sayəsində təşəkkül tapmışdır. Bu mənada,
«Azərbaycanşünaslığın əsaslan» fənninin məqsəd və vəzifələri də
ümumi xarakterli olmalıdır. Bu elm sahəsi, əsasən, XX əsrin son
onilliyində və XXI əsrin ilk onilliyində, yəni xalqımızın yenidən
19
Dostları ilə paylaş: |